Mərakeşdə 310 həkim istefa verib
Bakı, 27 aprel, AZƏRTAC
Mərakeşin Fəs şəhərində dövlət xəstəxanalarında çalışan 310 həkim istefa verib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, onlar ölkənin səhiyyə sistemindəki problemləri əsas gətirərək bu addımı atdıqlarını bildiriblər. Müstəqil İctimai Həkimlər Birliyinin məsələ ilə bağlı açıqlamasında bildirilir ki, şəhərin Bəni Məlal bölgəsində 122, Məknəs bölgəsində 125, Şərq bölgəsində isə 63 həkim istefa verib. Açıqlamada ölkədəki səhiyyə xidmətinin vətəndaşların tələblərinə uyğun gəlmədiyi və səlahiyyətli şəxslərin bu sahədəki çatışmazlıqların səbəbini həkimlərdə axtardıqları da vurğulanıb.
Qeyd edək ki, Müstəqil İctimai Həkimlər Birliyi bir müddət əvvəl ölkədə iş şəraitinin yaxşılaşdırılması və əməkhaqqının artırılması tələbi ilə tətil elan etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]
Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]