MAYIN 21-DƏ SEECP TƏŞKİLATINA SƏDRLİK MOLDOVAYA KEÇƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Cənub-Şərqi Avropada Əməkdaşlıq Prosesi (SEECP) ölkələrinin dövlət və hökumət başçılarının mayın 21-də Pomoryedə (Bolqarıstan) keçiriləcək XI zirvə görüşündə bu təşkilata sədrlik Moldovaya keçəcəkdir.
Adı çəkilən regional təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin mayın 20-də keçirilən görüşündə regionda siyasi və iqtisadi vəziyyət, avrointeqrasiya sahəsində tərəqqi məsələləri müzakirə olunmuş, Bolqarıstanın sədrliyi dövründə görülən işlər barədə hesabat dinlənilmiş, Strateji fəaliyyət proqramı, Birgə Pomorye bəyannaməsi qəbul edilmişdir.
Mayın 21-də Moldova Prezidenti Vladimir Voronin sədrliyi qəbul etmək üçün zirvə toplantısına gələcəkdir.
Xatırladaq ki, regional tərəfdaşlıq qurumu olan Cənub-Şərqi Avropada Əməkdaşlıq Prosesi 1996-cı ildə Türkiyə, Albaniya, Bolqarıstan, Yunanıstan, Makedoniya, Rumıniya, Serbiya və Çernoqoriyanın iştirakı ilə yaradılmışdır. Hazırda onun tərkibinə Bosniya və Herseqovina, Xorvatiya və Moldova da daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]