SİYASƏT
MDB Parlamentlərarası Gənclər Assambleyasının embleminin ən yaxşı qrafik həlli üçün müsabiqə elan edilmişdir
Bakı, 14 yanvar (AZƏRTAC). Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Gənclər Assambleyası (MDB PAGA) təşkilatın embleminin ən yaxşı qrafik həllini təyin etmək məqsədilə açıq beynəlxalq müsabiqə elan edir.
MDB PAGA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə Müstəqil Dövlətlər Birliyinin sakini olan istənilən fiziki şəxs, habelə hüquqi şəxslər və müəlliflər kollektivi iştirak edə bilər.
Müsabiqənin təşkilatçıları Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının ideyalarını, Müstəqil Dövlətlər Birliyi gənclərinin əməkdaşlığı və parlamentarizm ideyalarını ifadə edən yığcam və anlaşıqlı bədii-qrafik obrazlar gözləyirlər. MDB PAGA-nın emblemi MDB-nin rəsmi simvolikasının varisliyini saxlamalı və ona uyğun olmalıdır.
Müsabiqədə iştirak etmək üçün sifariş vərəqini dolduraraq MDB PA GA Şurasının Katibliyinin elektron ünvanına ([email protected]) göndərmək lazımdır. Məktubun mövzusu kimi “MDB PA GA emblemi” müsabiqəsi sözləri yazılmalıdır. Arayış üçün telefon: +7(812) 326-64-70.
Müsabiqədə iştirak etməyin şərtləri müsabiqə haqqında Əsasnamədə daha ətraflı şərh edilmişdir. Həmin Əsasnaməni MDB PA GA-nın [email protected] saytından yükləmək olar.
Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Gənclər Assambleyası MDB PA GA Şurasının 22 noyabr 2012-ci il tarixli qərarına əsasən yaradılmış MDB PA GA Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının daimi fəaliyyətdə olan məşvərət orqanıdır.
MDB PA GA-nın əsas məqsədləri parlamentlərin gənc üzvlərini MDB iştirakçısı olan dövlətlərin siyasi, iqtisadi, humanitar, ekoloji, mədəniyyət və başqa sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi prosesinə cəlb etmək, MDB-nin gənc parlamentariləri və gənclər təşkilatlarının nümayəndələri arasında dialoq və təcrübə mübadiləsi üçün şərait yaradılması, gənclərin parlament diplomatiyası ilə tanış edilməsi, gənc nəslin hüquq mədəniyyətinin, onların sosial və vətəndaş fəallığının artırılmasıdır.