İDMAN
Millətlər Liqası: Azərbaycan yığması Estoniyaya məğlub olub YENİLƏNİB-4
Bakı, 11 oktyabr, AZƏRTAC
UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Tallində üz-üzə gələn Estoniya və Azərbaycan yığmaları arasında oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Lilleküla” stadionunda keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Estoniyanın heyətində qolları Yoan Yakovlyov, Vlasi Sinyavski və Rokko Şeyn vurublar. Azərbaycan millisində isə Toral Bayramov penaltidən fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də doğma meydanda Slovakiya yığması ilə qarşılaşacaq.
21:38
UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Tallində üz-üzə gələn Estoniya və Azərbaycan yığmaları arasında oyunda dördüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, “Lilleküla” stadionunda keçirilən görüşün 71-ci dəqiqəsində rəqibin heyətində Rokko Şeyn fərqlənib.
Qarşılaşmanı irlandiyalı hakim Rob Harvi idarə edir.
20:52
UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Tallində üz-üzə gələn Estoniya və Azərbaycan yığmaları arasında oyunda üçüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, “Lilleküla” stadionunda keçirilən görüşün 45+1-ci dəqiqəsində rəqibin heyətində Vlasi Sinyavski fərqlənib.
Qarşılaşmanı irlandiyalı hakim Rob Harvi idarə edir.
20:35
UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Tallində üz-üzə gələn Estoniya və Azərbaycan yığmaları arasında oyunda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, “Lilleküla” stadionunda keçirilən görüşün 32-ci dəqiqəsində rəqibin heyətində Yoan Yakovlyov fərqlənib.
Qarşılaşmanı irlandiyalı hakim Rob Harvi idarə edir.
20:00
UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Tallində üz-üzə gələn Estoniya və Azərbaycan yığmaları arasında oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, “Lilleküla” stadionunda keçirilən görüş Bakı vaxtı ilə 20:00-da start götürüb.
Qarşılaşmanı irlandiyalı hakim Rob Harvi idarə edir.