“MƏHSƏTİ” JURNALININ İLK NÖMRƏSİ NƏŞR EDİLMİŞDİR
Nəşrdə Azərbaycan Respublikasının xalq artisti Zəroş Həmzəyevanın həyat və yaradıcılığından söhbət açılmış, “Məhsəti” tamaşasındakı ifası, sənətkarlıq məharəti təqdir olunmuşdur.
Oxucular mərhum sənətkarımız, xalq artisti Rübabə Muradovanın ömür yolu ilə, xalq şairi Nigar Rəfibəyliyə həsr edilmiş xatirələrlə, “Dost diyardan töhfələr” rubrikasında İran şairlərinin şerləri və s. maraqlı yazılarla tanış olacaqlar.
“Məhsəti” Şairlər Məclisinin sədri, “Məhsəti” jurnalının təsisçisi və baş redaktoru Fəridə Ləman müxbirimizlə söhbətində bildirmişdir ki, məclis İstanbulda fəaliyyət göstərən “Könül dostları” Şairlər Məclisi ilə ədəbi əlaqələr yaratmış, hər iki məclisin üzvlərinin şerlərindən ibarət almanax çap etdirmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 80 illiyi ilə əlaqədar “Nur heykəli” adlı kitab hazırlamışdır. O, “Məhsəti” jurnalının nəşrindən danışarkən qeyd etmişdir ki, məclis vətəndən kənarda da tanındığı üçün jurnalın Türkiyə, Almaniya, Fransa və s. ölkələrdə təmsilçiləri vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]