Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ümumi yekunlarını elan edib  YENİLƏNİB

Bakı, 14 fevral, AZƏRTAC

Məzahir Pənahovun sədrliyi ilə fevralın 14-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, media nümayəndələrinin və digər maraqlı subyektlərin iştirak etdiyi iclasda 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin ümumi yekunlarına dair məsələlərə baxılıb.

Öncə seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülən işlər və reallaşdırılan irimiqyaslı layihələrdən danışılıb. Diqqətə çatdırılıb ki, bütün seçki kampaniyası ərzində proseslərin başlıca mərhələləri və digər zəruri tədbirlər qanunvericiliyin tələblərinə uyğun, vaxtında və keyfiyyətlə gerçəkləşdirilib.

Bildirilib ki, ötən il ölkədə keçirilən iki mühüm seçki zamanı ard-arda silsilə maarifləndirmə layihələri reallaşdırılsa da, spesifik xarakteristikasından irəli gələrək bələdiyyə seçkilərində də MSK-nın proqramına uyğun olaraq, əlaqədar qurumlarla sıx əməkdaşlıq şəraitində müxtəlif statuslu seçki subyektləri üçün fərqli istiqamətlər üzrə çoxsaylı maarifləndirmə layihələri həyata keçirilib.

Həmçinin qeyd olunub ki, bələdiyyə seçkiləri 125 seçki dairəsinin 118-də, 5846 seçki məntəqəsi üzrə keçirilib. Ölkədəki 685 bələdiyyəni əhatə edən seçkilərdə 8071 bələdiyyə üzvlüyü uğrunda 16092 namizəd azad seçki mübarizəsi aparıb. MSK siyasi partiyaların budəfəki bələdiyyə seçkilərində xüsusi fəallıq nümayiş etdirməsini və 23 siyasi partiyanın öz namizədləri ilə seçkilərdə iştirakını bələdiyyə seçkilərinə geniş ictimai-siyasi marağın göstəricisi kimi təqdirlə vurğulayıb, seçki bülletenlərinə daxil edilən namizədlərin yarıdan çoxunun siyasi partiyalar tərəfindən irəli sürülənlər olmasına diqqət çəkib. Siyasi partiya mənsubiyyəti üzrə nəzərə alındıqda isə adları seçki bülletenlərinə daxil edilənlər arasında 24 siyasi partiyanın namizədləri olduğu deyilib.

O da bildirilib ki, seçkiqabağı təşviqat kampaniyası dövründə bütün namizədlərə bərabər şərait və eyni imkanlar yaradılıb. Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə, bütün ölkə ərazisində 3730-u açıq və 2182-si qapalı olmaqla, ümumilikdə 5912 yer ayrılaraq namizədlərin ixtiyarına verilib və onlar, sadəcə, dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən də ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı görüşlərini keçiriblər. Təşviqat kampaniyası dövründə plakatların və digər çap materiallarının yerləşdirilməsi üçün digər yerlərlə yanaşı, məhz bu məqsədlə quraşdırılmış on mindən çox xüsusi məlumat lövhələri də təşviqat subyektlərinin sərəncamında olub. Seçkiqabağı təşviqat məqsədilə ödənişli efir vaxtı təklif etmiş 20 media qurumu tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb. Təşviqat subyektləri onlar üçün yaradılan bərabər şərait və imkanlardan səmərəli istifadə edərək öz təşviqatlarını aparıblar. Ümumiyyətlə seçkiqabağı təşviqat kampaniyası sakit atmosferdə, sivil və müasir tələblərə cavab verən şəkildə keçib.

Xüsusilə vurğulanıb ki, bələdiyyə seçkilərində akkreditasiyadan keçən 70625 müşahidəçinin 26260-ı 24 siyasi partiyanı təmsil edib ki, bu da siyasi partiyaların seçkilərə olan yüksək marağının daha bir göstəricisidir.

Seçkilərdə şəffaflığın təmin olunmasından danışılarkən məmnuniyyətlə qeyd olunub ki, bələdiyyə seçkilərində 118 seçki dairəsi üzrə 1000 məntəqədə quraşdırılan və müasir standartlara cavab verən, ən yüksək görüntü effektinə malik veb-kameralar vasitəsilə seçki günü internet istifadəçilərinə istər ölkə daxilindən, istərsə də xaricdən MSK-nın rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, seçki məntəqəsindəki bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini canlı və fasiləsiz müşahidə edə biliblər.

Komissiyanın müzakirəsi zamanı media mənsublarının seçkilərdəki fəallığından da bəhs olunaraq bildirilib ki, bütövlükdə seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə həm müşahidəçilərə, həm də media nümayəndələrinə öz fəaliyyətlərini maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb. Respublikada fəaliyyət göstərən yerli media subyektlərinin nümayəndələri heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək sərbəst şəkildə seçkiləri işıqlandırıblar.

MSK-nın iclasında seçki günü proseslərinə də toxunulub və qeyd olunub ki, həmin gün seçicilər azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ölkə üzrə seçicilərin 31,42 faizi səsvermədə iştirak edib. Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, gün ərzində 5 dəfə ictimaiyyət seçicilərin fəallığı barədə məlumatlandırılıb. Seçki günü səsvermə başa çatdıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib. Ardınca seçki məntəqələrinin protokol məlumatları birbaşa onlayn rejimdə qəbul edilərək Komissiyanın internet səhifəsində yerləşdirilib. Beləliklə, səsvermə başa çatdıqdan bir neçə saat sonra, elə həmin gün seçki keçirilən bələdiyyələrin 96,35 faizini əhatə edən məlumatlar əsasında ilkin nəticələr ictimaiyyətin diqqətinə çatdırılıb ki, bu da seçkilərdə şəffaflığın təminatı baxımından müstəsna əhəmiyyətə malikdir. Səsvermənin nəticələrinə dair məlumatların seçki məntəqələrindən birbaşa qəbulu prosesi arasıkəsilmədən davam etdirilərək, qısa müddət ərzində bütün seçki məntəqələri üzrə tam ilkin nəticələr MSK-nın internet səhifəsinə ötürülməklə ictimailəşdirilib. Səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya çatdırılıb.

İclasda, həmçinin bildirilib ki, səsvermə günü MSK və ya aşağı seçki komissiyalarına hər hansı qanun pozuntusu barədə heç bir şikayət və ya müraciət daxil olmayıb. Həmin gün MSK-nın 115 saylı və elektron qaynar xətlərinə daxil olan 338 sorğu və məlumat xarakterli müraciətə isə dərhal reaksiya verilərək lazımi addımlar atılıb. Seçki günündən sonra bələdiyyə seçkilərinə yekun vurulanadək MSK-ya daxil olan müraciətlər və müxtəlif mənbələrdən əldə edilən məlumatlar vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə ərizəçilərin və maraqlı subyektlərin bilavasitə iştirakı ilə hərtərəfli, obyektiv və şəffaf araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılaraq açıq müzakirə olunub və əsaslandırılmış qərarlar verilib. Şəffaflığın daha geniş miqyasda təmin edilməsi üçün daxil olan müraciətlərə dair araşdırma və baxılma prosesinin gedişatını əks etdirən məlumatlar MSK-nın internet səhifəsində yerləşdirilərək maraqlı tərəflərə və bütün ictimaiyyətə təqdim olunub.

Eyni zamanda diqqətə çatdırılıb ki, dairə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları və onlara əlavə edilmiş sənədlər də MSK tərəfindən tam, obyektiv və hərtərəfli yoxlanılıb. Bununla bərabər, səsvermə günü müxtəlif mənbələrdən, hətta rəqəmsal platformalarda olan məlumatlar belə fərqli alternativ resurslardan, eləcə də seçki məntəqələrində quraşdırılan veb-kameraların görüntülərindən istifadə edilməklə mümkün qədər geniş, hərtərəfli və diqqətlə araşdırılıb.

Komissiya tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi–Səbail seçki dairəsinin 29 saylı, 80 saylı Lerik–Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11 saylı, 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsində, habelə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə Şürük və 117 saylı Oğuz–Qəbələ–Şəki seçki dairəsi üzrə Padar bələdiyyəsinə seçkilərdə seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən qanun pozuntuları aşkarlandığından, sözügedən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin və adıçəkilən bələdiyyələr üzrə seçkilərin etibarsız hesab edilməsinə qərar verilib.

O cümlədən seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyənləşdirilməsində yol verilən nöqsanlara görə 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi–Səbail seçki dairəsinin 29 və 30 saylı, 80 saylı Lerik–Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11, 42, 43, 44, 46 saylı və 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyası buraxılıb.

İclasda o da xatırladılıb ki, əvvəlki araşdırmaların nəticəsi olaraq, MSK-nın müvafiq qərarları ilə ümumilikdə 6 seçki məntəqəsi üzrə səsvermənin nəticələri və 1 bələdiyyəyə seçkilər etibarsız hesab edilib. Həmçinin səsvermənin ilkin nəticələrinə görə bələdiyyə üzvü seçilənlərdən biri sonradan vəfat etdiyi üçün 1 bələdiyyə tam tərkibdə formalaşmayıb.

Beləliklə, MSK-nın yekdilliklə qəbul etdiyi qərara əsasən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməklə baş tutan bələdiyyə seçkilərində, ümumilikdə 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin və 3 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması nəzərə alınmaqla 8039 nəfər bələdiyyə üzvü seçilib, 1 bələdiyyə tam olmayan və 681 bələdiyyə isə tam tərkibdə formalaşıb.

İclasın sonunda bələdiyyə seçkilərinin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib edilib və bütün Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qanunsuz saxlanılan odlu silah-sursatın götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Elm Günü AMEA-nın 80 illik yubileyi ərəfəsində: Keçmişdən bu günə

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib

Aviaşirkətlər Hitrou hava limanını məhkəməyə verə bilər

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür

Yeni Zelandiyada güclü zəlzələ baş verib

Fransada dəmiryolçular tətilə hazırlaşırlar

Gəncə paxlavası: Tarixi qoruyub saxlayan dad

Əbu-Dabi AIM İnvestisiya Sammitinə ev sahibliyi edəcək

Hamburqda Novruz şənliyi təşkil olunub

Bioloqlar iştahı idarə edən qədim neyrohormon aşkarlayıblar - ARAŞDIRMA

Agentlik: Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb

Depressiya diaqnozlarının yarısı müalicəyə davamlıdır - ARAŞDIRMA

11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır

Serbiyada dəmiryolu vağzalındakı qəzada ölənlərin sayı 16-ya çatıb

Bakıda qəza nəticəsində svetofor yararsız vəziyyətə düşüb

Tramp: Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq

BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb

Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub

® Şuşada müqəddəs ramazan günlərində iftar çadırları qurulub

Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik

Antarktidada dənizin dərinliklərində inkişaf edən ekosistem kəşf olunub

ABŞ Venesueladan neft və ya qaz alan ölkələrə 25 faiz rüsum tətbiq edəcək

Qazaxda 31 yaşlı kişi itkin düşüb

Maka Boçorişvili: Gürcüstan müxtəlif ölkələrin iştirakı ilə Orta Dəhlizin inkişafına mühüm diqqət yetirir

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib

Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

Kiyevdə “Novruz” Multikultural Sənət Festivalının açılışı olub

Qazaxıstan FHN əməkdaşları Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə ediblər

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir

Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb

Baş prokuror Vyetnamda işgüzar səfərdədir VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

İngiltərədə ilk dəfə qoyunda quş qripi aşkarlanıb

Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək

Nant şəhərindəki “Qarabağ” məktəbində Novruz bayramı qeyd edilib

Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəmizə gətirilib VİDEO

Azərbaycanda 2024-cu ildə turizmdə 30 faiz artım əldə edilib

Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO

Əlcəzair parlamenti “Fransız müstəmləkəçiliyinin kriminallaşdırılması”na dair qanun layihəsi hazırlayır

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb VİDEO

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlığı davam etdirir

Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb

® 1-ci Milli Maliyə Əlçatanlığı Forumunda 300-dən çox sahibkar və şirkət rəhbəri iştirak edib

Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Gənclər Kitabxanasında bəstəkar Əşrəf Abbasovun 105 illik yubileyi münasibətlə virtual kitab sərgisi hazırlanıb

Ödənişi gecikdirilmiş 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Paytaxt sakini Zaqatalada dəm qazından boğularaq ölüb

FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib

SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıb VİDEO

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə II tura start verilir

Yeni göz damcıları görmə itkisini yavaşlada bilər - TƏDQİQAT

Misir XİN: Aİ-dən 4 milyard avro maliyyə yardımı alacağımızı gözləyirik

Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

Almaniya İnkişaf Bankı Misirin təmiz enerji layihələrinə növbəti maliyyə yardımı ayırır

Rustem Umerov: Ər-Riyada Ukrayna və Amerika nümayəndə heyəti arasında görüş konstruktiv keçib

Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?

Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb

Londondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Qazaxıstana məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib

İsveçrənin paytaxtında Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır

Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib

Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib

Azərbaycanın veteran futbolçusu vəfat edib

“Sağlamlığa doğru qaç!” adlı layihəyə Hacıqabulda start verilib VİDEO

Sabunçuda narkotiklərlə bağlı əməliyyat: 528 qram heroin və digər maddələr ələ keçirilib

Kanadanın yeni Baş naziri növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar qəbul edib

Ersin Tatar: Azərbaycanın və Türkiyənin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir

Parisdə “Natəvan” məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər VİDEO

“Tercüman” qəzeti: İğdır-Naxçıvan qaz kəməri regional proseslərə uzunmüddətli təsir amilidir

Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub

Şərurda fermada, Kəngərlidə yaşayış evində yanğın olub

Şəki teatrı bayram günlərində uşaqları əyləncəli proqramla sevindirir

Mingəçevirdə evdə qaz sızması ölümlə nəticələnib

Elnarə Rəsulova: Novruz milli dəyərlərimizin ruhudur və hər bir naxışda, hər bir rəngdə yaşayır

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək

Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir

XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib

Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Misir qəzetində Azərbaycan xalqının ikili standartlara məruz qalmasından yazılıb

Norveçdə İkinci Dünya müharibəsi dövrünə aid hava bombası zərərsizləşdirilir

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri açıqlanıb

İstanbulda Azərbaycanın milli-mədəni dəyərləri nümayiş etdirilib

Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Kişineuda Novruz şənliyi təşkil olunub