Azərbaycan Dövlət İnformasiya Agentliyi

Menecer: TAP Yunanıstanı enerji mərkəzinə çevirir

Menecer: TAP Yunanıstanı enerji mərkəzinə çevirir

Bakı, 10 sentyabr, AZƏRTAC 

Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri Yunanıstanı enerji mərkəzinə çevirir.

AZƏRTAC boru kəmərinin operatoru olan TAP AG şirkətinə istinadla xəbər verir ki, bu barədə TAP-ın Yunanıstan üzrə meneceri Katerina Papalexandri “SEEF2019” forumundakı çıxışında deyib. O bildirib ki, TAP sahibkarlığı stimullaşdırıb, yeni iş yerlərinin yaranmasına səbəb olub və yerli iqtisadiyyata dəstək verib.

Qeyd edək ki, TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada boruların tikintisinə başlanılıb. Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası aprelin sonunda turist fəaliyyətləri və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər davam edir. Hazırda qəbul terminalının inşasının 32 faizi yekunlaşıb. Həmçinin TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsində boruların 3 kilometri xəndəyə endirilib.

TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 88,8 faizi icra edilib. Bundan başqa, Boru kəmərinin quru hissəsinin inşası çərçivəsində Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların 99 faizi torpağa basdırılıb. Həmçinin 3 ölkə üzrə marşrutun 95 faizindən çoxunda torpaq örtüyü bərpa olunub. İlin sonuna kimi Yunanıstan və Albaniya marşrutunda boruların 100 faizi torpağa basdırılacaq. Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların 99 faizi qaynaqlanıb.

Boru kəmərinin inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur. Bundan başqa, TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.

Boru kəmərinin inşası üzrə Albaniya sularında dəniz borularının tikintisi artıq başa çatıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularda döşənəcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək, 36 düymlük xəttin inşasında ümumilikdə 100 min ton ağırlığında təxminən 9 min boru istifadə olunacaq. “Saipem” dənizdəki tikinti işləri üçün təqribən 10 gəmidən istifadə edəcək.

TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına 2017-ci ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən 2 il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. Lazımi turbo kompressorlar isə “Siemens” şirkəti tərəfindən istehsal olunub.

Xatırladaq ki, layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-la Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-ın tətbiq etdiyi yeni qəhvə tarifləri Braziliya bazarını silkələyib

Dağıstanında sudan kütləvi zəhərlənmədən sonra kommunal təsərrüfat rəhbəri həbs edilib

Mariam Kvrivişvili: Azərbaycanda çox məhsuldar görüşlərimiz oldu

Yaponiya, ABŞ və Cənubi Koreya Pxenyana qarşı əməkdaşlığı bir daha təsdiqləyib

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

Azərbaycan əraziləri Ermənistanın işğalı altında olan zaman əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ

“Volkswagen” şirkəti ilk dəfə olaraq Çindəki zavodlarından birini bağlayır

"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi

Milli Məclisin sədri Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib

Ölkə və beynəlxalq arenalarda uğur qazanan Naxçıvan idmançıları mükafatlandırılıb

Əcnəbilərin Gürcüstanda qalmaq şərtləri dəyişir

Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO

Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO

YAP-ın təşkilatçılığı ilə “Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzi ilin ilk yarısını uğurla başa vurub

Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub

Bişkekdə “Çınqız akılı” və “Çınqızın müdrikliyi” kitablarının təqdimatı keçirilib

UNESCO-da Azərbaycanın mədəni irs abidələrini qorumasından danışılıb

“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb

Tural Gəncəliyev: Sülhə aparan ən uğurlu yol vasitəçilərsiz, təkbətək formatlı danışıqlardır

Londonda 17 mərtəbəli binada yanğın başlayıb

Süleymaniyyədə PKK terrorçularının tərk-silah prosesinin ikinci mərhələsi olacaq

Dünya səyyahları Laçında yaradıcılıq mərkəzləri ilə tanış olublar  YENİLƏNİB FOTO

Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib

Koalisiya hökumətində yer alan partiyalar arasında Konstitusiya Məhkəməsinə hakim təyinatı məsələsində fikir ayrılığı yaranıb

Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO

Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO

“Əkinçi” qəzetinin 150 illiyinə ithaf olunmuş kitab nəşr edilib

“Trabzonspor”un anlaşdığı futbolçu Türkiyəyə gəlib

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29,6 milyard manatlıq məhsul satılıb

Xocasəndə 20 yaşlı qızın binadan yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının hakimləri bəlli olub

İqtisadi Şuranın iclası keçirilib

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

Deputat: Azərbaycan və Ermənistan yekun sülhə bir qədər də yaxınlaşdı

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda iyul ayının pensiyaları ödənilib

Növbəti depozit hərracları keçirilib

Yanvar-may aylarında Azərbaycan 161 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

AQTA: Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

“Roma” qapıçısı ilə müqavilənin müddətini uzadıb

Bakı, Sumqayıt, Lənkəran və Xaçmazda ağac və kolların qanunsuz kəsilməsi faktları aşkarlanıb

TƏBİB: Bakı, Sumqayıt və Abşerondakı nümunəvi tibb müəssisələrinin region xəstəxanalarına dəstək göstərməsi nəzərdə tutulub

Bakı şəhərinin Baş planının icrası istiqamətində görülən işlər müzakirə edilib

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Fərdi sahibkarların sayı 1 milyon 416 mini ötüb

Dünya Seriyası: Azərbaycan millisinin Sinqapur və Ukrayna ilə oyunlarının saatı bəlli olub

Bank və digər kredit təşkilatlarının kredit portfeli 13,9 faiz artıb

Bakıda “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib VİDEO

Bakıda “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib VİDEO

Birinci yarımildə hər sakin orta hesabla 670,7 manatlıq ödənişli xidmətlərdən yararlanıb

AAYDA sədri Kəlbəcər rayonunda həyata keçirilən yol layihələrinə baxış keçirib

Ölkədə 62 milyard manatlıq ÜDM istehsal olunub

Əhalinin nominal gəlirləri artıb

Sifariş başqa, gələn başqa? Yeni texnologiya bu problemi həll edir VİDEO

Sifariş başqa, gələn başqa? Yeni texnologiya bu problemi həll edir VİDEO

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi VİDEO

Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi VİDEO

Əmanətlərin 67,3 faizi milli valyutada qoyulub

Komitə sədri Balakəndə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Roma şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında təmsil olunub

Sənayedə qeyri-dövlət sektorunun payı 79,8 faiz olub

"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb

4SİM-in icraçı direktoru: "Sənaye 4.0" ekosistemi üçün beynəlxalq tərəfdaşlıqlar genişləndirilir

Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət edən Monitorinq qrupu yaradılır

Ağdam Sənaye Parkında dəmir qapı istehsalı müəssisəsi yaradılacaq

“AccessBank” və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü

Laçından ilk dəfə poçt vasitəsilə İrlandiyaya məktub göndərilib

FHN avtomobil ehtiyat hissələri mağazasının fəaliyyətini dayandırıb

Ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib VİDEO

Ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib VİDEO

BMU ilə Tsinghua Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub

“Yay Fest 2025”in ilk həftəsi başa çatıb

XİN Azərbaycan nümayəndəsinin ICDO-nun Baş katibi vəzifəsinə seçilməsinə dair məlumat yayıb

Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib

ABŞ və Britaniya aeroportlarında yoxlama zamanı bəzi məhdudiyyətlər aradan qaldırılıb

“Kəlağayı” layihəsinin rəhbəri: Hər birimiz şəhid analarına borcluyuq

Azərbaycan kino sənayesinin təkcə regionda deyil, beynəlxalq miqyasda da tanıdılması hədəflənir

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

UNESCO: İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanda nikahların sayı artıb

Azərbaycanı FIBA Avropa Kubokunda təmsil edəcək komandalar məlum olub

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında hesabatlar dinlənilib

“Turan Tovuz” yerli futbolçu ilə vidalaşıb

Azərbaycan basketbol millisinin üzvü: Qələbə enerjimizi saxlamalı və sabahkı matçlarda qalib gəlməliyik

İyulun 16-18-də Bakı İlahiyyat Kollecində Dini-psixoloji komissiya fəaliyyət göstərəcək

Sabunçuda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs tutulub VİDEO

Sabunçuda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs tutulub VİDEO

Kiyevdə “Şahed”lərin PUA vasitəsilə zərərsizləşdirilməsi sistemi buraxılacaq

Azərbaycanda beş ayda 39 minə yaxın körpə doğulub

Rəşad Əzizov: Məqsəd yerli şirkətlərin dünya standartlarına çata bilməsinə təkan verməkdir

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artır

Rəşad Əzizov: Əminik ki, yaxın gələcəkdə inkişaf etmiş ölkələrin kino sənayesinin Azərbaycana marağı daha da artacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda film istehsalına dövlət dəstəyi: xərclər qismən geri ödənəcək

PKK-nın Süleymaniyyədə tərk-silahı: Ankara bu hadisəni dönüş nöqtəsi kimi qiymətləndirir

NİİM: Düzgün ara məsafəsi saxlamayan sürücülər yol-nəqliyyat hadisəsi törədiblər VİDEO

NİİM: Düzgün ara məsafəsi saxlamayan sürücülər yol-nəqliyyat hadisəsi törədiblər VİDEO

Çinin Lanzhou Maliyyə və İqtisad Universitetinin nümayəndə heyəti BDU-da olub

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

Başlanğıc nöqtəsi və ya növbəti mərhələ? Sülh gündəminin Əbu-Dabi epizodu – ŞƏRH

Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisi əsas mərhələyə vəsiqə qazanıb

Sülh prosesi artıq nəticəyönlü mərhələyə keçib – ŞƏRH

Azərbaycanda havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyi gözlənilir - XƏBƏRDARLIQ VİDEO

Azərbaycanda havanın temperaturunun 41 dərəcəyədək yüksələcəyi gözlənilir - XƏBƏRDARLIQ VİDEO

DİN: Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

Mədəniyyət naziri Lerikdə vətəndaşların müraciətlərini dinləyib

AQTA: İxrac olunan bitkiçilik məhsullarının qablaşdırma və etiketlənmə tələblərinə ciddi əməl edilməlidir

Araz Abdullayevin yeni komandası bəlli olub