Milli Azərbaycan Tarixi Muzeyinin bərpa laboratoriyası ən müasir avadanlıqla təchiz olunmuşdur
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin bərpa laboratoriyası dünyanın ən müasir avadanlığı ilə təchiz olunmuşdur.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, bərpa laboratoriyasına arxeoloji parça, qədim kağız, perqament, dəri məmulatlarının vakuum təmizləyicisi, bütün növ metallar üçün mikroqaynaq aparatı, ultrasəs təmizləyicisi, videomikroskop, piezo təmizləyici, vakuum cihazları alınmışdır.
Bərpa və konservasiya üzrə dünyanın ən qabaqcıl laboratoriyalarında uğurla sınaqdan keçmiş cihazlar əsasən İngiltərə və İtaliya araşdırma mərkəzlərinin istehsalıdır. Bu avadanlıq metal, ağac, keramika, arxeoloji toxuculuq, kağız məmulatlarının bərpa və konservasiyanın keyfiyyətini daha da artacaqdır.
Həmçinin əvvəllər bərpa laboratoriyasında istifadə olunan kimyəvi maddələr Avropadan gətirilmiş maddələrlə əvəzlənmişdir. Ümumilikdə, 25 adda kimyəvi maddə gətirilmiş və bunlar bütün növ muzey eksponatlarının bərpası üçün nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]