SİYASƏT
Meksika səfiri: Azad olunmuş ərazilərdə bərpa-təmir işləri iki ölkə arasında baş tuta biləcək əməkdaşlığın digər bir sahəsidir

Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa-təmir işləri iki ölkə arasında baş tuta biləcək əməkdaşlığın digər bir sahəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri xanım Mariya Viktoriya Romero Kabalyero oktyabrın 3-də keçirilən mətbuat konfransında deyib.
İkinci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində Prezident İlham Əliyevin nitqindəki vacib məqamları diqqətlə dinlədiklərini söyləyən səfir deyib: “Meksikanın Queretaro ştatının nümayəndələri bu Forumda iştirak etdilər. Onlar azərbaycanlı həmkarları ilə görüşdülər. Söhbətlər zamanı hər iki tərəfi maraqlandıran məsələlərə toxunuldu”.