ELM VƏ TƏHSİL
“Məhəmməd Əmin Rəsulzadə - mühacirətdə bitən ömür” - tədbir
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində (REM) “Məhəmməd Əmin Rəsulzadə - mühacirətdə bitən ömür” adlı dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində təşkil edilib.
Şəki Regional Elmi Mərkəzindən AZƏRTAC-a bildirilib ki, dəyirmi masada Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi Kamil Adışirinovun “Məhəmməd Əmin Rəsulzadə mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi kimi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu”, “Azərbaycan Cümhuriyyəti”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Azərbaycan şairi Nizami” əsərləri geniş şərh edilib, bu əsərlərin Azərbaycan ədəbiyyatı üçün əhəmiyyəti diqqətə çatdırılıb.
Daha sonra Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov mövzu ilə bağlı çıxış edib.