Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Mavi beretlilər - Komandolar bir əsrdən çox yaşı olan Azərbaycan Ordusunun yeni nəfəsi hesab olunurlar FOTOLAR VİDEO

Hadrut, 25 iyun, AZƏRTAC

Otuzillik işğalı sona yetirən və XXI əsrdə müharibənin aparılması qaydaları ilə bağlı dünya hərb tarixinə yazılan 44 gün… 2020-ci ilin payızında Azərbaycan Ordusu 44 addımda Şuşa zirvəsini fəth edərək üçrəngli Dövlət Bayrağımızı bütün dünyanın görə biləcəyi nöqtədən asdı. Biz payızın 44 anında yalnız bir ölkəni deyil, ona dəstək olan hər kəsi qarşımıza alıb savaşdıq və qalib ayrıldıq.

Şanlı Zəfərin qürurunu və sevincini yaşasaq da, naxələf qonşularımıza, onların daxilində bizə qarşı olan kinə, revanş hisslərinə bələd idik. Odur ki, daha da güclənməyi və Vətən keşiyində ayıq-sayıq dayanmağı seçdik. Zaman bizə yanılmadığımızı dəfələrlə göstərdi. Ötən il isə Qarabağda Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara qarşı həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı düşmən cəmi 23 saat 43 dəqiqə tab gətirə bildi. Əməliyyat 24 saat tamam olmadan qaldırılan ağ bayraq və Azərbaycanın Konstitusiya quruluşunun tam bərpası ilə nəticələndi. Bu, Azərbaycan Ordusunun Vətən müharibəsindən sonra daha da güclənməsinin ən bariz nümunəsi idi.

Hazırda Azərbaycanda ordu quruculuğu prosesi sürətlə davam edir, Silahlı Qüvvələrimizin arsenalı müasirləşdirilir, hərbi qulluqçuların peşəkarlığı artırılır. Qırx dörd günlük haqq savaşımızın ilk günündən son gününədək dəstəyini ən yüksək səviyyədə göstərən Türkiyə postmüharibə dövründə də qardaşını tək buraxmır. Təsadüfi deyil ki, hazırda iki qardaş ölkənin hərbi əməkdaşlığı yüksək səviyyədədir. Daha çox qardaş Türkiyə modelinə uyğunlaşdırılan Azərbaycan Ordusu müasir silahlarla təchiz olunur, komplektləşdirilir. Bu xüsusda Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında komando hərbi hissələrinin yaradıldığını qeyd etmək yerinə düşər. Bir əsrdən çox tarixə malik Azərbaycan Silahlı Qüvvələrinin yeni nəfəsi hesab olunan komando hissələri Qarabağda aparılan uğurlu antiterror əməliyyatı ilə özlərini doğrultdular.

AZƏRTAC xəbər verir ki, media nümayəndələri Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümü ərəfəsində komando birləşmələrindən birinə - Hadrutdakı hərbi hissəyə baş çəkib, hərbi qulluqçularla yaxından söhbət etmək imkanı əldə edib, onlar üçün yaradılan şəraitlə tanış olublar.

Əvvəlcə jurnalistlər üçün ordumuzun arsenalındakı yerli və xarici silahların kiçik bir hissəsi, komandoların geyimləri, qidalanmasının nümayiş etdirildiyi sərgi təşkil olunub.

17 ildir Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçu Saleh İsmayılov sərgidə nümayiş etdirilən dönərqanadlı “Kargu 2” zərbə dronu barədə məlumat verərək həmin silahın düşmənin canlı qüvvəsini məhv etmək üçün təyin olunduğunu deyib: “Tam döyüşə hazırlıq çəkisi 8 kiloqramdır, təlim və döyüş başlıqlarından ibarətdir. 1,2 kiloqram çəkiyə malik olan döyüş başlığı 840 qəlpədən ibarətdir. Zərbə dronu tam təchizatla 5 kilometr uçuş məsafəsində 45 dəqiqə qala bilir. Düşmənin canlı qüvvəsini aşkarladıqda onu həmin dron vasitəsilə məhv etmək mümkündür. “Mover 3D” və “Mover 3E” müşahidə dronları isə döyüşlərdə xüsusi tapşırıqlarda qrupların tərkibində qarşıdakı düşmənin fəaliyyətlərini göstərir”.

44 günlük Vətən müharibəsində Cəbrayıl rayonu istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak etdiyini fəxrlə qeyd edən S.İsmayılov qalib Azərbaycan Ordusunun hərbi qulluqçusu olmaqdan qürur duyduğunu bildirib və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Ordumuzun bütün mənsublarını təbrik edib.

Sərgidə Azərbaycan Ordusunun arsenalındakı yerli silahların parametrləri barədə məlumat verən ordumuzun hərbi qulluqçusu Röyal Cəfərov Azərbaycan istehsalı olan “İstiqlal” silahı barədə danışıb: “İstiqlal” silahı 14,5 millimetrlik çapa malikdir. Uzunluğu 2 min 256 millimetr olan silah optik və mexaniki nişangahla təchiz olunub. Silahın gülləsinin maksimum uçuş məsafəsi 7 min metrdir.

“RPG” 40 millimetrlik fərdi avtomatik qumbaraatan isə düşmənin açıq səngərdə və yamaclar arxasında olan canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. O cümlədən asma atışa malikdir. Çəkisi 5,9 kiloqram, uçuş məsafəsi 1000 metr, effektli uçuş məsafəsi 375 metrdir”.

Daha sonra jurnalistlər əsgər yataqxanası, idman kompleksi və camaşırxananın fəaliyyəti ilə tanış olublar.

Doqquz aydır komando birliyində xidmət edən hərbi qulluqçu Samir Cəfərov onların Vətənə layiqli şəkildə xidmət etməsi üçün hər cür şəraitin yaradıldığını deyib: “Peşəkarlığımızın artırılması üçün təlimlər yüksək şəkildə aparılır. Hərbi hissədə qidalanmağımıza, fiziki hazırlığımızın yüksək səviyyədə olmasına xüsusi diqqət yetirilir. Burada asudə və istirahət vaxtlarımızı səmərəli keçirmək imkanları mövcuddur”.

S.Cəfərov Vətən müharibəsində əldə edilən qələbədən sonra orduda xidmət etmək həvəsinin yarandığını və o zaman yeni yaradılan komando birləşməsındə xidmət etməyə qərar verdiyini deyib: “Vətən müharibəsi dövründə hərbi xidmətdə Tovuzda idim. O zaman təəssüf ki, döyüşmək imkanım olmadı. Lakin qalib Ordunun bir mənsubu kimi Vətənə xidmət etməyi qarşıma məqsəd qoydum. Müharibədən qısa müddət sonra yaradılan komando hissələri diqqətimi cəlb etdi. Özümü həmin birləşmənin üzvü kimi görmək istəyirdim və keçdiyim təlimlərdən sonra buna nail oldum. Rəşadətli Azərbaycan Ordusunun mənsubu olmaqdan və Vətənin keşiyini çəkməkdən qürur duyuram”.

Lokal xarakterli antiterror tədbirləri zamanı Xocalı istiqamətində aparılan əməliyyatın iştirakçısı olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Ehtiram Allahyarov döyüş hazırlıqlarının yüksək səviyyədə saxlanılması üçün kurslara, təlimlərə cəlb edildiklərini vurğulayıb. E.Allahyarov bundan sonra da düşmənə layiqli cavab verməyə hazır olduqlarını diqqətə çatdırıb.

“Başda şəhidlərimizin ailələri, qazilər, müharibə veteranları olmaqla ordumuzun bütün mənsublarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm. Rəşadətli Azərbaycan Ordusunda xidmət etməkdən fəxarət hissi duyuram”, - deyə hərbi qulluqçu fikirlərinə yekun vurub.

Mediaturdan aldığımız təəssüratlar bizə həm qürur verdi, həm də əminliyimizi birəbeş artırdı. Gördüyümüz o idi ki, Ərgünəş dağının yaxınlığında türkçülüyün ifadəsi olan mavi rəngin işığı dostlara güvən bəxş edir, düşmənlərin gözünü qamaşdırır. Hadrutda – iki çayın arasında, iki qüdrətli türk dövlətinin birliyinin daha bir timsalı olan mavi beretlilər layiqli və ayıq-sayıq xidmətləri ilə bizə xor baxanları ürkütməyə davam edirlər.

Mavi beretlilər - Komandolar bir əsrdən çox yaşı olan Azərbaycan Ordusunun yeni nəfəsi hesab olunurlar FOTOLAR VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyanın ən təhlükəli patogenlərindən birinin ölümcül sirri açılıb

ABŞ prezidenti COVID-19-a yoluxub

Alimlərin yuxu problemi olanlar üçün təklifi irəli sürüblər

Avropada dəmir yollarına ən az investisiya qoyan ölkə Fransadır

Ayda kəşf edilən mağara insanların məskunlaşması üçün əlverişli şərait yarada bilər

Moldova 2030-cu ilə qədər hərbi xərclərin ÜDM-də payını 1 faizə qədər artıracaq

Britaniyalı müğənni Adel musiqi fəaliyyətinə fasilə verəcək

Balakəndə qəza törədən motosikletçi komaya düşüb

Azərbaycan millisinin futbolçusu Polşa klubuna keçib

Qardabanidə uşaqlara “İçərişəhərin sirli sakini” adlı kitab hədiyyə olunub

Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb

BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb

Beynəlxalq Miqrasiya Təşkilatı: Sudanda baş vermiş müharibə səbəbindən 10 milyondan çox insan köçkün olub

Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib

Türkiyə Prezidenti Kipr Sülh Əməliyyatının 50-ci ildönümü proqramlarında iştirak edəcək

Sosial şəbəkədə səfir Polad Bülbüloğlunun adından saxta videomüraciət yayılıb

Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri ilə COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan idmançılarının Paris Olimpiadasına yolasalma mərasimi keçirilib

Konfrans iştirakçılarının Şuşa şəhərinə səfəri başlayıb

Ukrayna 95 nəfəri Rusiya əsirliyindən geri qaytarıb

XİN: Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycan idmançılarının Paris Olimpiadası üçün vahid idman forması təqdim olunub

Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir

“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub

Macar ekspert: Macarıstan Azərbaycanla “qaz dostluğu” yox, qardaşlıq dostluğu qurur - MÜSAHİBƏ

Polkovnik Cəlil Xəlilov: Azərbaycanın sülh səylərini dəstəkləmək Ermənistanı yeni məğlubiyyətdən və böhrandan xilas edə bilər

Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri Füzuliyə və Şuşaya səfər ediblər VİDEO

“Şerif”in baş məşqçisi: Sabahkı oyunda revanş üçün çalışacağıq

Naxçıvanda aktiv POS-terminalların sayı 3,6 dəfə artıb

Fransanın xarici borcu 800 milyard avroya çatıb

Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər

"Şerif"in futbolçusu: Yaxşı rəqibə qarşı oynayacağıq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Sabah Suraxanının bəzi ərazilərinə qazın verilişi müvəqqəti dayandırılacaq

BSU-nun Tədbirlər Planına uyğun təşkil olunan yay məktəbinin iştirakçıları ilə görüş keçirilib

Yakutiyada daşqınlar nəticəsində 4,8 min nəfər zərər çəkib

Cənubi Koreyada güclü yağışlar nəticəsində yüzlərlə ev su altında qalıb

Rəşad Sadıqov: Hər şeyə hazır olmalıyıq

Dövlət Vergi Xidməti 17 milyon manatdan çox vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsini təmin edib

"Zirə"nin müdafiəçisi: Azarkeşlərimizin dəstəyinə ehtiyacımız var

Azərbaycan ilə İsrail arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Münxendə Ümumdünya QİÇS Konfransı (AIDS 2024) keçiriləcək

Özbəkistan BOE sayəsində 500 milyon kubmetr qaza qənaət edib

Loqoped: Uşaqlarda kəkələmənin əsas səbəbi beynin müəyyən mərkəzlərində həddindən artıq aktivlikdir

İtaliyanın antiinhisar təşkilatı “Armani” və “Dior” şirkətlərində araşdırmalara başlayıb

DİM məşqçilik ixtisası üzrə imtahan verəcək abituriyentlərə müraciət edib

“ChatGPT”də 180 milyon insan qeydiyyatdan keçib

Prezident To Lam: Vyetnam Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığı gücləndirmək istəyir

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb

Amerika Kubokunun finalında zədələnən Messinin son durumu açıqlanıb

Bu il İKZF-in vəsaiti hesabına 230 milyon manatdan çox ipoteka krediti verilib

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Gəncədə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirilib VİDEO

Narkokuryerliyə cəlb olunan daha iki nəfərdən 26 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən COP29-la əlaqədar maarifləndirmə xarakterli növbəti tədbir keçirilib VİDEO

Ağdam Dövlət Dram Teatrı 101-ci mövsümə “Mübariz” tamaşası ilə yekun vurub

“Paris-2024”: Azərbaycanın daha bir idmançısına lisenziya verilib

Masallıda fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb

Qərbi Balkan ölkələrində anomal istilər hökm sürür

Dövlət və özəl müəssisələrin xidmətlərindən istifadə zamanı şəxsiyyət vəsiqəsi rəqəmsal formada təqdim olunacaq

“Birləşdik – 2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Banqladeşdə universitetlər və kolleclər qeyri-müəyyən müddətə bağlanıb

Fahrettin Altun: Oxucular “Azərbaycanın sirləri” kitabı vasitəsilə dəyərli məlumatlar əldə edə biləcəklər

Rumıniyadan alınan elektrik enerjisi Moldovaya 4 dəfə baha başa gəlir

Naxçıvanda əmlak xidmətlərinə müraciətlər kəskin artıb

Qafqaz İnvestisiya Forumunda regional əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı-Quba yolunun ödənişli hissəsində xüsusi çip yerləşdirilmiş kartlardan istifadəyə başlanılır

Kral Çarlz Britaniya parlamentində çıxış edib

Parisdə Olimpiada üçün hərbi düşərgə ayrılıb

ŞKTC parlamentinin spikeri: Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anırıq

“AzerGold” tərəfindən Daşkəsəndə növbəti vətəndaş görüşü keçirilib

Mədəniyyət paytaxtımız Şuşada növbəti Vaqif Poeziya Günləri keçiriləcək

“Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” - elmi konfrans

Qazaxıstanda arxeoloji tapıntı elmi müzakirələrə səbəb olub

Türkiyənin İKT şirkətləri Azərbaycanda fəaliyyətini genişləndirir

Azərbaycan Malayziyada “İslamofobiya və təhsil” mövzusunda beynəlxalq dəyirmi masada təmsil olunur

“Real Madrid” Luka Modriçlə müqavilənin müddətini uzadıb

BMU-nun rektoru yay məktəbində tədris aparan koreyalı müəllimlərlə görüşüb

® Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsində müayinələr yüksək dəqiqliklə aparılır

ƏDV-nin qaytarılması üçün portalda 3 milyona yaxın istifadəçi qeydə alınıb

“Sumqayıt”ın baş məşqçisi: İnanıram ki, avrokubok və çempionat oyunlarında əvvəlki səhvləri təkrarlamayacağıq

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

ABŞ FTB Trampa sui-qəsdin cavab hücumları barədə xəbərdarlıq edib

Rusiya və Ukrayna əsirlərin mübadiləsini həyata keçirir

Loqoped: Qız və oğlanların nitqləri arasında fərq onların fizioloji inkişaf xüsusiyyətlərindən asılıdır

Moldovanın Baş naziri vətəndaşları suya qənaət etməyə çağırıb

Yunanıstandan heyvandarlıq və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

İsveçrədə mühafizəkarlar “Eurovision”a qarşı çıxırlar

Aqrar Tədqiqatlar Mərkəzinə yeni direktor təyin olunub

İlahiyyat İnstitutunun tələbələri xaricdə təhsillərini müvəffəqiyyətlə başa vurublar

Azərbaycan Premyer Liqasında ilk turun proqramı açıqlanıb

® “Silk Way Airlines” ağ balinaların yeni məkana köçürülməsi missiyasını uğurla tamamlayıb

Bakıda Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayının açılış mərasimi keçirilib  YENİLƏNİB VİDEO

“YAŞAT” Fondunun Londondakı yay məktəbi davam edir

“Euronews”: Yay mövsümündə Azərbaycanda hər kəsin zövqünə uyğun əyləncə var

ARDNF-in investisiya portfelində funt sterlinq və yuanın payı artıb, dollar isə azalıb

Masallıda MSK-nın təşkilatçılığı ilə Ekspert qruplarının üzvləri üçün regional seminar keçirilib VİDEO

Türk Tarix Qurumu ilə Türkiyə-Azərbaycan tarixinə dair birgə layihələr müzakirə olunub