Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamna-məsinin təsdiq edilməsi haqqında” 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” 2024-cü il 14 mart tarixli 22 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1198 (Cild I); 2024, № 4, maddə 437) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü və 14-cü hissələrdə “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili Qaydaları”nın 2.4-cü bəndində “Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq bölmə və strukturlarının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki müvafiq qurumlarının” sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi Qaydası”nın 2.2-ci bəndinin birinci cümləsində, 2.3-cü bəndində, 2.4-cü bəndinin birinci cümləsində, 2.5-ci, 2.7-ci və 2.8-ci bəndlərində “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin.

4. Həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası” üzrə:

4.1. 2.3-cü, 2.5-ci bəndlərdə və 2.8.1-ci yarımbənddə “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin;

4.2. 2.4-cü bənddə “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə, “Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində” sözləri “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən” sözləri ilə əvəz edilsin.

5. Həmin Qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi” üzrə:

5.1. 1.2-ci bənddə “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin” sözləri ilə əvəz edilsin;

5.2. 5.3-cü bəndin ikinci cümləsində “AMEA Rəyasət Heyətində” sözləri “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində, Azərbaycan Respublikası” sözləri ilə əvəz edilsin.

6. Həmin Qərarla təsdiq edilmiş 9 nömrəli əlavə - “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının Əsasnaməsi”nin 3.1-ci bəndinin birinci cümləsində “AMEA-nın Aqrar Elmləri Bölməsi” sözləri “Azərbaycan Respub-likasının Elm və Təhsil Nazirliyi” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyun 2024-cü il

№ 317

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin