MİLLİ ARXİV İDARƏSİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 9 aprel (AZƏRTAC). Azərbaycanın Milli Arxiv İdarəsi ilə Ukrayna Dövlət Arxivlər Komitəsi arasında əməkdaşlığa dair memorandum imzalanacaqdır.
Bu barədə Milli Arxiv İdarəsində 2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, memorandum MDB dövlət arxiv xidməti təşkilatları rəhbərlərinin və Beynəlxalq Arxiv Şurasının Avrasiya Regional Şurasının mayda Odessada keçiriləcək iclasında imzalanacaqdır. Bundan əlavə Qazaxıstanın İnformasiya və Arxiv Komitəsi ilə əməkdaşlığa dair saziş layihəsi də artıq hazırdır.
İclasda vurğulanmışdır ki, 2009-cu ildə milli arxiv fondu sənədlərinin mühafizəsi və onların fiziki cəhətdən qorunub saxlanılması dövlət arxiv təşkilatlarının diqqət mərkəzində olmuşdur. İdarənin rəisi Ataxan Paşayev bildirmişdir ki, ötən il 90 minə yaxın sənəd bərpa olunmuşdur. İdarə və təşkilatlardan 44 min, vətəndaşlardan isə 19 min sənəd qəbul edilmişdir. 2009-cu ildə arxivlər ölkə üzrə sosial hüquq xarakterli 48 minədək sorğu icra etmişlər. Bundan başqa arxivlər Azərbaycan tarixinin müasir dövrü üçün aktual olan 8 sənəd külliyatı üzərində iş aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]