Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mərkəzi Seçki Komissiyasının 2022-ci il 16 avqust tarixli 5/19 saylı Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 2024-cü il 2 may tarixli 12/41 saylı Qərarı ilə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də edilmiş dəyişikliklə əlaqədar Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 28.5-ci maddələrinə uyğun olaraq qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının 2022-ci il 16 avqust tarixli 5/19 saylı Qərarı ilə təsdiq edilmiş əlavədə “Ştat cədvəlindəki ştat vahidlərinin sayı” adlı hissəyə “nəzarətçi – 2, təsərrüfat işçisi – 1” sözləri əlavə edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin