Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Bahar ilmələri” sərgisinə hazırlaşırlar
Bakı, 29 aprel, AZƏRTAC
Mayın 4-də “ARIF AZIZ ART HOUSE” sənət evində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsinin dekorativ-tətbiqi sənət ixtisası üzrə təhsil alan tələbələrinin “Bahar ilmələri” adlı kollektiv sərgisi keçiriləcək.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə tələbələrin bədii xalça və bədii toxuculuq ixtisaslaşmaları üzrə ənənəvi və innovativ yanaşmaları özündə ehtiva edən xalça, qobelen, art-protis, batika nümunələri nümayiş olunacaq.
Tədbir çərçivəsində, həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın “Dekorativ-tətbiqi sənətin yeni istiqamətləri” kitabı təqdim ediləcək.
Sərgi ADMİU-nun rəssamlıq fakültəsinin dizayn və dekorativ tətbiqi sənət kafedrasının təşəbbüsü və UNESCO yanında “Yeni era” Dünya Rəssamlar Akademiyasının dəstəyi ilə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]