Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbəti plenar iclasında 17 məsələ müzakirə edilib YENİLƏNİB

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri 106 il öncə yaradılmış Azərbaycan Ordusunun şərəfli inkişaf yolu keçərək bu gün dünyanın ən güclü orduları sırasında yer aldığını bildirib. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində milli hərb tariximizə yazdıqları şanlı səhifələr xalqımızın qürur mənbəyidir.

Milli Məclisin sədri bildirib ki, Silahlı Qüvvələr Gününü bayram edərkən Azərbaycan hərbi nailiyyətlərini qeyd etməklə yanaşı, müdafiə potensialını daha da möhkəmləndirməyə, regionda daimi sülh və sabitlik yaradılmasına kömək göstərməyə sadiq olduğunu da təsdiq edir.

Sonra iclasda cari məsələlər müzakirə olunub.

Deputatlar Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıblar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirlərində, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edilməsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaəti qürur hissi ilə qeyd ediblər. Çıxışlarda son illərdə Azərbaycanda ordu quruculuğu və hərbi potensialın möhkəmləndirilməsi, müdafiə və milli təhlükəsizliklə bağlı məsələlərin həlli istiqamətində atılan addımlar təqdirəlayiq hesab olunub. Hərbçilərin, habelə şəhid ailələri və qazilərin sosial təminatının daha da gücləndirilməsi sahəsində həyata keçirilən islahatların, dövlət dəstəyinin əhəmiyyətindən bəhs edilib.

Müzakirələr zamanı, habelə bəzi dövlətlərin Cənubi Qafqazda sülhü və təhlükəsizliyi təhdid edən destruktiv fəaliyyəti pislənilib. Azərbaycanın regionda sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında səyləri vurğulanıb.

Milli Məclisin sədri gündəliyə 17 məsələnin daxil edildiyini, ilk üç məsələnin 2024-cü ilin dövlət büdcəsində və büdcə zərfinə daxil olan digər sənədlərdə dəyişiklik edilməsi ilə bağlı qanun layihələri olduğunu diqqətə çatdırıb. O, bu məsələlərin müzakirəsi ilə əlaqədar olaraq iclasda hökumət üzvlərinin və nümayəndələrinin iştirak etdiyini söyləyib.

Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Tahir Mirkişili komitə iclasında üçüncü oxunuşda müzakirə edilən qanun layihəsinə dair layihə təşəbbüskarları tərəfindən dəyişiklik irəli sürüldüyünü deyib. Bildirilib ki, təklif olunan dəyişikliyə əsasən, dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların həcmi 500 milyon manat əvəzinə 535 milyon manat artırılaraq 6 milyard 435 milyon manata çatdırılır. Qeyd edilib ki, əlavə 35 milyon manat daxilolmaların Əlavə Dəyər Vergisinin (ƏDV) həcminin artması hesabına təmin olunacağı ilə izah edilir. Dəyişiklik nəticəsində dövlət büdcəsinin qeyri-neft/qaz gəlirləri 18 milyard 619 milyon manat təşkil edəcək. Bununla yanaşı, dövlət büdcəsinin xərclərində də Dövlət Gömrük Komitəsinin xərclərinin 35 milyon manat artırılması təklif olunur.

Diqqətə çatdırılıb ki, nəticədə ilkin təqdim olunmuş rəqəmə nisbətən dövlət büdcəsinin gəlirləri 0,1 faiz artırılaraq 36 milyard 388 milyon manat, dövlət büdcəsinin xərcləri 0,1 faiz artırılaraq 39 milyard 742,3 milyon manat, dövlət büdcəsinin cari xərcləri 0,1 faiz artırılaraq 23 milyard 59,4 milyon manat təşkil edəcək. İcmal büdcənin gəlirləri, ilkin təqdim olunmuş rəqəmə nisbətən 0,1 faiz artırılaraq 43 milyard 515 milyon manat, xərcləri isə 0,1 faiz artırılaraq 45 milyard 626,8 milyon manat təşkil edəcək.

Komitə sədri bildirib ki, dövlət büdcəsinə dəyişikliklə bağlı qanun layihəsi 2024-cü ildə ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini uğurla həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.

Sonra iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair məlumat verib.

Hər iki sənəd barədə birinci və ikinci oxunuş zamanı geniş məlumat verildiyini deyən komitə sədri bir daha xatırladıb ki, təqdim edilmiş sənədlərə əsasən, Dövlət sosial müdafiə fondunun 2024-cü il üçün dürüstləşdirilmiş gəlir və xərcləri bərabər olaraq 30 milyon manat artırılaraq 6 milyard 949 milyon 860 min manat təşkil edəcək. Qeyd olunub ki, İşsizlikdən sığorta fondunun 2024-cü il üçün dürüstləşdirilmiş büdcəsi 4,7 milyon manat artırılacaq və bu artım qeyri-büdcə sektoru üzrə baş verəcək.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu iki məsələ barədə onun rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlayıb.

İclasda 2024-cü ilin dövlət büdcəsində, Dövlət sosial müdafiə və İşsizlikdən sığorta fondlarının büdcələrində dəyişikliklərlə bağlı qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Parlamentin sədri gündəliyin digər iki məsələsinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, hər iki qanun layihəsinin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və müvafiq Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcəyini bildirib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Azərbaycanla Mərakeş arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən komitə sədri, ölkələrimizin Qoşulmama Hərəkatı, digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının inkişaf etdiyini söyləyib. O, sənədin iki dövlət arasında əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətini qeyd edib.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Sonra S.Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, Qambiya Respublikasının Qoşulmama Hərəkatında iştirak etdiyini, bu baxımdan mühüm əhəmiyyətə malik olduğunu deyib. Komitə sədri Azərbaycanla Qambiya arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsinə dair sənədin qəbul olunmasının ölkəmizin milli maraqlarına uyğun olduğunu bildirib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

S.Qafarova gündəliyin növbəti 5 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.

Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumatı diqqətə çatdırıb. O, sənədin sosial təminatın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edərək, təklif olunan dəyişikliklərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədi ilə əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi, habelə peşə hazırlığı ilə bağlı müddəaların əks olunduğunu bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihəyə dair əlavə heç bir rəy və təklifin daxil olmadığını söyləyib.

Layihə ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb. Sənəddə təklif olunan dəyişikliyə əsasən, aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan və yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, komitənin layihə ilə bağlı müsbət rəy verdiyini bildirib. Sənəddə təklif olunan dəyişikliklər qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərin publik hüquqi şəxs statuslu qurumlar tərəfindən də həyata keçirilməsinə imkan yaratmaq məqsədi ilə hazırlanıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov sənəd barədə bu komitənin rəyini söylədikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O bildirib ki, layihə birinci və ikinci oxunuşda ətraflı müzakirə edilib və sənədlə bağlı deputatlardan heç bir irad və təklif daxil olmayıb.

Sənəddə peşəkar mühasib sertifikatlarının verilməsi üçün imtahanlarda iştirakın ödənişli olmasının, bu imtahanda iştirak etmək üçün ödənişin məbləğinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilməsinin hüquqi əsasları təsbit edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Hicran Hüseynova Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb. O, layihə ilə bağlı əlavə heç bir təklifin daxil olmadığını, komitənin müsbət rəy verdiyini söyləyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sənəddə Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikah bağlamaq istəyən şəxslərin tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçmələri, habelə Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə ərizəyə həmin tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənədin əlavə edilməsi təklif olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Milli Məclisin sədri gündəliyin digər yeddi məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu qeyd edib.

Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gündəliyin 11-ci məsələsi olan Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Elektron dövlət xidmətlərinin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanan qanun layihəsinin əvvəlki oxunuşu barədə məlumat verən komitə sədri sənədin əhəmiyyətini vurğulayıb və olduğu kimi səsə qoyulmasını təklif edib.

Məsələyə dair komitələrin müsbət rəyləri səsləndirildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsi barədə məlumat verib. O, layihənin birinci oxunuşu zamanı heç bir iradın olmadığını, ikinci oxunuşda əlavə təkliflərin daxil edilmədiyini deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi Azərbaycan Prezidentinin "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" 15 iyul 2021-ci il tarixli Fərmanı çərçivəsində hazırlanıb. Sənəddə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizminin yaradılması məsələləri təsbit olunur.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 13-cü məsələsi olan Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Komitə sədri bildirib ki, qanun layihəsi barədə birinci oxunuş zamanı ətraflı məlumat verilib. Təklif olunan dəyişikliklərin əmək münasibətlərinin elektronlaşdırılmasının daha geniş hüquqi bazasının yaradılmasına xidmət etdiyini deyən Musa Quliyev qanun layihəsinin qəbulundan sonra əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi, əmək şəraiti, əməyin ödənilməsi, təhlükəsizliyin təmini və müxtəlif məşğulluq tədbirlərinin həyata keçirilməsi, sosial tərəfdaşlarla iş kimi əksər proseslərin tam elektronlaşacağını bildirib.

Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəliyin 14-cü məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verərək bildirib ki, qanun layihəsinin birinci oxunuşu zamanı təklif olunan dəyişikliklərlə bağlı ətraflı məlumat verilib. O, layihə ilə bağlı hər hansı bir rəy və təklif daxil olmadığı üçün sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Növbəti məsələyə - “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) dair Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev məlumat verib. O bildirib ki, layihə haqqında birinci oxunuşda ətraflı məlumat verilib, ilk oxunuşdan sonra komitəyə sənədlə bağlı heç bir müraciət daxil olmayıb, ona görə də olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Gündəliyin 16-cı məsələsi olan Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı Hicran Hüseynova təqdim edib.

Komitə sədri bildirib ki, əhalinin reproduktiv sağlamlığının tibbi aspektləri ilə dövlətin demoqrafik siyasəti arasında sıx əlaqə mövcuddur. Bu mənada, erkən nikah və qohum evlilikləri problemi sosial-iqtisadi əhəmiyyət kəsb edir. Erkən yaşda nikah və qohum evliliklərinin yayılmasına təkan verən amillərdən söz açan komitə sədri bu cür evliliklərin fəsadlarını diqqətə çatdırıb. Mövzu ilə əlaqədar Milli Məclisdə keçirilən geniş müzakirələrdə qaldırılan məsələlərə qanunvericilik təşəbbüsü subyektinin münasibətini açıqlayan komitə sədri qeyd edib ki, onlara gələcəkdə baxılması məqsədəmüvafiq hesab olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı komitənin müsbət rəyini səsləndirib və təklif olunan dəyişikliklərin hüquqi və dünyəvi dövlətçilik kontekstində əhəmiyyətini vurğulayıb.

Deputatlar layihə ilə bağlı fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi - “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 3-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

Deputatların fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı şəhər prokurorluğunda ilin birinci yarısına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

® “Bakcell” tətbiqində süni intellekt dəstəkli “Tarif Məsləhətçisi”ni təqdim edib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib

Ağcabədidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Boliviya hökuməti nəhəng təbii qaz yatağının aşkarlandığını elan edib

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AzMİU-nun müəllimi Böyük Britaniyada keçirilən konqresdə çıxış edib

Naxçıvanda keçirilən könüllü qanvermə aksiyasında 359 nəfər iştirak edib

İçməli suyun ən bahalı olduğu ölkələrin reytinqi açıqlanıb

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Mətbuat Şurası “Azərbaycan media landşaftı üzrə məlumat bazası” layihəsi üzrə ilk toplantısını keçirib

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Şəki taxılçıları zəmilərdən 150 min tondan çox məhsul yığıblar

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1168-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Xidmət rəisi: Bu yay isti günlərin bir qədər davamlı olacağı ehtimal edilir

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Siyəzəndə yük qatarının vaqonları relsdən çıxaraq aşıb

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1187-VIQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yakutiyada təbii yanğınların sahəsi 936 min hektarı keçib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Şahtaxtı arxeoloji abidələr kompleksində tədqiqatlar aparılıb

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Qazaxıstan qaz hasilatını artırır

Siciliya adasındakı Etna vulkanı yenidən fəallaşıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faiz artıb

Ekspert: Xarici ölkədə təhsil almaq istəyənlər diqqətli olmalıdır

Muxtar respublikada vergi daxilolmaları üzrə 28 faizlik artım qeydə alınıb

Sürücü piyadanı vurmaqdan son anda yayınıb, lakin qəza törədib VİDEO

® “AccessBank” Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirir

Qazaxıstan üzərindən Rusiya, Türkmənistan və Özbəkistan qazının tranziti artırılacaq

Şirkət rəhbəri barəsində cinayət işi məhkəməyə göndərilib

Gürcüstanın xarici ticarət dövriyyəsi 1,8 faiz azalıb

Uelsin birinci naziri istefa verib

COP29 tədbiri Azərbaycan Premyer Liqasının oyunlarına təsir etməyəcək

Bakı məktəbinin musiqi ulduzları

“Birləşdik – 2024” təlim çərçivəsində bir sıra tədbirlər keçirilib

“Respublika Qan Bankı” publik hüquqi şəxs yaradılır - FƏRMAN

“Şərq qapısı” qəzetinin elan etdiyi “Naxçıvan 100 ildə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

BDU Elmi Kitabxanasının oxucuları üçün “EBSCO Discovery Service” sistemindən ödənişsiz istifadə imkanı

TƏBİB-in icraçı direktoru Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb

Qazaxıstan Ali Audit Palatası ilə dövlət investisiyalarının auditi mövzusunda təcrübə mübadiləsi aparılıb

İ.M.Məmmədovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

Azərbaycan çempionatlarında ilk dəfə feyr-pley mükafatı veriləcək

Gənc rəssam: Ən böyük arzum Şuşanın gözəl təbiət mənzərələrini kətana köçürməkdir

Respublika üzrə pensiyalar iyulun 17-də ödəniləcək

“Kaspersky Lab” şirkəti ABŞ-ı tərk edir

“Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan-Çin münasibətləri mövzusunda elmi sessiya

C.T.Əbdul-Qədirovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

E.D.Qurbanovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Britaniyalı səyyah Xəzər dənizini üzərək keçmək istəyir

“Paris-2024”: Hacı Əliyevin rəqiblərindən biri dəyişib

Bakı Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayına ev sahibliyi edəcək

Azərbaycan iqtisadiyyatının inkişafında ARNDF-in əvəzsiz rolu

Dövlət Miqrasiya Xidməti Çin vətəndaşlarına vizasız rejim tətbiq edilməsi barədə məlumat yayıb

“Sumqayıt” afrikalı hücumçu ilə vidalaşıb

Avropa Kuboku: Azərbaycanın kişi həndbol komandalarının rəqibləri bəlli olub

Roberta Metsola ikinci müddətə Avropa Parlamentinin sədri seçilib

Finlandiya Prezidenti qaçqınların ölkədən çıxarılması ilə bağlı qanun imzalayıb

Almaniya köhnəlmiş dəmir yolu şəbəkəsi problemini həll edir

İngiltərə millisinin baş məşqçisi istefa verib

İspaniyada avtobus qəzaya uğrayıb: 50-dən çox sərnişin xəsarət alıb

Komitə sədri: Yay düşərgəsi layihəsində iştirak edən gənclər daha sonra diaspor fəallarına çevrilirlər

Mahir Emreli Almaniya klubuna keçib

Kral Çarlz Britaniyanın yeni parlamentinin açılış iclasında çıxış edəcək

Masallı Rayon Mərkəzi Xəstəxanasında ölü dölün doğulması faktı ilə bağlı araşdırma aparılır

Doqquz yaşlı azərbaycanlı qız Almaniyada şahmat turnirinin qalibi olub

"Sabah"ın hazırlıq planında dəyişiklik edilib

Azərbaycanda fındıq bitkisi haqqında yeni kitab nəşr olunub

Ötən il Gürcüstanda 14 nəfər xarici ölkə vətəndaşı itkin düşüb

Sosial sorğu: Fransızlar Olimpiya Oyunları zamanı mümkün təhlükədən narahatdırlar

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi daha bir taktiki-xüsusi təlim keçirib

Səhiyyə Nazirliyi: Aşura günü könüllü qanvermə aksiyalarında 611 litr qan tədarük olunub VİDEO

Roman Qriqorçuk: Ramil Şeydayev “Neftçi” üçün əla transferdir

Avropa Kuboku: Azərbaycanın həndbol komandalarının rəqibləri müəyyənləşib

“Real Madrid” Mbappeni təqdim edib, ulduz futbolçu ilə 5 illik müqavilə imzalanıb VİDEO

“Araz-Naxçıvan” braziliyalı müdafiəçi ilə anlaşıb

Mərkəzi Elmi Kitabxana istifadəçilər üçün xüsusi xidmətlər təklif edib

Abşeronda qanvermə aksiyası təşkil edilib

Dövlət Xidməti: Bu ilin beş ayında 22 inzibati xəta üzrə protokol tərtib edilib

“YAŞAT” Fondu şəhid övladları üçün Antalyada düşərgə təşkil edir

Elgün Səfərov: Ölkəmizdə də sosial şəbəkələrdə uşaq hüquqları ciddi şəkildə pozulur

Milli Kitabxanada “Şuşa əl işləri” adlı virtual sərgi açılıb

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başlayıb

İyulun 17-də bəzi bölgələrdə leysan yağacaq

Azərin Türkiyə Prezidentinin də olduğu konsertdə tamaşaçıları “boz qurd” jesti ilə salamlayıb

“Neftçi” Ramil Şeydayevlə 3 illik müqavilə imzalayıb

Daşkəsəndə məktəbli qızlar arasında voleybol turniri keçirilib

UFAZ və ADNSU əməkdaşları geofizika sahəsinə dair birgə araşdırma aparıblar

AMB: Bankların bugünkü hərracda tələbi 60 milyon dolları ötüb

Ölkənin taxıl sahələrinin 85 faizində biçin başa çatıb