RƏSMİ SƏNƏDLƏR
Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə əsasən qərara alır:
1. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyul tarixli 7/27 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2013-cü il 18 iyun tarixli 6/55 saylı, 2018-ci il 8 fevral tarixli 2/8 saylı, 2022-ci il 4 avqust tarixli 4/14 saylı, 2024-cü il 27 iyun tarixli 14/50 saylı qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində media vasitəsi ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”ın 1.3-cü bəndindən “siyasi reklam” sözləri çıxarılsın.
2. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 8 yanvar tarixli 1/4 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2016-cı il 26 iyul tarixli 10/42 saylı, 2019-cu il 15 mart tarixli 1/2 saylı, 2022-ci il 4 avqust tarixli 4/14 saylı, 2024-cü il 27 iyun tarixli 14/50 saylı qərarları) ilə təsdiq edilmiş “Media vasitəsi ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”ın 1.2.3-cü yarımbəndindən “siyasi reklam” sözləri çıxarılsın.
3. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2011-ci il 23 avqust tarixli 6/15 saylı, 2013-cü il 2 aprel tarixli 2/7 saylı, 2019-cu il 15 mart tarixli 1/2 saylı, 2022-ci il 4 avqust tarixli 4/14 saylı, 2024-cü il 27 iyun tarixli 14/50 saylı qərarları) ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində media vasitəsi ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”ın 1.2.3-cü yarımbəndindən “siyasi reklam” sözləri çıxarılsın.
4. Mərkəzi Seçki Komissiyasının 2010-cu il 23 iyul tarixli 15/58 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2019-cu il 15 mart tarixli 1/2 saylı, 2022-ci il 4 avqust tarixli 4/14 saylı, 2024-cü il 27 iyun tarixli 14/50 saylı qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə media vasitəsi ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”ın 1.2.5-ci yarımbəndindən “siyasi reklam” sözləri çıxarılsın.
5. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov