SİYASƏT
Məzahir Pənahov: Bələdiyyə seçkilərində 1531 nəfər namizədlik üçün müraciət edib VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Bələdiyyə seçkilərində 77 seçki dairəsini əhatə edən 337 bələdiyyə üzrə 1531 nəfər namizədlik üçün müraciət edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın dekabrın 9-da keçirilən iclasında söyləyib.
“Düşünürük ki, bələdiyyə seçkilərində bütün siyasi partiyalardan iştirakçılar olacaq”, - deyə MSK sədri əlavə edib.