Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

MAYIN 26-DƏ BAKININ RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR

Mayın 26-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Bu dəfə də qiymətlər bazarlardakından xeyli ucuz olmuşdur.

AZƏRTAC-ın müxbirləri satış yarmarkalarında olmuş, reportajlar hazırlamışlar.

NƏSİMİ RAYONU

“Təzə bazar” MMC-nin (S.Vurğun küçəsi, 73) həyətindəki yarmarkada sakinlərə Sabirabad, Salyan, Tovuz, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları satılırdı.

Səhər tezdən şəhər sakinləri təzə məhsulları həvəslə alırdılar. Sabirabad rayonu Suqovuşan kəndindən Nazim Rəhimov sahibkarlığın inkişafına göstərilən qayğıya görə respublikamızın Prezidentinə minnətdarlığını bildirdi. O, şəxsi təsərrüfatında yetişdirdiyi göyərtilərin 5 dəstəsini 20 qəpiyə, xiyarın kiloqramını 50 qəpiyə, çiyələyi 1 manata, kələmi 30 qəpiyə satırdı.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov qeyd etdi ki, bu gün satışa 19,4 ton məhsul, o cümlədən 6,8 ton ət, 4,5 ton kartof, 6,1 ton tərəvəz, 1,8 ton meyvə, 0,2 ton süd və süd məhsulları, 20 min ədəd yumurta, 50 kiloqram bal və s. çıxarılmışdır. Mal, qoyun, quş ətlərinin qiymətlərində artım müşahidə edilməmişdir. Çiyələk, təzə kartof və kələmin qiymətləri 15-20 faiz aşağı olmuşdur.

NƏRİMANOV RAYONU

Ə. Əliyev küçəsi, 36 A ünvanında yerləşən Keşlə ticarət mərkəzindəki yarmarkaya Xaçmaz, Tovuz, Astara, Salyan və Qobustan rayonlarından 29,7 ton meyvə-tərəvəz, mal, qoyun, toyuq əti, balıq, konserv, bal, 24 min ədəd yumurta gətirilmişdi.

Ticarət mərkəzində xarici ölkələrdən gətirilmiş və çox baha qiymətə satılan alma, armud, gavalı, üzüm və s. meyvələri almaqdan ehtiyat edən alıcılar, yarmarkada Salyan və Xaçmaz rayonlarında yetişdirilmiş qiyməti xeyli ucuz və keyfiyyətli çiyələk, gilas və alça üçün növbəyə dayanmışdılar.

Alıcılara 4,1 ton mal və qoyun əti, 5 ton toyuq əti, 3,2 ton balıq, 1,4 ton ağartı məhsulları, 4,2 ton konserv, 7,3 ton tərəvəz, 3 ton kartof, 1,5 ton meyvə və s. təklif olunurdu.

Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkanın birbaşa bazara köçürülməsinin məhsulların qiymətinin aşağı düşəcəyinə səbəb olacağını bildirmişlər.

XƏTAİ RAYONU

Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzindəki yarmarkada geniş çeşiddə kənd təsərrüfatı məhsulları satılırdı. Burada kartof, alma, alça, göyərti, pomidor, xiyar çoxluq təşkil edirdi.

Şənbə günü rayon ərazisində fəaliyyət göstərən iki yarmarkaya Quba, Salyan, Kürdəmir, Ağcəbədi, Şəmkir, Qəbələ, Qazax, Gədəbəy, Hacıqabul və Sabirabad rayonlarından 8, 2 ton ət, 3 ton ağartı məhsulları, 20 ton kartof, 7, 6 ton meyvə və digər məhsullar gətirilmişdi. Şəhər sakinləri yarmarkalarda həvəslə bazarlıq edirdilər.

Alıcılar məhsulların qiymətindən və keyfiyyətindən razı qaldıqlarını bildirirdilər.

General Şıxlinski küçəsi, 37 ünvanında, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığındakı “Ordubad” kiçik müəssisəsinin ticarət mərkəzindəki yarmarkada da bolluq idi.

Yarmarkada mal ətinin kiloqramı 3 manat 60 qəpiyə, qoyun əti 4 manata, toyuq əti 2 manat 20 qəpiyə, kartofun kiloqramı 40 qəpiyə, kələmin kilomqramı 30 qəpiyə, göyərtinin dəstəsi 10 qəpiyə, pomidorun kiloqramı 1 manata təklif olunurdu.

SURAXANI RAYONU

Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış massivi “Günəş” ticarət mərkəzindəki yarmarkaya qobustanlı fermerlər daha çox mal və qoyun əti çıxarmışdılar. Şəhər sakinləri qiymətləri bazarlarla müqayisədə 20-30 faiz ucuz olan məhsulları həvəslə alırdılar.

İşçi qrupunun qərargahından verilən məlumatda bildirilirdi ki, bu gün yarmarkaya Samux, Balakən və digər rayonlardan 8 ton meyvə-tərəvəz və ət məhsulları gətirilmişdir.

Burada əhaliyə təklif edilən geniş çeşiddə kənd təsərrüfatı məhsullarının keyfiyyəti də yüksək idi.

Əmircan qəsəbəsinin S.Bəhlulzadə küçəsində, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində təşkil olunmuş yarmarkaya çıxarılan kartof, soğan, kələm, buğda, ət və digər məhsulların ümumi miqdarı isə 6 ton idi. Cəlilabaddan gətirilmiş həmin məhsulların da xeyli hissəsi bir neçə saat ərzində satılmışdı.

YASAMAL RAYONU

A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada bir çox məhsulların qiymətlərində ucuzlaşma olmuşdur ki, bu da alıcılar tərəfindən müsbət qarşılanmışdır. Xüsusilə kələm, xiyar, çiyələk və digər malların qiyməti ötən həftələrlə müqayisədə 50 faiz aşağı düşmüşdü. Bu yarmarkada yaradılan məhsul bolluğu ilə əlaqədardır.

Yarmarkada satışa Salyan, Dəvəçi, Qusar, Sabirabad və digər rayonlardan 6 ton kartof, 7 ton tərəvəz, 3 ton meyvə, 1,5 ton ət, 10 min ədəd yumurta çıxarılmışdı.

Yerli fermerlər və fiziki şəxslər tərəfindən indiyədək yarmarkaya 120 tondan çox geniş çeşidli kənd təsərrüfatı məhsulları gətirildiyini bildirən Qusar Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Şair Paşayev, bu işin hazırda uğurla davam etdirildiyini söylədi. O bildirdi ki, hazırda rayon ərazisində yetişməkdə olan məhsullar da yaxın vaxtlarda paytaxt sakinlərinə təklif ediləcəkdir.

Qeyd edilmişdir ki, qusarlılar yarmarkaya daha çox kartof, kələm, alma və qablaşdırılmış turşular çıxarmışlar.

Salyandan gətirilmiş mal və qoyun əti satılan ərazidə alıcıların növbə yaratması bu məhsula tələbatın daha çox olduğunu göstərirdi. Elə bu məqsədlə də hər dəfə yarmarkaya adı çəkilən rayondan 1 tondan çox ət gətirilir.

SƏBAİL RAYONU

Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada əsl canlanma hiss olunurdu. Bunun səbəbi gətirilən malların bolluğu və yeni məhsulların üstünlük təşkil etməsidir.

Yarmarkaya Salyan, Ağdaş və digər rayonlardan 1 ton soğan, kartof, 400 kiloqram pomidor, xiyar, 1,5 ton kələm, 500 kiloqram mal əti və digər məhsullar çıxarılmışdı.

Alıcı Babək Ağayev bildirdi ki, qəsəbədə yaradılan bu yarmarka aztəminatlı ailələr üçün əlverişli imkanlar yaratmış və hər bir sakin buradan müvafiq qiymətə istənilən məhsulu əldə edə bilir.

Salyanlı fermer Zahid Qəmbərov söylədi ki, artıq 20-ci dəfədir ki, yarmarkaya məhsul gətirir və alıcılara ağartı məhsulları təklif edir. Bu vaxt ərzində 1 tona yaxın ağartı məhsulları satdığını bildirən Z.Qəmbərov sakinlərin bu məhsulu həvəslə aldıqlarını vurğuladı. Onun dediyinə görə, satdığı ağartı öz şəxsi fermasında saxlanılan heyvanlardan alınmış süd məhsullarından hazırlanaraq qablaşdırılmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliya A Seriyası: "Yuventus" doğma meydanda "Milan"ı məğlub edib

“Bavariya” Bundesliqanın 18-ci turunda “Volfsburq”u məğlub edib

Məhkəmə Cənubi Koreya Prezidentinin həbsdə saxlanılmasına qərar verib

ADPU-nun Quba filialında 20 Yanvar şəhidləri anılıb

® “Kapital Bank” kibercinayətkarlıqla mübarizəni ikiqat gücləndirib

Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib

Premyer Liqa: "Liverpul" çempionluq yolunda vacib qələbə qazanıb

Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub

Gürcü politoloq: Cənubi Qafqaz üçün sülh və sabitliyin alternativi yoxdur

"Neftçi" İdman Klubu 2024-cü ili 1001 medalla başa vurub

"Neftçi" "Sabah"la oyuna itkilərlə çıxacaq

İspaniyada dağ-xizək stansiyasında faciə baş verib

Kişi voleybolçular arasında Yüksək Liqada VI tura yekun vurulub

"Kəpəz" Tacikistan millisinin üzvünü transfer edib

Azərbaycan və Ruanda Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Marneulidə “Milli dirəniş və azadlığa gedən yol” adlı fotosərgi və anım tədbiri keçirilib

Almaniya ölkəsinə qayıdan hər bir suriyalıya 1700 avro ödəyir

Misli Premyer Liqası: "Zirə" "Araz-Naxçıvan"ı məğlub edib

İstanbulda TADEF-in VII Hesabat-Seçki Qurultayı keçirilib VİDEO

Azərbaycan İdman Akademiyası ilə Buxara Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Sahil Tahirli: "Sədərəkdən Şuşaya” filmi xalqımızın müstəqillik uğrunda apardığı mübarizəni əks etdirir

Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub

İmişlidə yol qəzasında 2 uşaq həyatını itirib YENİLƏNİB

Ər-Riyadda beynəlxalq Mədənçilik Konfransında 29 milyard dollarlıq müqavilələr imzalanıb

Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib

Yasamalda qanunsuz heyvan kəsiminin qarşısı alınıb

Marneulidə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Kiyevə ballistik raket hücumlarının fəsadları – AZƏRTAC hadisə yerindən xəbər verir VİDEO

"Turan Tovuz" braziliyalı futbolçunu transfer edib

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi yekunlaşıb

“Əbədi qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib

“Azərişıq” ASC-nin nümayəndələri Qubada sahibkarlarla görüşüblər

BDU və Buxara Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələri genişləndirilir

"Beşiktaş" yeni baş məşqçisi ilə müqavilə imzalayıb

Azərbaycan klubu amerikalı basketbolçu transfer edib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

QMİ sədri: 20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür

Türkiyə ordusu Suriya və İraqın şimalında 21 terrorçunu məhv edib

"Kapital Bank" Milli Qəhrəman Hökumə Əliyevanın atasının dələduzluq halı ilə üzləşməsi haqqında açıqlama yayıb

Tariximizin qəhrəmanlıq səhifəsi - 20 Yanvar

Daşkənddə 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib VİDEO

20 Yanvar faciəsi qurbanlarının xatirəsi ADAU-da silsilə tədbirlərlə yad edilib

DİN: Milli Qəhrəmanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib VİDEO

 Nazir: Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək

Hakan Fidan: Türk Dövlətləri Təşkilatının daha təsirli və səmərəli olması strateji bir addımdır VİDEO

Türkiyənin XİN başçısı: Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq

Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək

Azərbaycanın və Türkiyənin XİN başçıları qərarların icrası istiqamətində müzakirələr aparıb

Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan növbəti seminar-müşavirə Şirvanda keçirilib VİDEO

Elmi Mərkəz: Cənub-şərq regionunda etnoqrafik, arxeoloji və numizmatik abidələr aşkarlanıb

Nazir: Yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində Azərbaycanla Türkiyə arasında çox yaxşı əməkdaşlıq potensialı mövcuddur VİDEO

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir VİDEO

Qırmızı qərənfillərdən don biçilən ziyarət yolu – FOTOREPORTAJ

Cəbrayılda daha 42 ailəyə evlərin açarları təqdim olunub VİDEO

Serdar Ünsal: Qanlı Yanvar cinayətini törədənlərin məsuliyyətə cəlbetmə müddəti yoxdur

Sabaha olan hava proqnozu açıqlanıb

Akademik: Elmi fəaliyyətin əsas istiqamətləri sırasında Qarabağa “Elmin Böyük Qayıdışı” əhəmiyyətli yer tutub

Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Üzgüçülük Federasiyasına yeni prezident təyin olunub

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında memorandum imzalanıb

Oğurluq edən 3 nəfər saxlanılıb

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

20 Yanvar – Xalqın sınaq imtahanı

“İmprotex İndustries”in “Revival” mexaniki minatəmizləyən texnikaları xarici bazarların diqqətini cəlb edib

“Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub

Beynəlxalq Cinayət Məhkəməsi Suriyanın yeni hökuməti ilə birlikdə Bəşər Əsədin cinayətlərini araşdıracaq

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Lənkəran Regional Elmi Mərkəzi illik hesabat veriblər

Son illər peşə hazırlığına cəlb olunan issiz və işaxtaranların illik sayı 6 dəfə artıb

20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik arzusunu, dəmir iradəsini daha da möhkəmləndirib

® “Azercell”in “Təhlükəsiz internet” layihəsi rəqəmsal təhlükəsizliyi gücləndirir

Veteranlar Şəhidlər xiyabanını ziyarət edib

Blinkenin jurnalisti mətbuat konfransından zorla uzaqlaşdırması sərt tənqid edilir

20 Yanvar hadisəsi sovet imperiyası tərəfindən insanlığa qarşı dövlət səviyyəsində törədilmiş cinayətdir

Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

Bakının Xətai rayonunda döyüş sursatları aşkarlanıb VİDEO

Ali Neft Məktəbinin tələbəsi Harvardın təqaüd proqramını qazanıb

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ VİDEO

Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsini əks etdirən rəsm əsəri triptixinin təqdimatı keçirilib

İncəsənət təhsili ocaqlarının müəllimləri üçün Yaradıcı Mərkəzin təqdimatı olub

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim xalqımız tərəfindən əziz tutulur

Azərbaycanın futbol klublarının dünya reytinqində mövqeləri bəlli olub

Azərbaycan ictimaiyyətindən Nobel Komitəsinə açıq məktub: Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın

DİN: 41 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub

Azərbaycan şahmatçısı beynəlxalq yarışda çıxış edəcək

Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi

İmişlidə qətl hadisəsi törədilib VİDEO

Hökumə Əliyevanın atasının müraciəti əsasında cinayət işi başlanılıb

"Barselona"nın futbolçusu zədəsini sağaldıb

Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub

Deputat: 20 Yanvar xalqımızın milli azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib

Avroliqa: "Fənərbağça" doğma meydanda qələbə qazanıb

Deputat: 20 Yanvar Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir

Mədəniyyət naziri musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul olunmuş bir qrup müəllimlə görüşüb

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir VİDEO