MEKSİKADA YENİ QAYDALARA GÖRƏ, MOBİL TELEFON SAHİBLƏRİNİN BARMAQ İZLƏRİ GÖTÜRÜLƏCƏKDİR
Bakı, 14 aprel (AZƏRTAC). Meksikada yeni qanunlara görə, mobil telefon sahiblərinin barmaq izləri götürüləcəkdir. Mobil rabitə operatorları aparat və təzə nömrə verməzdən əvvəl şəxsiyyət vərəqəsi, daimi yaşayış yerini təsdiq edən sənəd tələb edirlər. Federal polis nümayəndələri bildirmişlər ki, bəzən mobil telefon cinayətkarın əlində silahdan təhlükəli olur. Yeni qaydalar telefonla şantaja qarşı mübarizə aparmaq, habelə cinayətkar qrupların başçılarını mobil rabitədən məhrum etmək üçün tətbiq olunur. Məsələn, cinayətkar qrupların başçılarının həbsxanadan öz əlaltılarını mobil telefon vasitəsilə idarə etməsi faktları məlumdur.
Hazırda Meksikada 4 əsas mobil rabitə operatoru fəaliyyət göstərir. Onların 70 milyona yaxın abonenti bir il ərzində yenidən qeydiyyatdan keçməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]