MEKSİKA GÜMÜŞ SİKKƏSİ DÜNYADA ƏN YARAŞIQLI SİKKƏ HESAB EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, üstündə milli gerbin və astek təqviminin təsviri olan Meksika gümüş sikkəsi “dünyada ən yaraşıqlı” sikkə hesab edilmişdir.
Pul nişanına bu fəxri titulun verilməsi haqqında qərarı sikkəxanaların Koreya Respublikasında keçirilmiş ümumdünya konfransının üzvləri qəbul etmişlər.
Kolleksiya sikkəsinin dəyəri dəqiqləşdirilmir. Sikkə beynəlxalq münsiflər heyətinin diqqətini təkcə gözəlliyi ilə deyil, həm də hazırlanma texnikasının mürəkkəbliyi ilə cəlb etmişdir. Axı, kiçik sikkənin üzərində diametri 3,5 metrdən çox olan və təqvim adlandırılan 24 tonluq “Günəş daşı” astek monolitinin detallarını əks etdirmək heç də asan deyil.
“Dünyada ən yaraşıqlı sikkənin” surətlərini Meksika Mərkəzi Bankında və Sikkəxanada almaq olar. Sikkələrə əsilliyini təsdiq edən sertifikat və ekspertlər birliyinin rəyləri olan buklet əlavə edilir. Maliyyə idarəsində qeyd edirlər ki, bu pul nişanı kolleksiyaçı numizmatlar tərəfindən müsbət qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]