Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Mərkəz direktoru: Ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli Azərbaycan üçün prioritetdir – MÜSAHİBƏ

Mərkəz direktoru: Ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli Azərbaycan üçün prioritetdir –  MÜSAHİBƏ

Şəki, 13 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun bariz nümunəsidir. COP29 konfransına ev sahibliyi Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Bu məqsədlə Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həqiqətən də qlobal ekoloji böhran şəraiti və onun cəmiyyət üçün yaratdığı problemlər, bu problemlərin həlli yolları günümüzün ən aktual məsələlərindən biridir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü söyləyib.

Elmi Mərkəzin direktoru əməkdaşımızın hazırda bəşəriyyəti düşündürən ekoloji problemlərlə bağlı suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi bəşəriyyəti qlobal ekoloji problemlərlə üz-üzə qoyub. Gələcəkdə bunun mənfi təsirlərinin qarşısını almaq üçün hansı işlərin görülməsi vacibdir?

- Düz deyirsiniz, bəşəriyyət qlobal ekoloji problemlərlə üz-üzədir. Ona görə qlobal ekoloji böhran şəraitində üç tərəf - iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanılması önəmlidir. Bu balans inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modeli - dayanıqlı inkişafın formalaşdırılması (DİF) üsulu ilə saxlanıla bilər. Hazırda DİF-in əsas prioriteti Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması üzrə qlobal, regional və milli resursların əlaqələndirilməsidir.

- Bəs necə etmək olar ki, iqtisadi artım zəifləmədən, əksinə, artımı stimullaşdıraraq, başlanğıcda sadaladığınız ekoloji problemlərin və ətraf mühitə təsirin azaldılmasına nail olaq?

- Bu sualı belə ifadə edək, Resurs Səmərəli və Daha Təmiz İstehsala (RSTİ) nail olmaq mümkün olacaqmı. Burada həyata keçiriləcək kompleks tədbirlər istehsal fəaliyyətinin artırılmasına yönəldilməlidir ki, bu da, öz növbəsində, iqtisadi, ekoloji və sosial faydalar əldə etməyə imkan versin. Başqa sözlə desək, həyata keçirilən tədbirlər iqtisadi cəhətdən rasional olması və məhsulların keyfiyyətinin aşağı salınmasının qarşısının alınmasından ibarətdir.

- Buna necə nail olmaq olar?

- RSTİ bizlərin fəaliyyətimizin gedişində üç əsas məqsədə nail olunmasını prioritet məsələ kimi qarşıya qoyur. Həmin məqsədlər bunlardır:

1. Resurs səmərəliliyi. Yəni istehsalın bütün mərhələlərində resurslardan (xammal, enerji və su) istifadənin optimallaşdırılması;

2. Tullantıların əmələ gəlməsinin minimuma endirilməsi. Tullantı və emissiyaların yaranmasının azaldılması vasitəsilə istehsalın ətraf mühitə və təbiətə zərərli təsirinin minimumlaşdırılması;

3. İnsanların rifahının yaxşılaşdırılması. İnsanlar və ümumiyyətlə cəmiyyət üçün risklərin minimuma endirilməsi, həmçinin insanların və cəmiyyətin inkişafına kömək göstərilməsi.

Qeyd edim ki, RSTİ-nin həyata keçirilməsi bir çox faydaların əldə olunmasına imkan yaradacaq. Bu faydalar əsasən üç sahəni əhatə edir. Birincisi iqtisadi faydalardır. Buraya istehsal xərclərinin azaldılması, yeni bazarlara çıxış, bazarda rəqabət fəaliyyətinin yüksəlməsi, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə əməl edilməsi, tərəfdaşlarla münasibətlərin yaxşılaşdırılması aiddir. İkincisi ekoloji faydalardır. Resursların sərfiyyatının və bununla əlaqədar xərclərin, təhlükəli maddələrin istehlakının, tullantıların utilizasiya həcminin azaldılması, istehsalat tullantılarından istifadə və təkrar emal səviyyəsinin artırılması, enerji istehlakının və istixana qazlarının əmələ gəlməsinin azaldılması ekoloji faydalara daxildir. Üçüncüsü isə sosial faydalara aiddir. Yəni, müəssisələrin imicinin yaxşılaşdırılması, regionda yeni iş yerlərinin yaradılması, həyat standartlarının yaxşılaşdırılması və sair.

Müsahibənizin əvvəlində qlobal ekoloji böhran şəraitində üç tərəf - iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanmasında dayanıqlı inkişafın formalaşdırılmasının (DİF) əsas prioritet olmasını vurğuladınız. Bəs, Azərbaycanda belə əsas prioritetlər hansılardır?

- Azərbaycanda iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi əsas prioritetlərdəndir. Bu sahənin inkişafı ilə əlaqədar bir çox strateji sənədlər qəbul edilərək həyata keçirilməkdədir. Sahə üzrə əsas strateji sənədlərdən biri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiqlənmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”dir. Bu strateji sənəd kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, ağır sənaye və maşınqayırmanın inkişafı və digər bir sıra sahələri əhatə edir.

Digər tərəfdən, ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli Azərbaycan üçün də prioritetdir. Müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycan Respublikası 20-dək çoxtərəfli ekoloji razılaşmalara qoşulub, ətraf mühitin mühafizəsi, qorunması və bərpası üzrə müxtəlif qanunlar, bu qanunların həyata keçirilmə mexanizmləri - aktlar, texniki innovativ sənədlər və digər normativ hüquqi aktlar qəbul edilib.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən söz düşmüşkən, Prezidentin Sərəncamı ilə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritet müəyyən olunub. Bunlar “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat”, “Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət”, “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”, “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” və “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”dir.

Biz alimlər də Milli Prioritetlərə uyğun olaraq, iqtisadi artımı zəiflətmədən, ekoloji problemlər yaradılmasının qarşısını almağa çalışmaqla ətraf mühitə təsirlərin azaldılması istiqamətində tədqiqat işlərimizi yerinə yetirməli, ölkəmiz üçün olduqca aktual olan Resurs Səmərəli və Daha Təmiz İstehsalata keçidin təmin olunması prinsipini rəhbər tutaraq, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində fəaliyyətimizi davam etdirməliyik.

- Ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin növbəti Konfransına – COP29-a ciddi hazırlıq görülür. Bu beynəlxalq iqlim tədbirindən hansı nəticələri gözləmək olar?

- COP29-un qarşıya qoyduğu məqsəd iqlim fəaliyyətini sürətləndirmək və 2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul edilən Paris Sazişinin məqsədlərinə nail olmaqdır. Bu tədbirin ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır. Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan bütün dövlətlərin nümayəndə heyətləri iştirak edəcək. Bir sözlə, Bakı beynəlxalq səviyyədə iqlim dəyişmələrinin müzakirə olunacağı, dünyanın gələcəyinə dair qərarların veriləcəyi məkan olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Kiyev vilayətində daha bir sıra bərpa layihələrinin həyata keçirilməsi imkanını nəzərdən keçirir

Alimlər iqlim dəyişikliyinin gələcəyini proqnozlaşdırmaq üçün Yerin “rəqəmsal əkizini” hazırlayıblar

"Azərreyl" klubunun prezidenti: Əldə olunan nəticə Azərbaycan voleybolu üçün böyük uğurdur

Kosmik komet Yerə yaxınlaşır

Avropada gənclərin rifahının aşağı düşməsinin arxasında nə dayanır? - ARAŞDIRMA

Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə Azərbaycan və COP29 haqqında mühazirə keçirilib

Millətlər Liqası: Türkiyə və İtaliya 4 topla qalib gəlib

"Azərreyl"in meneceri: Çətin tapşırığın öhdəsindən üzüağ çıxmağı bacardıq

Dəmir yol vağzalında keçirilən aksiya çərçivəsində 50 pasiyent müayinə olunub

Avropa Kubokunun qalibi olan "Azərreyl"in qadın və kişilərdən ibarət komandaları Vətənə qayıdıblar

Ərdoğan: Türkiyə zəlzələlər zamanı Azərbaycanın köməyini unutmayacaq

Berlin Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüyünə dair növbəti Zirvə toplantısına ev sahibliyi edib

Günəş sistemindəki ən böyük fırtına gözlənilmədən hərəkət edir - TƏDQİQAT

Astanada sovet və Rusiya ali məktəblərinin məzunlarının forumu keçirilib

Ərzincanda türk diasporu ilə qarşılıqlı fəaliyyət siyasəti müzakirə olunur

Fernandu Santuş: Emrelinin qırmızı vərəqə alması oyunun qırılma nöqtəsi oldu

“Axios”: Seçkilər yaxınlaşdıqca Bayden və Harrisin komandaları arasında gərginlik artır

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib YENİLƏNİB-3

ADA Universitetində “Bir Yurdun Manifesti gəncliyin gözü ilə” adlı rəsm sərgisi keçirilib

Odessa limanına hücum edilib: gəmilər zədələnib, ölən var

Şəhid anası: Ermənilər oğlumun cəsədini yalnız benzinin əvəzində verə biləcəklərini dedilər

Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxış edib

Milli Məclisin sədri: İnnovasiya Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutur

Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək

Azərbaycan Qazaxıstandan ən populyar 10 hava istiqaməti arasında yer alır

İctimai Birlik sədri: Dünyaya səslənirik, itkin düşən doğmalarımızın taleyinə aydınlıq gətirməsi üçün Ermənistana təzyiq göstərilsin

ADNSU-da “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktik simpozium keçirilib

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Ombudsman: Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalıdır

Türkiyə Böyük Millət Məclisinin üzvləri “Fəxri ağsaqqal” döş nişanı ilə təltif olunublar

® “Azercell” yaşıl baza stansiyalarının sayını artırır

İdman dırmanması üzrə Açıq Respublika Turniri keçirilib

AZPROMO və Azərbaycan Françayzinq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı gənclərdən ibarət elmi komanda təmsil edir

Millətlər Liqası: Azərbaycan və Slovakiya yığmalarının start heyəti açıqlanıb

Azərbaycan 75-ci Beynəlxalq Astronavtika Konqresində təmsil olunur VİDEO

Bakı Dövlət Universitetində “Qarabağ günü”

İran parlamentinin sədri: Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət veririk

“İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” - elmi sessiya

AQTA nümayəndə heyəti Rusiyada səfərdədir

Britaniya İrana qarşı yeni sanksiya paketi elan edib

Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün müraciətin vaxtı uzadılıb

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 4 medal qazanıblar

Gürcüstan müxalifəti ölkədə saxta inqilab ssenarisi hazırlayır

Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Numan Kurtulmuş: Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq

Qərb Gürcüstanın daxili işlərinə kobudcasına müdaxilə edir, iğtişaşlar üçün zəmin hazırlayır - ŞƏRH

Britaniyalı gənc İspaniyada sosial media üçün video çəkərkən həyatını itirib

Yeni qəbul olmuş tələbələr ADPU-nun Heydər Əliyev Mərkəzində

Rəsədxana: Oktyabrın 15-16-da geomaqnit qasırğası gözlənilir

Keniyalı atlet inanılmaz dünya rekordu qırıb

Slovakiya yığmasının məşqçisi: Azərbaycan millisi güclü və keyfiyyətli komandadır

“Qəbələ”nin baş məşqçisi: Heç kim deyə bilməz ki, I Liqada çempion olmağımız asan başa gələcək

“Hökumətlərarası Təqaüd Proqramları” çərçivəsində 14 xarici tələbə BDU-da təhsil alacaq

Qərb Gürcüstanda “marionet” hakimiyyət formalaşdırmağa çalışır ŞƏRH

KOBİA-da vətəndaşlarla görüş keçirilib

Beynəlxalq forumda “ASAN xidmət”in süni intellekt strategiyası barədə məlumat verilib

“Massiv ulduzların təkamül xüsusiyyətləri” – rəsədxanada ustad dərsi

Milanda 75-ci Beynəlxalq Astronavtika Konqresi keçirilir

COP29 zamanı ölkə qastronomiyasının təbliği ilə bağlı layihələr nəzərdə tutulub

Bakının daha bir küçəsində yeni parklanma məntəqəsi qurulub

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub

“Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq-mühafizə tədbirləri” layihəsi davam edir

“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib VİDEO

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib  YENİLƏNİB VİDEO

BMU-da elmmetrik bazalara çıxış mövzusunda təlim olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 16-dək davam edəcək

Praqada Ermənistanın mina terrorunun qurbanlarına həsr olunmuş fotosərgilər açılıb

Aqrar Sığorta Fondu fermerlərə müraciət edib

“Nanopolimer kompozitlər” monoqrafiyası çapdan çıxıb

Vaqif Cavadov: “Sumqayıt”ı çətin vəziyyətdən çıxarmalıyam

Prezident İlham Əliyev Benin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Latviya, Estoniya və Finlandiya şirkətləri Naxçıvanda

Elnur Nəsibov: “Gənc qızların təhsilinə dəstək” layihəsində benefisiar sayı 315 nəfərə çatdırılacaq

“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olunub

Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib  YENİLƏNİB VİDEO

Rusiyanın Orenburq vilayətində Füzulinin 530 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi olacaq

Naxçıvanda əhalinin banklardakı əmanətlərinin məbləği artıb

Neftçalalı fermer yeni pambıq sortu əkib, yüksək məhsuldarlıq gözləyir VİDEO

Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

Konstitusiya Məhkəməsinin sədri İstanbulda beynəlxalq konfransda iştirak edib

“ADA Universitetinin yeni Şəki kampusunun dizaynı” üzrə sertifikatlaşdırılmış təlim proqramına yekun vurulub VİDEO

Dünyanın kosmik gücləri Milanda Ayda rəqabət məsələlərini müzakirə edirlər

® “AccessBank” 3-cü rübün nəticələrinə görə 41,5 milyon manat mənfəət əldə edib

“SOCAR Könüllüləri” qrupuna yeni könüllülərin qəbul olunması ilə bağlı tədbir keçirilib

Aşpazlıq üzrə pilot tədris qrupunun Məzun günü keçirilib

Paşinyan gözləntilərin əksinə, Köçəryan-Sarkisyan dəst-xəttini davam etdirirdi ŞƏRH

Fuad Nağıyev: Qastroturizmin inkişafı ölkəmiz üçün prioritet istiqamətlərdən biridir

® “Kapital Bank” 3-cü rüb üzrə maliyyə nəticələrini elan edib

Baş Prokurorluq: Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir

Ayxan Abbasov: Slovakiya ilə matçda yaxşı nəticə əldə etmək üçün şansımız var

İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri Ağdam, Xocalı, Şuşa və Xankəndidə olublar VİDEO

“Sumqayıt”ın yeni baş məşqçisi bəlli olub

Çin şirkəti elektromobillərin Avropada istehsalı imkanını araşdırır

İqtisadiyyat sahəsində Nobel mükafatının laureatlarının adları açıqlanıb

Macarıstanın xarici işlər naziri Kamala Harrisi sərt tənqid edib

Emin Əmrullayev: Ali məktəblərdə tələbələrin yarısından çoxu dövlət sifarişi əsaslarla təhsil alır

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi Salome Zurabişvilinin açıqlamasını yalan adlandırıb

Komitə sədri: “Hənifə Məlikova-Zərdabi təqaüd proqramı”nı 265 nəfər qazanıb

Lənkəranda idarəetməni itirən avtomobil kanala aşıb