ELM VƏ TƏHSİL
May ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 11 mindən çox müraciət daxil olub
Bakı, 2 iyun, AZƏRTAC
May ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 11 min 455 müraciət daxil olub.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8 min 296 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 1461 nəfər müraciət edib.
May ayında BŞTİ-yə 1218 sənəd (vətəndaşlar tərəfindən 400 ərizə, Təhsil Nazirliyindən 224, digər qurumlardan 198, məktəblərdən 272 məktub və 124 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 480 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, birinci sinfə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.