CƏMİYYƏT
Məmməd Musayev: ASK sahibkarların hüquqlarını qorumaq üçün struktur formalaşdırıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Ombudsman Aparatı təkcə problemləri həll etmir, eyni zamanda, hüquq pozuntularını ictimailəşdirir, icmallaşdırır.
Azərbaycan Sahibkarlar Konfederasiyası uzun illərdir Ombudsman Aparatı ilə qarışıqlı, faydalı əməkdaşlıq edir. Əməkdaşlıqda əsas məqsəd sahibkarların hüquqlarının müdafiəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri "Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən konfransda Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev söyləyib.
Məmməd Musayev qeyd edib ki, ölkəmizdə əlverişli biznes mühitinin yaradılması əsas məqsədlərdəndir.
ASK prezidenti bildirib ki, Konfederasiya sahibkarların hüququnu qorumaq üçün təkmil struktur formalaşdırıb. Sahibkarın fərdi müraciətləri iclaslarda müzakirə ediləcək.