Masazır qəsəbəsində baş verən silahlı insident nəticəsində üç nəfər xəsarət alıb
Xırdalan, 28 aprel, AZƏRTAC
Masazır qəsəbəsindəki “Yeni Bakı” yaşayış kompleksinin ərazisində silahlı insident baş verib. “Vinçester” markalı odlu silahdan açılan atəş nəticəsində üç nəfər çoxsaylı qırma yarası alıb.
Abşeron Rayon Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev isə döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Xəsarət alanlar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.
Onlar atəş açan şəxsin “Yeni Bakı” yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsin olduğunu bildiriblər.
Faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:40]
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
- 09.06.2026 [15:32]
Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:32]
Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb
- 09.06.2026 [11:49]