“Milli iqtisadiyyat konsepsiyası: dayanıqlılıq problemi” monoqrafiyası çap olunub
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun maliyyə, pul-kredit siyasəti şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Vüqar Bayramovun “Milli iqtisadiyyat konsepsiyası: dayanıqlılıq problemi” monoqrafiyası çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru iqtisad elmləri doktoru, professor Rasim Həsənov, rəyçiləri professorlar Şəfa Əliyev və Heydər Həsənovdur.
Monoqrafiyada qloballaşan milli iqtisadiyyatın nəzəri-metodoloji aspektlərinin sistemli yanaşma konseptual məzmunu açıqlanıb, dayanıqlı inkişaf trayektoriyasına keçidin nəzəri interpretasiyası verilib və milli-qlobal qarşılıqlı münasibətlərdə inteqrativ bağlılığın formalaşması zəruriliyi əsaslandırılmış formada təsbit edilib.
Kitab iqtisadçı alimlər, metodoloqlar, sosioloqlar, iqtisadi profilli ali məktəb tələbələri üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]