ELM VƏ TƏHSİL
Metodika elminə dəyərli töhfə: irihəcmli izahlı lüğət nəşr olunub

Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin müəllimi pedaqoji elmlər doktoru, professor Dilarə İsmayılovanın “Glossary of English Educational Terms” (“İngilis dili üzrə təhsil terminləri lüğəti”) adlı kitabı nəşr olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, kitab metodika elminə dəyərli töhfə olmaqla, metodika sahəsində ilk irihəcmli izahlı lüğətdir. Lüğətdə təhsil sahəsində istifadə olunan terminlərin izahı verilib.
Lüğət ali məktəb tələbələri, müəllimlər, doktorantlar, dissertantlar, ümumiyyətlə, ingilis dilini öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Təhsilin müasir inkişafı, bu sahədə atılan yeni islahatların təşəkkülü, eləcə də elmlərin inteqrasiyası nəticəsində terminlərin toplanması və onların sistemləşdirilməsi bu lüğətin tərtibini zəruri edib.