Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub VİDEO

Bakı, 16 may, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 16-da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş suveren ərazilərində mədəni irsin məhv edilməsini əks etdirən sənədlərin tədqiqinə başlanılıb.

Belə ki, 1993-cü il aprelin 7-də xarici media subyektində nəşr olunan Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğalına dair məqalə tərcüməçi vasitəsilə tədqiq olunub.

Bildirilib ki, "Qafqazda hücumlar yeni qaçqın dalğası yaradır" sərlövhəli məqalədə Ermənistan ordusunun Kəlbəcərdə “uğurla” irəliləməsinin minlərlə azərbaycanlının öz torpağından qaçmağa məcbur qalmasına səbəb olduğu qeyd edilib. Yazıda bildirilib: “Bazar ertəsi Kəlbəcərdə qadınlar və uşaqlar helikopterlərə minməyə cəhd ediblər. Döyüşlərdən qaçan 39 minə yaxın insan qaçqın mərkəzlərində qeydiyyatdan keçib".

Məqalədə, həmçinin qeyd edilir: "Murov keçidi, Azərbaycan, 6 aprel 1993-cü il. Onlar (azərbaycanlılar - red.) qarla örtülmüş düzənliklərdə qara nöqtələr kimi görünürdülər. Doqquz min fut (təxminən 2743 metr) hündürlüyündəki dağ keçidinin şimal yamacından enən üç nəfər öz torpaqlarında sığınacaq axtararaq irəliləyirdi. Meşə yoluna bənzər bir cığırda onların, əslində, beş nəfər olduğu məlum oldu.

Taqətdən düşmüş 30 yaşlarında bir kişi və qucaqlarında körpə uşaqları olan 20 yaşlarında iki qadın. Onların hamısı soyuqdan donurdu, meşədə və dağda 6 günlük yürüşdən sonra şok vəziyyətində idilər. Cənubi Qafqazda Ermənistan ordusu həftəsonu Kəlbəcəri ələ keçirərək minlərlə insanın qaçmasına səbəb olub və böyükmiqyaslı məcburi köçkün böhranı yaradıb.

Kəlbəcərin erməni qoşunları tərəfindən işğalı onlara (ermənilərə – red.) Qarabağı Ermənistanla şimaldan cənuba birləşdirən geniş ərazi üzərində nəzarət imkanı verib. Birinci əlaqə ötən il Laçında qurulmuşdu, bu yol qoşunların və təchizatın Qarabağa çatdırılması üçün istifadə olunurdu".

Bundan başqa, yazıda vurğulanır ki, yalnız Azərbaycan hökuməti deyil, həm də Kəlbəcərin işğalının əyani şahidi olan bir çox insanlar hücumun birbaşa Ermənistan ərazisindən həyata keçirildiyini bildiriblər. Qeyd edilib ki, Qarabağa açılan yeni “şimal dəhlizi” 100 kilometrdən çoxdur. Bu da faktiki olaraq Kəlbəcər bölgəsinin tam şəkildə ilhaqı deməkdir. ABŞ Qafqazdakı yeni hücumlara görə Ermənistanı qınayır.

Bu gün ABŞ Ermənistanı qonşu Azərbaycanın şimal-qərbində yerləşən əraziləri 11 gün əvvəl başlanan hücumlar nəticəsində ələ keçirdiyinə görə kəskin şəkildə qınayıb. ABŞ Dövlət katibi Varren Kristoferin bəyanatında administrasiya İrəvan hökumətini qüvvələrini dərhal geri çəkməyə çağırıb. Eyni zamanda o, bazar ertəsi Ermənistan Prezidenti Levon Ter-Petrosyana etiraz məktubunun təqdim olunduğunu qeyd edib”.

Daha sonra "İzvestiya" qəzetinin 1993-cü il aprelin 2-də nəşr olunan buraxılışında işıq üzü görən məqalə tədqiq olunub.

Yazıda deyilir: "Ermənistan ordusu Kəlbəcər rayonunun ətrafına çatıb. Hücum həm Ermənistan, həm də Qarabağ tərəfdən həyata keçirilib. Kəlbəcər rayonu tam olaraq blokadaya alınıb, onu Azərbaycanın digər əraziləri ilə birləşdirən yollar artıq kəsilib. Şəhər daim raket, artilleriya hücumlarına və havadan bombardmana məruz qalır. Dinc əhali arasında çoxlu sayda ölən var. Minlərlə insanın taleyi məlum deyil”.

Beləliklə, məhkəmə iclasında tədqiq olunan hər iki xarici mənbədə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalında, mülki əhalinin qətlə yetirilməsində iştirakı öz əksini tapıb və təsdiqlənib.

Sonra BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən qətnamələr ingilis dilindən tərcüməçi vasitəsilə tədqiq olunub.

Məhkəmədə daha sonra beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə amansız hücumunu, mülki əhalini qətlə yetirməsini əks etdirən hesabatı tədqiq olunub.

Hesabatda bildirilir ki, Ermənistan ordusu Qarabağda ələ keçirdiyi bütün ərazilərdən Azərbaycanın mülki əhalisini qovub və ya girov götürüb. Qaçıb canını qurtarmağa çalışan insanları heç bir fərq qoymadan güllələyiblər.

Təşkilatın hesabatında genişmiqyaslı talan və mülki əhalinin əmlakının məhv edilməsi, 1993-cü ilin iyulunda Ağdamın Ermənistan ordusu tərəfindən işğalı, şəhərin talan edilməsi barədə məqamlar da yer alıb.

Sənəddə Ermənistan ordusunun Qarabağda baş vermiş döyüşlərdə iştirakı da tədqiq olunur. Vurğulanıb ki, Azərbaycanın mülki əhalisinin heç bir fərq qoyulmadan atəşə tutulması, bombardmana məruz qoyulması insanların məcburi şəkildə yerlərini dəyişmələrinə səbəb olub. Mülki əhali girov götürülüb, əmlakı talan edilib və yandırılıb.

Bundan əlavə, hesabatda həmin dövrdə Ermənistan Respublikasının hərbi cinayətlər törətməsi ilə əlaqədar Cenevrə Konvensiyasının ciddi şəkildə pozulduğu qeyd edilib. Hesabatda Ermənistan ordusunun hərbi qaydaları pozması, müharibə cinayətləri törətməsi halları da əksini tapır.

Girovlar, müharibə əsirləri ilə düzgün şəkildə davranılmaması və onların öldürülməsi kimi hallar da sənəddə yer alıb.

Sonra dövlət ittihamını müdafiə edən prokuror tərəfindən Azərbaycanın rayon, şəhər, qəsəbə və kəndlərinin Ermənistan tərəfindən işğalından sonra dağıdılmasını, viran qoyulmasını, mədəni, tarixi, dini abidələrin məhvini, infrastrukturun, mülki əmlakın, qəbiristanlıqların məhv olunmasını əks etdirən foto və videomateriallar təqdim olunub.

Bildirilib ki, işğal dövründə dini abidələrimiz və məscidlərimiz dağıdılmaqla yanaşı, həm də orada donuz saxlanılmaqla təhqir olunub.

İclasda, həmçinin işğaldan azad edilmiş rayon, şəhər və kəndlərə baxış keçirilməsinə dair protokollar, həmin protokollara əlavə edilmiş foto və videogörüntülər nümayiş etdirilib.

Ardınca ibtidai istintaq zamanı keçirilmiş ekspertiza rəyləri elan olunub.

Qeyd edək ki, bu təcavüzkar müharibə zamanı Azərbaycanın mədəni sərvətinə aid olan tarix və mədəniyyət abidələrinin hücum obyektinə çevrilməsi hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməsi, qəsdən böyük həcmdə yandırılması, artilleriya qurğularından atəşlər açıb partladılması, fiziki üsullarla qismən və tamamilə dağıdılması, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməsi nəticəsində ölkəmizə və xalqımıza xüsusilə külli miqdarda ziyan vurulub.

Məhkəmə prosesi mayın 19-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peruda zəlzələ baş verib, ölən var

Alimlər beyin təsvirində inqilabi imkanların əsasını qoyublar - ARAŞDIRMA

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirilib

Gənc azərbaycanlı qız Almaniyada şahmat üzrə çempion olub

İzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib

Rusiyanın Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

Riyad Məmmədov Moskva Caz Festivalında çıxış edib

Bu ilin məzunları sırasında uşaq evi sosial xidmət müəssisələrinin bir qrup sakini də var

Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar

Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir

“Bavariya” klublararası dünya çempionatına darmadağınla başlayıb

Almaniyada ilk dəfə Milli Veteranlar Günü qeyd olunub

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb

Kahramanmaraşda “Dəmir Yumruq” abidəsinin ucaldılması planlaşdırılır

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib

Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olub

İranda 2 nəfər casus ələ keçirilib

Xalq artisti Amaliya Pənahovanın məzarı ziyarət edilib

Roma Papası dünyada sülh üçün çağırış edib

Şamil Ayrım: Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Vasili Berezutski “Sabah” klubundan ayrılmasının səbəbini açıqlayıb

Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub

İran İsrailə 50 ballistik raket atıb

Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var

Sabirabadda klinikada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşünün digər iştirakçısı da Azərbaycana gəlib

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb

İran hökumət nümayəndəsi: Biz heç vaxt müharibə istəməmişik

Lu Mey: Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub

Şıx çimərliyində iki nəfər batıb YENİLƏNİB

Uşaq evi sosial xidmət muəssisəsinin bir qrup sakini üçün ekskursiya təşkil edilib

Bahar Muradova: Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Bahar Muradova: Bizim ortaq bir amalımız var - ədalətli, sabit və dəyərlərə əsaslanan dünya nizamı

Qida sahəsində fəaliyyət göstərən sahibkarların müraciətləri dinləniləcək

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb FOTO VİDEO

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb FOTO VİDEO

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son hadisələri müzakirə ediblər

Əli Əhmədov: Yeni dünya nizamının meydana gəlməsi reallıqdır

Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq

Texnoloji, siyasi və hərbi transformasiyalar dünya tarixinin yeni bir mərhələsinin başladığından xəbər verir

BSU-nun Elmi şurasının iclası universitetin yenidən təşkilinə həsr edilib

Tbilisidən Təl-Əviv, Əbu-Dabi, Şarja, Ərbil, Dehli və Dubaya uçuşlar ləğv edilib

Biləsuvarda baş verən ağır yol qəzasında iki nəfər ölüb

Xarkov şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Daulet Kəribek: Əsas məqsədlərimizdən biri türk dövlətləri arasında dialoqun inkişaf etdirilməsidir

Türkiyə XİN: Azərbaycanla birliyimiz əbədi davam edəcək

Aktam Xaitov: Qarabağda çox böyük quruculuq işlərinin aparıldığına şahid oldum

Unal Üstel: Qarabağ Zəfərində Azərbaycan xalqının yaşadığı qüruru biz də öz qəlbimizdə hiss etdik

Daulet Kəribek: Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib

Efkan Ala: Azərbaycan regionda sülhün və dayanıqlı inkişafın baş memarı olmağa layiqdir

Nazim Beyşekeyev: Qırğızıstan vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk

İranın xarici işlər naziri: BMT Təhlükəsizlik Şurasının susqunluğu təəssüf doğurur

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir

Seyid Abbas Ərağçi: İran nüvə sazişini imzalamağa hazırdır

Azərbaycan Qazaxıstanda keçirilən Türk Dövlətləri Kardioloqlarının II Qurultayında təmsil olunub

Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

Bu gün Xalq artisti Amaliya Pənahovanın anadan olmasından 80 il ötür

Prezident İlham Əliyevə təşəkkür edirik – Kahramanmaraşdakı Azərbaycan məhəlləsinin yeni sakinləri

Təbiət və gözəllik şairi

Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Efkan Ala: Qarabağın işğaldan azad olunması hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür

Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi: Şuşa Bəyannaməsi

Azərbaycan badmintonçuları Venesuelada gümüş medal qazanıblar

Coğrafiya İnstitutunun əməkdaşı: Azərbaycanın ən küləkli bölgəsi Abşeron yarımadası və Qobustandır

Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb VİDEO

Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar VİDEO

Qırğızıstan vətəndaşları İrandan təxliyə olunublar VİDEO

Azərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələr verir

Azərbaycanın 13 yaşlı şahmatçısı dünya çempionatında Hikaru Nakamuraya qalib gəlib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

Prezident İlham Əliyev: Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir

Prezident: Azərbaycan nəinki Cənubi Qafqazın, bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır

Aydın Kərimov: Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub

Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir

“Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir YENİLƏNİB

İyunun 15-i Ümumdünya Külək Günüdür

Fransanın keçmiş prezidenti “Fəxri legion” ordenindən məhrum edilib

Konstitusiya və uşaq hüquqları ilə bağlı maarifləndirici kitabın təqdimatı keçirilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Hindistanda helikopter qəzaya uğrayıb

İran hava məkanının bağlı qalma müddəti uzadılıb

Britaniya XİN İrana və İsrailə müraciət edib

Azərbaycanlı diplomat BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini təyin edilib

İraq: ABŞ hava məkanımızın qorunmasına məsuliyyət daşıyır

Suriya və İraq hava məkanlarını yenidən bağlayıb

Bələdiyyə sədri: Azərbaycan məhəlləsi Kahramanmaraşın görkəmini dəyişdi