Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə “CARCAS” Xəzəryanı ölkələrin Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalanıb

Bakı, 16 may, AZƏRTAC
18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində keçirilən dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların I Forumu başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, forumun yekununda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə “CARCAS” Xəzəryanı ölkələrin Aqrar Tədqiqatlar Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Tərəflər meyvəçilik sahəsində tədris və təlim mərkəzlərinin yaradılması, elmi tədqiqatlar, innovasiyaların tətbiqi, birgə əkin nümayiş sahələrinin salınması, aqroinnovasiya platformalarının yaradılması istiqamətində əməkdaşlıq edəcəklər. Memoranduma əsasən, aqrar sahədə ixtisaslı kadrların hazırlanması, birgə tədris modulları və sertifikat proqramlarının yaradılması, gənc mütəxəssislərin təcrübi biliklərinin artırılması istiqamətində əməkdaşlığı genişləndirməyi planlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2025 [20:37]
Bakıda innovasiya festivalı keçirilir
- 19.06.2025 [18:52]
Belarusla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
- 19.06.2025 [17:40]
Əbu-Dabi-Qəbələ birbaşa aviareysi açılıb
- 19.06.2025 [16:48]