MDB ÖLKƏLƏRİNİN BAŞ NAZİRLƏRİ MİNSKDƏ MƏSLƏHƏTLƏŞMƏLƏR APARIRLAR
AZƏRTAC-ın xəbər verdiyi kimi, mayın 23-də Belarusun paytaxtı Minskdə MDB ölkələri Hökumət Başçıları Şurasının iclası açılmışdır.
Müzakirəyə çıxarılmış əsas məsələlərdən biri Birliyin İqtisadi İnkişaf Strategiyası layihəsinin hazırlanmasına dair MDB Dövlət Başçıları Şurasının 2007-ci il 5 oktyabr tarixli və MDB Hökumət Başçıları Şurasının 2007-ci il 22 noyabr tarixli iclasların tapşırıqlarının, nəqliyyat siyasətinin razılaşdırılması və MDB ölkələrinin ərzaq təhlükəsizliyinin artırılmasına dair birgə tədbirlər kompleksinin hazırlanması sahəsində təkliflərin yerinə yetirilməsi məsələsidir.
Hökumət başçıları maliyyə və digər xarakterli məsələləri də müzakirə edəcəklər.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Minsk forumunda Azərbaycanın Baş naziri Artur Rasizadə, Rusiya Hökumətinin başçısı Vladimir Putin, Qazaxıstan Baş nazirinin müavini Umirzak Şukeyev, Gürcüstanın Baş naziri Vladimir Qurgenidze, Qırğızıstanın Baş naziri İqor Çudinov, Tacikistanın Baş naziri Akil Akilov, Özbəkistan Baş nazirinin müavini Rüstəm Qasımov, Moldovanın Baş naziri Zinaida Qreçanaya, Ukraynanın Baş naziri Yuliya Timoşenko, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Rəşid Meredov, Ermənistanın Baş naziri Tiqran Sarkisyan iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]