MESXETİ TÜRKLƏRİNİN MƏİŞƏT ŞƏRAİTİ YAXŞILAŞIR
Şəmkir rayonunun İsgəndərli kəndində məskunlaşan mesxeti türklərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində son illər nəzərə çarpacaq dərəcədə işlər görülmüşdür. Hazırda kənddə 8 ikiotaqlı və 11 üçotaqlı yeni yaşayış binalarının tikintisində işlər davam etdirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə tikilən mənzillərin bu ilin avqust ayında sahiblərinə təhvil verilməsi nəzərdə tutulmuşdur.
İsgəndərli kənd bələdiyyəsinin sədri Yaşar Çiladze AZƏRTAC-ın müxbirinə demişdir ki, hazırda kənddə 91 mesxeti ailəsi yaşayır və onlar dövlət tərəfindən qayğı ilə əhatə olunmuşlar.
İskəndərli kəndində daha 32 evin tikintisi nəzərdə tutulmuşdur və buna görə sakinlər ölkəmizin başçısına minnətdardırlar.