Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Meksika mətbuatında Azərbaycanın minadan əziyyət çəkməsindən bəhs edən məqalə dərc olunub

Meksika mətbuatında Azərbaycanın minadan əziyyət çəkməsindən bəhs edən məqalə dərc olunub

Bakı, 25 mart, AZƏRTAC

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM (Universidad Nacional Autónoma de México) Universitetinin professoru Talya İşcanın müəllifliyi ilə Azərbaycanda mövcud mina problemindən bəhs edən “Minalar, hələ də can alan bəla” (Minas terrestres: un flagelo que aún cobra vidas) başlıqlı geniş məqalə dərc olunub. Bu barədə AZƏRTACa- Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Azərbaycan və onun reallıqları barədə bir çox məqalələrin müəllifi olan T.İşcan bu gün münaqişələrin təlatüm etdiyi dünyanın qaçqın böhranı, miqrasiya kimi müxtəlif təhlükəsizlik və humanitar məsələlərlə yanaşı mina məsələsi ilə də üzləşdiyini, bu xüsusda beynəlxalq statistikaya nəzər saldıqda, xüsusilə Qafqazda minalarla çirklənmə səviyyəsinin narahatedici olduğuna diqqət çəkib.

Məqaləsində ölkəmizin ərazilərinin erməni işğalından azad edilməsindən sonra bu problemin daha da aktuallaşdığını bildirən müəllif bu gün Azərbaycanın sözügedən torpaqlarının Ermənistan tərəfindən istər İkinci Qarabağ müharibəsindən öncə, istərsə də sonra basdırılmış çoxsaylı mina nəticəsində dünyanın minalarla ən çirklənmiş ərazilərindən olduğunu, ümumilikdə 1,5 milyondan çox mina və partlayıcı qurğunun qaldığını diqqətə çatdırıb.

Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin yalnız 25 faizinin dəqiq olduğunu, BMT-nin hesablamalarına görə, ərazilərin minalardan təmizlənməsi prosesinə Azərbaycana 30 il və 25 milyard ABŞ dolları lazım olduğunu bildirib. Bu xüsusda, 30 il öncə ermənilər tərəfindən qovulan məcburi köçkünlərin bu gün həmin torpaqlara qayıtması nöqteyi-nəzərindən minaların təmizlənməsi məsələsinin daha da aktuallaşdığını qeyd edib.

Məqalədə, həmçinin minatəmizləmə prosesinin Azərbaycan tərəfindən həyata keçirildiyi diqqətə çatdırılıb. Azərbaycan Prezidentinə istinadən bu sahə üzrə müstəqil şirkət və agentliklərin qiymətlərinin çox yüksək olması ilə yanaşı, Qarabağ bölgəsinin dağlıq relyefinin də prosesi daha da çətinləşdirdiyi bildirilib.

Habelə, Vətən müharibəsindən bu günə kimi 400-ə yaxın azərbaycanlının mina qurbanına çevrildiyi oxucuların diqqətinə çatdırılıb.

Məqalədə müəllif Azərbaycanın Qarabağ bölgəsində məsələnin çoxölçülü olmasına, təhlükəsizliyə və insan həyatına təhlükə olmasına baxmayaraq problemə beynəlxalq ictimaiyyət tərəfindən istər texnoloji, istərsə də maliyyə aspektindən kifayət qədər sərmayə qoyulmadığının narahatverici fakt olduğuna diqqət çəkib. Bu xüsusda, bu gün dünyanın bir çox ölkələrinin minalardan əziyyət çəkdiyini, BMT tərəfindən maarifləndirmə, minalardan təmizləmə və qurbanlara yardım kimi dəstək gördüyünü xatırladan müəllif Azərbaycanın bu problemlə mübarizədə kifayət qədər hərtərəfli yardım almamasnın təəccüblü olduğunu diqqətə çatdırıb.

Sonda müəllif mina təhlükəsinə məruz qalan ölkələrə münasibətdə siyasi dəstək, təcrübə mübadiləsi, iqtisadi və maliyyə dəstəyi kimi təsirli və nəticəyönümlü tədbirlərin görülməsinin əhəmiyyətindən söz açaraq bu kimi tədbirlərin 30 illik münaqişədən sonra indi davamlı sülhə, eləcə də həmin regionun yenidən qurulmasına, canlanmasına və normal vəziyyətə qayıtmasına ümid verən Qarabağ kimi bölgələrdə xüsusilə vacib olduğunu vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin müdafiə naziri: Çoxqütblü dünyanın qurulmasında bütün dövlətlər iştirak etməlidir

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turunun qalibi bəlli olub

ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub

42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

® Hansı diplomlar tanınmayacaq?

Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərman preparatları aşkar edilib

Xəzər dənizində zəlzələ baş verib

Gömrük təmsilçiləri ilə görüşdə sahibkarların təklif və rəyləri öyrənilib

Polad Bülbüloğluna Ermitaj mükafatı təqdim olunub

Sprint yarışının qalibi: Bakıda əldə etdiyim uğur karyerama müsbət təsir göstərəcək

“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib

Köçəri mədəniyyətinin yaratdığı bayram...

MSK deputatlığa namizədliyi qeydə alınmış Qələndər Muxtarlının şikayətini təmin etməyib

Fərhad Bədəlbəyli: Sevindirici haldır ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı möhtəşəm xarakter alır

Formula 2: Sprint yarışının qalibi mükafatlandırılıb

Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu işə başlayıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

Ermənistan Qərbdən aldığı yardımların qarşılığını nə vaxtsa ödəmək məcburiyyətində qalacaq - ŞƏRH

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başlayıb

Polkovnik-leytenant: Ermənistanın təxribatlarının qarşısını almaq üçün Azərbaycanın hərbi gücü və siyasi iradəsi var

Samir Abbasov: Azərbaycanın milli mədəniyyəti Antalyada geniş təbliğ olunur

"Sabah"ın FIBA Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlanıb

Müdafiə nazirinin müavini 11-ci Pekin Syanşan Forumunda iştirak edib

Mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edilib

Azərbaycanın Pakistandakı səfiri: Ölkədə iqlim baxımından ağıllı şəhərlərin yaradılması inkişaf strategiyasının tərkib hissəsidir

Formula 2: Bakıda keçirilən sprint yarışının qalibi müəyyənləşib

Media və QHT-lərin nümayəndələri kriminalistik texnika ilə tanış olublar

Formula 2 Azərbaycan Qran-Prisi: Bolidində yanğın baş verən pilot mübarizəni dayandırıb

Moskvada BRICS ölkələrinin media sammiti keçirilir

"Reuters"in türkiyəli jurnalisti: Bakıda çox maraqlı Formula 1 yarışı izləyirik

Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli geyimləri verilib

Professor: Ortaq əlifba türk xalqlarının arzuolunan inteqrasiyasını təmin edəcək

“Azərxalça” Formula 1 Azərbaycan Qran-Prisinin qonaqlarını xalçaçılıq sənəti ilə tanış edib

Zimbabve hökuməti 200 filin məhvinə göstəriş verib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Ermənistanda Qərbi Nil qızdırmasından dörd nəfər ölüb

Formula 2: Bakıda sprint yarışı start götürüb

Naxçıvanda dövlət qurumlarının əməkdaşları arasında futzal turnirinə start verilib

Stoltenberq: Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir

Meksikalı turist: Azərbaycan Formula 1 Qran-Prisinə möhtəşəm hazırlaşıb

AMEA prezidenti: Qarabağ Universiteti böyük elmi-mədəni mərkəzdir

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

Azərbaycanın kibertəhlükəsizlik reytinqini gücləndirməsi xarici investisiyanın ölkəyə cəlb olunmasına şərait yaradacaq – AÇIQLAMA

Azərbaycan CIFTIS sərgisində təmsil olunur VİDEO

Mərakeşdə erməni təxribatının qarşısı alınıb

Frank Şvabe AŞPA-nın yox, hansısa lobbi qrupunun üzvü kimi davranır ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb 

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Azərbaycan Qran-Prisi: "Mercedes"in pilotu 3-cü sərbəst yürüşdə birinci olub

Şəkidə “Yaşıl dünya üçün hüquqi yeniliklər” mövzusunda seminar keçirilib

Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib

COP29-un kiçik ada dövlətlərinə dəstəyi hədəfləməsi təqdirəlayiqdir

Formula 1: Bakı trekində növbəti qəza baş verib

Hacıqabul Sənaye Məhəlləsində istehsal olunan avtobuslar Bakı-Sumqayıt marşrut xəttinə buraxılıb

Fatma Səttarovanın ailəsinə və yaxınlarına

Baş nazirin müavini Şahin Mustafayev Beynəlxalq Olimpiya Komitəsinin üzvü ilə görüşüb

Azərbaycanın yaşıl enerji siyasətinin “günəbaxanı” Qaradağ GES-dən – REPORTAJ

Formula 1 Azərbaycan Qran-Prisi: Fransalı pilotun bolidində nasazlıq aşkarlanıb

Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib

Çexiya böyük daşqınlara hazırlaşır

Göygöldə Moruq festivalı keçirilir

Frank Şvabe kimi parlamentarilərin çıxışları ölkələrarası münasibətlərə mənfi təsir edir - ŞƏRH

Formula 1 pilotu: Bakı treki heyrətamizdir

Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş başlayıb

Rövşən Abdullaoğlu: Romanımın ikinci hissəsini yazmaq və qalan suallara cavab vermək ideyası yaranıb

Faktiki hava: Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb

Gənclər Kitabxanasında Bilik Günü münasibətilə sərgi hazırlanıb

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

Qəbələyə gələn xarici turistlərin sayı artıb

Hərbi ekspert: Azərbaycan ordusunun antiterror əməliyyatları dünya hərb tarixində bir ilk oldu – AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi BP şirkəti üçün nüvə və radiasiya təhlükəsizliyi mövzusunda növbəti təlim keçirib

Çin yeni nəsil aviasiya qırıcının sınaqlarına başlayıb

Uill Smit Bakıda möhtəşəm səhnə performansı ilə Formula 1 fanatlarına unudulmaz gecə yaşadıb

Elnur Məmmədli Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya sədr seçilib

Azərbaycan nümayəndə heyəti ŞKTC-nin aparıcı partiyasının qurultayında iştirak edəcək

Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi

Türkiyə Prezidenti Nyu-Yorkda qlobal şirkətlərin rəhbərləri ilə görüşəcək

Sənətşünas-alim: Dahi Üzeyir bəyin ruhu qarşısında hər bir musiqiçi öz mənəvi borcunu yerinə yetirməyə çalışır

Serik Maleyev: Vaşinqtonun İrəvanla müttəfiqlik münasibətləri imitasiyadır - ŞƏRH

Sankt-Peterburqda Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu başa çatıb

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları Monteneqro və Sloveniyaya qarşı

İşğaldan azad edilən ərazilərdə çox sayda silah-sursat tapılıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova vəfat edib

Bu gün Azərbaycan Premyer Liqasında daha 2 oyun keçiriləcək

Dünya birjalarında neft ucuzlaşıb

Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür

COP29-da iştirakı planlaşdırılan bir qrup beynəlxalq təşkilatın nümayəndələri ilə görüş keçirilib

Lənkəranda 43 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb

Tramp: ABŞ-a Rusiya ilə hərbi münaqişə lazım deyil

Gəncədə 18 yaşlı qadın bıçaqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib VİDEO

Prezident İlham Əliyev “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub YENİLƏNİB - 2 VİDEO

Müsəlmanlara qarşı karikaturalar İsveç parlamentinin ədliyyə komitəsinin sədrinə problem yarada bilər

Azərbaycan Qran-Prisi: Bu gün Formula 2 üzrə sprint yarışı keçiriləcək

ÜST: Əfqanıstanda 2,9 milyon uşaq qida çatışmazlığından əziyyət çəkir

Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb

Yunanıstan hökuməti ölkədə doğum səviyyəsinin aşağı olmasından narahatdır