Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirələr aparılıb.

Çıxış edən deputatlar 2019-cu ilin büdcəsini yüksək dəyərləndiriblər. Layihənin mükəmməl sənəd olduğu vurğulanıb. Qeyd edilib ki, gələn ilin dövlət büdcəsi mövcud reallıqlar nəzərə alınmaqla tərtib olunub. Peşəkarlıqla hazırlanmış bu maliyyə sənədi növbəti ildə iqtisadiyyatın inkişafına və əhalinin sosial müdafiəsinin təmin edilməsinə, eyni zamanda, ölkənin müdafiə qüdrətini artırmağa, beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini daha da möhkəmləndirməyə imkan verəcək. 2019-cu ilin dövlət büdcəsinin bütövlükdə sosialyönümlülüyünü saxlaması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra proqramların maliyyələşdirilməsinin nəzərdə tutulması təqdirəlayiq hal kimi qiymətləndirilib. Büdcənin sosialyönümlülüyü sayəsində hər bir ailə dövlət qayğısı ilə əhatə olunacaq. Büdcədə nəzərdə tutulan sosial xərclər sosial rifahın yaxşılaşdırılmasının dövlətin diqqət mərkəzində olduğunu bir daha sübut edir.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Sonra əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsini təqdim edib. Bildirilib ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial siyasət və sosial müdafiə sahəsində dünyaya nümunə olacaq tədbirlər həyata keçirilib. Proqramlarla idarəetmə, regional inkişaf, qabaqlayıcı tədbirlər, müyəssərlik, ünvanlılıq və şəffaflıq ideyaları bu fəaliyyətin təməl prinsipləridir. Komitə sədri deyib ki, gələn ilin dövlət büdcə xərclərinin 33,4 faizi sırf sosial məqsədlərə yönəldilib. Sosial təminat və müdafiəni həyata keçirən orqanın 2019-cu il üçün büdcəsi cari illə müqayisədə təxminən 500 milyon manat artaraq 3 milyard 928 milyon manat təşkil edib. Bu, büdcənin 61,5 faizi bilavasitə dövlət sosial sığorta yığımlarının toplanması hesabına nəzərdə tutulub. Bu rəqəmin 62 faizi və ya 1,5 milyardı qeyri-büdcə sektoru hesabına toplanacaq.

H.Rəcəbli 2018-ci ilin 10 ayı ərzində müvafiq sosial müdafiə strukturunun büdcəsinin icrası ilə əlaqədar bir sıra müsbət məqamları diqqətə çatdıraraq deyib: “Son 10 ayın yekununa görə bu ilin büdcəsinin icrası əvvəlki illərlə müqayisədə daha dəqiq icra olunmaqla yanaşı, burada özəl qurumlardan toplanan vəsaitlərin həcmində hiss olunacaq dərəcədə artım var”.

Komitə sədri, həmçinin “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi barəsində də məlumat verib. Bildirilib ki, artıq iki ildir parlamentdə İşsizlikdən Sığorta Fondunun büdcəsi müzakirə edilir. Bu məqsədlər üçün 83,5 milyon manat nəzərdə tutulub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik, uzaqgörən sosial-iqtisadi strategiyası, qlobal proseslərə və müasir çağırışlara uyğun islahatlar proqramı milli iqtisadiyyatın dinamik, dayanıqlı və uzunmüddətli inkişafını, əmək resurslarından səmərəli istifadəyə şərait yaradılmasını və məşğulluq səviyyəsini mütəmadi artımını, əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edib.

Nazir diqqətə çatdırıb ki, pensiya və müavinət, təqaüd və sosial yardım formasında ödənişlərlə təmin olunan 2,1 milyona yaxın insanı və ya ölkə əhalisinin təqribən 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsi və onun uzunmüddətli inkişafı üçün etibarlı, dayanıqlı əsasların formalaşdırılması ilə bərabər, korrupsiya, rüşvət, sui-istifadə, süründürməçilik hallarından uzaq, tam şəffaf və sosial ədalət prinsipini bütün dolğunluğu ilə təcəssüm etdirən və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması islahatlar paketinin əsas hədəfini təşkil edir. Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif növ müavinətlər, 64 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdlərini, 50,2 min ailənin 200 min 200 nəfər üzvü isə ünvanli sosial yardım alır. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir.

Sahil Babayev deyib: “Mahiyyətinə və miqyasına görə əhalinin sosial müdafiəsinin mərkəzi həlqəsi olan və pensiya sisteminin gəlir və xərclərinin məcmusunu, pensiya xərclərinin resurs təminatını ehtiva edən Dövlət Sosial Müdafiə Fondunun büdcəsi növbəti ildə zəruri maliyyə vəsaitlərini formalaşdıraraq ölkə əhalisinin 13,1 faizini təşkil edən əmək pensiyaçıları üzrə sosial öhdəliklərin icrasında mühüm rol oynayacaq. Fondun 2019-cu il üçün büdcə layihəsinin tərtibatı çoxfaktorlu proqnozlaşdırma modelinə söykənir. Bu məqsədlə cari ildə ölkə iqtisadiyyatının inkişaf meyilləri və növbəti illərdə sosial iqtisadi inkişafın əsas proqnozları, 2017-ci il və 2018-ci ilin ötən dövrü üzrə Fondun büdcəsinin icrasının nəticələri, 2018-ci ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf tendensiyaları, eləcə də pensiya təyinatı şərtlərində aparılmış kompleks islahat tədbirlərinin təsirləri nəzərə alınmaqla sığorta pensiya sisteminin parametrlərinin dəyişməsi əsas götürülüb”.

S.Babayev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır. Bu da cari ilin müvafiq proqnoz göstəricisindən 349 milyon manat və ya 9,8 faiz çoxdur. Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,6 faizi səviyyəsində və ya 3 milyard 835 milyon manat proqnozlaşdırılır. Xərclərdəki dəyişikliklərin əsas istiqamətləri barədə məlumat verən nazir deyib: “Əmək pensiyaları üzrə 336 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə 3,8 milyon manat, digər xərclər üzrə isə 9,5 milyon manat artım nəzərdə tutulur. 2019-cu ildə əmək pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97,6 faizini təşkil edərək 3 milyard 743 milyon manat proqnozlaşdırılır. Növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,3 faiz artaraq 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyası isə daha da artacaq və orta göstərici 272 manata çatacaq”.

Diqqətə çatdırılıb ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə cari ilin proqnoz göstəricisindən 5 milyon manat çox olmaqla 65 milyon manat proqnozlaşdırılır. Nazir qeyd edib ki, pensiya qanunvericiliyinə edilmiş konseptual dəyişikliklərdən biri də tam sığorta prinsipinin tətbiqi şəraitində pensiya sisteminin maliyyələşməsində öhdəliklərin maliyyə mənbələri əsasında fərqləndirilməsi ilə bağlıdır. Bu əsasda pensiya xərclərinin iki istiqaməti üzrə dövlət büdcəsinin öhdəlikləri müəyyən edilib. Birinci istiqamət 1992-ci ilə qədər olan dövr ərzində əmək pensiyaçılarının iş stajı, ikinci istiqamət isə əmək pensiyalarına əlavələr. Hər iki istiqamət üzrə dövlət büdcəsinə maliyyələşdirmənin tam təmin edilməsi, əlbəttə ki, sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək.

O, qeyd edib ki, 2019-cu ildə dövlət büdcəsi öhdəliklərdən Fonda yönəldilən vəsait 1 milyard 502 milyon manat planlaşdırılıb. Bu isə 2018-ci ilin büdcə göstəricisi ilə müqayisədə 202 milyon manat və ya 15,6 faiz artım deməkdir.

Nazir, həmçinin “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi barəsində danışıb. Bildirib ki, əhalinin məşğulluğunun təmin olunması, işsiz və iş axtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların əmək bazarının tələblərinə uyğun olan peşə və bacarıqlarının öyrədilərək əmək bazarına qaytarılması ölkədə məşğulluq sahəsində həyata keçirilən siyasətin əsas istiqamətidir. 2018-ci ilin yanvarın 1-dən “İşsizlikdən sığorta haqqında” yeni Qanunun qüvvəyə minməsi və bu sahədə ayrıca sosial sığorta sisteminin tətbiqi ilə aktuallıq qazanan əhalinin məşğulluq imkanlarının və aktiv əmək bazarı tədbirlərini əhəmiyyətli şəkildə genişləndirən, eləcə də işsizlik müavinəti sisteminin səmərəli restrukturizasiyası üçün adekvat maliyyə təminatını formalaşdıran İşsizlikdən Sığorta Fondunun büdcəsi mühüm əhəmiyyət kəsb edir. Ölkə üzrə sosial iqtisadi inkişafın əsas proqnozları, əhalinin gəlirləri, məşğulluq göstəriciləri əsasında aparılmış aktual hesablamalara uyğun olaraq gələn il üçün İşsizlikdən Sığorta Fondunun büdcə gəlirləri 83,5 milyon manat məbləğində proqnozlaşdırılır.

İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisindən daxil olan “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatası tərəfindən “Hesablama Palatası haqqında” Qanunun 7-ci və “Büdcə sistemi” haqqında Qanunun 15-ci maddəsinin tələblərinə əsasən rəylər hazırlanaraq təqdim edilib. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini nəzərə almaqla Hesablama Palatasının Kollegiyası layihəyə müsbət rəy verib.

Diqqətə çatdırılıb ki, qanun layihəsi Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tədbirlər Planı”na əsasən tərtib edilib və layihənin strukturu və ümumi göstəriciləri qanunvericiliyin müəyyən etdiyi tələblərə uyğun hazırlanıb. Bununla yanaşı, Hesablama Palatasının hər il üçün müvafiq rəyində göstərilməsinə baxmayaraq, qanun layihəsini əsaslandıran və dəstəkləyici sənədlər tam şəkildə əlavə edilməyib.

“Ümumiyyətlə, Hesablama Palatası Fondun büdcəsinin layihəsi ilə bağlı iki istiqamətdə tədbirləri məqsədəmüvafiq hesab edir. Dövlət büdcəsində olduğu kimi, Fondun büdcəsinin də əsas parametrlərini arqumentləşdirən məlumatlar, izahlar və gözlənilən nəticələr barədə müvafiq ətraflı sənədlərin qanun layihəsinə əlavə edilməsi dövlət maliyyəsində şəffaflığın artırılması və məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin etmiş olar”,- deyə Hesablama Palatasının sədri söyləyib.

Bildirilib ki, eyni zamanda, Fondun büdcəsinin hazırlanması ilə bağlı yanaşmanın müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi təklif olunur. Belə ki, gəlirlərin strukturunun yalnız büdcə və qeyri-büdcə bölgüsü əsasında verilməsi ilə bağlı ənənəyə də yenidən baxılmalıdır. Hesab edirik ki, gəlirlərin strukturunun büdcə, dövlət müəssisələri, publik hüquqi şəxslər, bələdiyyə və sair kimi verməklə həm ödəyicilər haqqında dolğun təsəvvür yaradarıq, həm də şəffaflığı artırmış olarıq. Bu, həm də daxilolmanın mənbələrini konkretləşdirər.

Nəzərə alınmalıdır ki, büdcə təşkilatları üzrə ödəmələrin vaxtında daxil olmamasının subyektiv səbəblərdən baş verməsi inzibatçılıq məsələlərinə diqqətin artırılması zərurətini göstərir. Obyektiv səbəblərə gəldikdə isə həmin vəsaitin ilin sonunda tam məbləğdə daxil olmayacağını indi də qeyd etmək olar. Belə ki, vakansiyaların mövcudluğu, əmək qabiliyyətinin itirilməsi və s. kimi hallar dövlət büdcəsindən maliyyələşən təşkilatlardan proqnozlaşdırılan vəsaitin 100 faiz icra edilməməsi üçün obyektiv amillərdir və bu, dövlət öhdəliyinin artırılması kimi qəbul edilməməlidir.

Nəzərdə tutulmuş islahatlara toxunan V.Gülməmmədov deyib: “Belə ki, “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda sığorta haqqı normativinin strukturunun, həmçinin məcburi dövlət sosial sığorta haqqını minimum əməkhaqqına nəzərən ödəyənlərin (mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər, fərdi sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxslər) sığorta normativlərinin təkmilləşdirilməsi kimi mühüm məsələlərin bir qisminin 2019-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı büdcə-vergi siyasətinin əsas prioriteti kimi muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi, məcburi dövlət sosial sığorta haqları üzrə ümumi yükün işəgötürən və işçi üzərinə düşən nisbətinin tənzimlənməsi işlərinə başlanılmasını çox müsbət hal kimi vurğulamaq lazımdır”.

Diqqətə çatdırılıb ki, Fondun növbəti ildə gəlirlərinin 61,6 faizini təşkil edəcək məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,4 milyard manat olmaqla, cari ilin göstəricisindən 6,4 faiz çox nəzərdə tutulub. Büdcə zərfinə təqdim edilən məlumatlarda respublikada məşğul əhalinin sayı növbəti il cari ilə nisbətən 1,8 faiz, orta aylıq əməkhaqqı isə 14,9 faiz artımla proqnozlaşdırılıb. Beləliklə də, əməkhaqqı məbləğinə əsasən yığılan bu haqlarda nəzərdə tutulmuş artım tempinin respublika üzrə əməkhaqqının proqnozlaşdırılmış artım tempindən 8,5 faiz bəndi az proqnozlaşdırılması Fondun bu istiqamətdə gəlir potensialının olduğunu göstərir. Eyni zamanda, qeyd etməliyik ki, 2019-cu ildən Fondun yığım funksiyalarının vergi orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulur ki, bu da inzibatçılığın daha gücləndirilməsi deməkdir.

Palata sədri qeyd edib ki, Fondun 2019-cu ildə xərci 3,9 milyard manat nəzərdə tutulub ki, bu da cari ilin proqnoz göstəricisindən 9,8 faiz çoxdur və həmin vəsaitin 97,6 faizi əhaliyə ödənişlərdən ibarətdir. Hesablama Palatası məlumat bazasının təhlili ilə əmək pensiyalarının və bəzi müavinətlərin ödənilməsində cari ildəki və növbəti ildə yarana biləcək riskləri müəyyən edib. Belə ki, 2017-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunla müəyyən edilən dəyişikliklər pensiyaların maliyyələşdirilməsi baxımından əlavə maliyyə xərclərinin aparılmasına səbəb olub və bu xərclər 2018-ci ilin büdcəsində nəzərə alınmayıb. Bu, cari ilin ötən dövrü üzrə vəsaitlərin icra səviyyəsində də əks olunur.

Qanunvericiliklə müəyyən edilmiş indeksləşmə səviyyəsi, həmçinin cari ilin tendensiyaları növbəti il üçün əmək pensiyalarının ödənilməsi ilə bağlı əlavə vəsaitin nəzərdə tutulmasına ehtiyac olduğunu göstərir.

Eyni yanaşma məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağı müavinətlərə də şamil olunmalıdır. Belə ki, növbəti ildə bu istiqamətdə nəzərdə tutulmuş artım həmin müavinətin ödənilməsi üçün əsas olan əməkhaqqının artım tempi göstəricisindən nəzərəçarpacaq dərəcədə geri qalır.

Sonra deputatlar qanun layihələri haqqında fikir və təkliflərini səsləndiriblər.

Daha sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda təsdiqlənib.

“Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsi barədə məlumat verən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda yaşayış minimumu növbəti ildə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə danışıb. Qeyd edib ki, növbəti ildə ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunur.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Futzal üzrə Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq

“Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət yüksəlib

Daşkəsəndə biomüxtəlifliyin qorunması məqsədilə ekoloji aksiya keçirilib

Umayra Tağıyeva: Böyük Qafqaz regionunun çaylarında sululuq normadan 88 faiz çoxdur

İlon Mask: Qanunsuz miqrasiya ABŞ-da kollapsa səbəb olacaq

Əfsanəvi aktyor Alen Delonun evindən 72 ədəd odlu silah tapılıb

Avropa çempionatı: Azərbaycanın həndbol millisi seçmə mərhələdə üçüncü oyununu keçirəcək

Texasda meşə yanğını: 60 dairədə fövqəladə vəziyyət elan edilib

Premyer Liqa: “Qarabağ” bu gün “Qəbələ”nin qonağı olacaq

Gəncədə saxta alkoqollu içkilərin satışının qarşısı alınıb

Nikki Heyli ABŞ prezidenti postu uğrunda yarışdan çəkilməyəcək

“Qarabağ”ın qapıçısı: Artıq “Bayer”ə qarşı necə oynayacağımızı bilirik

Xalq artisti Mustafa Mərdanovun anadan olmasından 130 il ötür

Zaur Mikayılov: 2022-ci ildə respublikamızın yerüstü su ehtiyatları 17 milyard kubmetr təşkil edib

Səbail və Abşeron rayon sakinlərindən narkotik vasitə aşkar olunaraq götürülüb

Gəncənin Totanlı küçəsində təhlükəli avtokranın fəaliyyəti dayandırılıb

Gigiyena və Epidemiologiya Mərkəzi məktəbdə maarifləndirici seminar keçirib

® Həkim Sədi Allahverdiyev “IX Endo Dubai 2024” konfransında videotəqdimatla çıxış edib

NASA Ayın səthinə enən kosmik aparat ilə əlaqənin kəsildiyini bildirib

Zaur Mikayılov: Azərbaycan su ehtiyatı məhdud olan ölkədir

Sadiq Qurbanov: 2040-cı ilədək ölkəmizdə çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var

Gənc Tamaşaçılar Teatrının mart repertuarı açıqlanıb

Azərbaycan alman şirkətləri ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Çilidə meşə yanğınından zərər çəkən ərazilərdə fövqəladə vəziyyət rejimi uzadılıb

Xeyriyyə yarmarkasından əldə olunan vəsaitlə yeddi uşağın müalicə və əməliyyat xərcləri qarşılanıb

“Karyera bələdçilərinin bacarıqlarının təkmilləşdirilməsi” - təlim

BDU əməkdaşlarının monoqrafiyası “Amazon” platformasında 6 dildə satışa təqdim edilib

Nigeriyada qayıq qəzasında dörd nəfər həlak olub

Ötən gün 30 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub

Ötən ay 30 minə yaxın daşınmaz əmlak dövlət qeydiyyatına alınıb

Qubada evdə partlayış olub, ana və qızı xəsarət alıb

“Qəbələ” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

® “OBA Market” MMC “Sahibkarlıqda Media” forumuna sponsor oldu

® “ABB Agile” təcrübəsini sahibkarlarla paylaşıb

Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasından 111 il ötür

Xankəndi şəhərində silah-sursat aşkarlanıb

DİN: Qanunsuz saxlanılan silahlar təhvil götürülür

3 saylı “ASAN xidmət” mərkəzinə müraciət edən vətəndaşların nəzərinə!

Dünya birjalarında neft ucuzlaşıb

Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmə keçirilir

Binanın liftində qalanlar xilas edilib

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasında görüş keçirilib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Kürdəmirdə silah-sursat aşkarlanıb

İsrail ordusunun itkiləri 582 nəfərə çatıb

Azərbaycan nefti bahalaşıb

Zaqatalada əcnəbi narkotacirlə əlbir olaraq narkotik satan şəxs tutulub

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir

Laçın sakini: Doğma yurduma qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Goranboyda fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Meksika, Kolumbiya və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı edilib VİDEO

Sakin: Laçını yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ Qəzza zolağında altı həftəlik humanitar fasilənin əldə olunmasına ümid edir

Yaponiyada doğum səviyyəsi tarixi minimuma enib

Parisdə içərisində Olimpiya təhlükəsizlik planları olan kompüter oğurlanıb

Ötən il Cənubi Afrikada brakonyerlər 500-ə yaxın kərgədan öldürüb

Araşdırma: Havanın çirklənməsi ilə Alzheymer xəstəliyinin əlamətləri arasında əlaqə mövcuddur

Yəməndəki husi hədəflərinə yenidən zərbələr endirilib

Almaniyanın pul siyasəti onu rekord itkilərə məruz qoyur

Unutqanlıq yüksək intellektin əlamətidir - Araşdırma

Ağ ev: Ukraynaya qoşun göndərmək digər ölkələrin suveren qərarıdır

Barselonada Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib

“Apple” süni intellekt texnologiyalarını inkişaf etdirmək qərarına gəlib

BMT Ukrayna münaqişəsini gərginləşdirə biləcək bəyanatlardan çəkinməyə çağırıb

Latviya Rusiya vətəndaşlarının ölkəyə giriş məhdudiyyətlərinin müddətini uzadıb

Turşsu kəndində illər sonra çərşənbə tonqalı qalanıb VİDEO

“Fənərbağça” Türkiyə Kubokunda mübarizəni dayandırıb

Norveç Kralı Malayziyada xəstəxanaya yerləşdirilib

Azərbaycanda “İdman həftəsi”nə start veriləcək

Laçınlılar 32 ildən sonra ilk dəfə Su çərşənbəsini doğma evlərində qeyd edirlər VİDEO

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

İtaliyanın Sardiniya adasında yerli seçkilərdə müxalifətin namizədi qalib gəlib

Azərbaycan Milli İncəsənət Muzeyində sərgi - “Salam, Novruz!"

Xocalı soyqırımına dözməyərək dünyasını dəyişən generalın xatirəsi anılıb

Yüksək Liqa: “Milli Aviasiya Akademiyası” UNEC-i məğlub edib

“İçərişəhər” Qoruq İdarəsinin nümayəndə heyəti Pakistanda səfərdə olub

Bakıda ukraynalı şairə Lesya Ukrainkanın xatirəsi yad edilib

Azərbaycan Kuboku: “Xırdalan” “Cəlilabad”a qalib gəlib

Şərur şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib

Ümumdünya Antidopinq Agentliyinin simpoziumunda ölkəmiz də təmsil olunub

Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib

Fauzən Əl Rabiə: Səudiyyə Ərəbistanı Krallığı hər zaman Azərbaycan dövlətinin yanında olub

Bakıda yaşayış binasında yanğın baş verib

Xocalı soyqırımının 32-ci ildönümü Vaşinqtonda anılıb

Müzəffər Ali Baş Komandan Xocalıdan Ermənistana və ona havadarlıq edənlərə bir daha mesajlarını çatdırdı - RƏY

Naxçıvanda doğum günü fevral ayında olan şəhidlərin xatirəsi anılıb

COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Keniya gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb

Xocalı soyqırımı qurbanları Monreal şəhərində də yad edilib

Milli Məclisin Səhiyyə komitəsinin iclasında bir sıra qanunlara təklif edilən dəyişikliklər müzakirə olunub

Abşeronda şəhidlərin doğum günlərinə həsr olunmuş görüş keçirilib

Ukraynanın Lvov şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

® “Kapital Bank”ın dəstəyi ilə Respublika Fənn Olimpiadası keçirilir

Rektor yaz semestrinin başlanması münasibətilə tələbələrlə görüşüb

Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15.380 nəfərə çatıb

Azərbaycan atıcıları Avropa çempionatında daha bir medal qazanıblar

Xalqın ümidlərini reallaşdıran peşəkar yanaşma və effektiv strategiya

Bakı Ali Neft Məktəbi İstanbulda beynəlxalq təhsil sərgisində təmsil olunub

Koto Rober: Müstəmləkə dövlətinin zülmündən, boyunduruğundan qurtulmaq istəyirik VİDEO