Milli Kitabxanada “Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub


Bakı, 17 may, AZƏRTAC
Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu günlə əlaqədar olaraq “18 may - Beynəlxalq Muzeylər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Ənənəvi sərgidə dünya muzeyləri, xüsusən Azərbaycan muzeyləri haqqında, muzey işi mövzusu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [17:00]
Müasirlik, peşəkarlıq, təbiətlə harmoniya və rahatlıq
- 21.06.2025 [15:30]
Azərbaycan və Türkiyənin ortaq istehsalı olan daha bir film
- 21.06.2025 [15:27]
Azərbaycan Aktauda keçirilən beynəlxalq müsabiqədə təmsil olunur
- 21.06.2025 [15:24]
Biləsuvarda kino günlərinə start verilib
- 21.06.2025 [12:15]
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə tədbir keçirilib
- 21.06.2025 [10:59]