İDMAN
Məktəbli hokkeyçilər yenidən mübarizəyə başlayır

Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Otüstü Hokkey Federasiyasının Bakı və Sumqayıt şəhərləri üzrə idman və təhsil İdarələri ilə birgə həyata keçirdiyi layihənin ikinci mərhələsi aprelin 25-də start götürəcək.
AZƏRTAC federasiyanın rəsmi saytına istinadla xəbər verir ki, layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin bir sıra orta məktəblərində otüstü hokkey üzrə dərsdənkənar məşğələlər təşkil olunub. Məşğələlərin əsas məqsədi şagirdlər arasında otüstü hokkeyin geniş yayılması və fərqlənən oğlan və qızların peşəkar məşqçilərin rəhbərliyi altında təlimlərə cəlb edilməsidir.
Layihənin bu mərhələsi “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunub. Yarışlarda 2000-2002-ci il təvəllüdlü oğlan və qızlardan ibarət 16 komanda iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.12.2023 [15:11]
“Neftçi” növbəti oyuna ciddi itkilərlə çıxacaq
- 07.12.2023 [14:31]
Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm
- 07.12.2023 [13:55]
Mahir Məmmədov: Bu il Azərbaycan şahmatı üçün məhsuldar alındı
- 07.12.2023 [13:09]
Boks üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar bəlli olub
- 07.12.2023 [12:16]
“Santos”un azarkeşləri klub futbolçusunun maşınını yandırıblar
- 07.12.2023 [12:09]
İdman gimnastikası üzrə “Rektor Kuboku”nun açılış mərasimi olub
- 07.12.2023 [11:54]