Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda təsdiqlənib YENİLƏNİB

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda hökumət üzvləri də iştirak ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 10 məsələnin – 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda daxil edildiyini diqqətə çatdırıb.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov birinci məsələ - “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.

O bildirib ki, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi həm komitələrdə, həm də Milli Məclisin plenar iclasında birinci oxunuşda geniş müzakirə olunub. Plenar iclasdan sonra büdcə zərfinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə ikinci oxunuşda müzakirəsi keçirilib və komitə üzvlərinin qaldırdığı məsələlərə münasibət bildirilib.

Azər Əmiraslanov qeyd edib ki, 2025-ci ilin büdcə zərfində makroiqtisadi sabitlik, davamlı iqtisadi artım və büdcə dayanıqlılığı, iqtisadi siyasətin prinsipləri və əsas hədəfləri müəyyən edilir. Rifaha və iqtisadi artıma yönəldilmiş xərclər bir-birini tamamlayır və günün reallıqlarına cavab verir.

Sonra iclasda məsələ ətrafında müzakirələr aparılıb.

Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra gündəliyin növbəti iki məsələsi – “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri təqdim edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu məsələlər barədə məlumatında hər iki layihənin birinci oxunuşda ətraflı təqdim edildiyini söyləyib. O xatırladıb ki, Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri cari illə müqayisədə 10,5 faiz, İşsizlikdən Sığorta Fondunun növbəti il büdcəsinin gəlir və xərcləri isə cari illə müqayisədə 9,5 faiz çoxdur.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hər iki sənəd barədə bu komitənin müsbət rəyini açıqlayıb.

Müzakirələrdə çıxış edənlər təqdim olunmuş sənədlərin əhalinin sosial rifahının yaxşılaşmasında, xalqımızın gələcək həyat səviyyəsinin daha da yüksəldilməsində mühüm əhəmiyyət daşıdığını söyləyiblər. Deputatlar növbəti ildə sosial müdafiə sahəsinə ayrılan vəsaitin artırılmasının əhalinin müxtəlif sosial qruplarına dövlət dəstəyinin bariz nümunəsi olduğunu deyiblər. Bildirilib ki, təqdim olunan qanun layihələri 2025-ci ildə də sosial siyasətin uğurla davam etdirilməsinə xidmət edəcək.

Sonra “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Layihəyə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Musa Quliyev “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O, 2025-ci il üçün ehtiyac meyarının həddinin 285 manat məbləğində müəyyən edildiyini diqqətə çatdırıb. Komitə sədri artıq üç ildir ki, ehtiyac meyarının yaşayış minimumuna bərabər tutulduğunu qeyd edib.

Azər Əmiraslanov məsələ barədə bu komitənin müsbət rəyini səsləndirib.

Müzakirələrdə deputat Əli Məsimli məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Azər Əmiraslanov, eyni zamanda, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, Məcəlləyə edilən dəyişikliklərdə güzəştlərin miqyasının və dairəsinin genişləndirildiyini, bunun o cümlədən humanitar, mədəniyyət sahələrinə də şamil edildiyini deyib.

Sənəddə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasına dair, teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə vergi güzəştlərinin verilməsi, bəzi xidmət sahələri üzrə mikrosahibkarların gəlirlərinə 75 faiz vergi güzəştinin müvafiq tələblərlə şərtləndirilmədən tətbiq edilməsi, ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edilməsi, tibb turizminin inkişafı məqsədilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV-nin geri qaytarılması, sənaye məhəllələrinin istifadəsində olan torpaq sahələrinə və əmlaklara görə idarəedici təşkilatın və operatorun torpaq və əmlak vergisindən azad edilməsi ilə bağlı və digər güzəştlər nəzərdə tutulub.

Layihədə bununla yanaşı, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, o cümlədən bazarlara nəzarət üzrə qanunvericiliyə dəyişikliklərin edilməsi, həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta üzrə güzəştlərin məhdudlaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı, həmçinin bir sıra uyğunlaşma xarakterli dəyişikliklər də təklif olunur.

Sonra komitə sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Vergi ödəyiciləri və vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinin asanlaşdırılması məqsədilə hazırlanan qanun layihəsində heç bir dəyişikliyin aparılmadığını deyən komitə sədri sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Növbəti məsələ - “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı da komitə sədri Azər Əmiraslanov təqdim edib. O bildirib ki, nağd hesablaşma limitləri ilə bağlı olan bu qanun layihəsi ilə əlaqədar hər hansı bir qeyd, təklif daxil olmayıb.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə məlumatı diqqətə çatdırıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dəyişikliklərlə bağlı rəhbərlik etdiyi komitənin rəyini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Daha sonra komitə sədri Azər Əmiraslanov gündəliyin sonuncu məsələsi olan “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildirib ki, qanun layihəsi Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştlərinin gömrük güzəştləri ilə tamamlanmasını, başqa sözlə, dəstəklənməsini nəzərdə tutur. O, deputatların layihə ilə bağlı qeyd və təkliflərinin olmadığını diqqətə çatdırıb.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misli Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Dövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib

Parisdə azərbaycanlı gənc rejissorun filmi nümayiş olunub

Alimlər Alzheimer xəstəliyinə səbəb ola biləcək nadir genetik mutasiya aşkarlayıblar - ARAŞDIRMA

Pit Heqset Pentaqonun yeni rəhbəri vəzifəsinə təsdiqlənib

Britaniyalı nazir ABŞ-ın Britaniyaya tarif təzyiqlərinə etiraz edib

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

Çin və ABŞ-ın baş diplomatları arasında telefon danışığı olub

Dövlət Departamenti ABŞ-nin bütün xarici yardımlarını dayandırıb

Zaqatala sakininin meyiti dağlıq ərazidə aşkarlanıb

Ciddə limanında bir milyondan çox psixotrop həb müsadirə edilib

Türkiyədə çökən binada aparılan axtarışlara 200 nəfər cəlb edilib - YENİLƏNİB

“Fənərbağça”nın sabiq baş məşqçisinin yeni klubu bəlli olub

Romada azərbaycanlı gənc rəssamların sərgisi açılıb

Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Küveytdə terrorizmi maliyyələşdirən 38 nəfərin vətəndaşlığı ləğv edilib

Zaqatala sakini xəstəxanaya daxil olandan sonra anidən ölüb

Azərbaycan və Pakistan arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

“Kəpəz” yeni futbolçu transfer edib

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Almaniyada bir neçə məsciddə bomba xəbərdarlığı edilib

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

Bakıda Hindistanın Respublika Günü qeyd edilib

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair protokol imzalanıb

Naxçıvan Dövlət Universiteti “ASAN xidmət” mərkəzi ilə əməkdaşlıq edəcək

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib

Nazir müavini: Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb VİDEO

Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir VİDEO

Davos-2025 milli maraqlarımıza xidmətin parlaq sübutudur – ŞƏRH

Sədr müavini: Kosmik texnologiyalar sahəsində gənclər üçün xüsusi proqramlar hazırlanır

Təhlükəsiz tullantıların idarə olunması üzrə fəaliyyətin səmərəli təşkil edilmədiyi aşkarlanıb

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb

ATGTİ sədri: Bugünkü forum gənclərin beynəlxalq səviyyədə uğur qazanmasına töhfə verəcək

Britaniyada maliyyə çətinliyi olan bizneslərin sayı rekord həddə çatıb

® “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti“ mövzusunda seminar keçirilib

“İnklüziv sosial inkişaf və sosial təminat” işçi qrupunun növbəti iclası keçirilib

Bakıda Çinin Yeni ili qeyd olunub

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Ötən il istehlakçılara 426 min manat geri qaytarılıb

AQTA-da ərzaq və heyvan bazarlarının sahibləri ilə görüş keçiriləcək

“Milan”ın braziliyalı futbolçusu iki ay oynamayacaq

Ali Məhkəmə Plenumunun ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib

Mali, Niger və Burkina Faso yeni “Sahel Dövlətlər Alyansı” pasportunu təqdim edəcək

Bakıda gənclərin iştirakı ilə kvant fizikasına həsr olunmuş forum keçirilib

® Türkiyənin nüfuzlu Koru Xəstəxanasının nümayəndələri ilə görüş keçirilib

“Azərpoçt” Şuşada poçt məntəqəsi açıb

“Qalatasaray”ın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində keçirdiyi auditin nəticələrini açıqlayıb

Macarıstanda Azərbaycan evində Turizm və Mədəniyyət Günü keçirilib

® “Azercell” abunəçilərinə xəbərdarlıq edib

Ötən il Türkiyədə elektromobillərin sayı 1,3 dəfə artıb

“Məşğulluğa dəstək” layihəsinə cəlb olunan şəxslərə bizneslərini genişləndirmək üçün daha bir imkan

Güləş üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın iclası keçirilib VİDEO

Nazir müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Belarus Prezidenti 15 məhbusu əfv edib

Nizami Gəncəvinin türkcəyə tərcümə edilmiş “Sirlər xəzinəsi” əsəri Ankarada çapdan çıxıb

UNEC Özbəkistanın aparıcı elm və təhsil müəssisələri ilə strateji əməkdaşlıqlara imza atıb

Bahar Muradova Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

Hesablama Palatası “Bakı Metropoliteni”ndə audit aparıb

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

Fransa xəstəxanalarında acınacaqlı vəziyyət: insanlar növbədə ölürlər

Almaniyada miqrantlar tərəfindən daha bir cinayət hadisəsi törədilib

Qaxda insan alverinə qarşı mübarizəyə həsr olunan dəyirmi masa keçirilib

Tbilisidə ictimai nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək

Nizami Kino Mərkəzində “Tağıyev” sənədli filminin təqdimatı olub

Çin Təkla-Məkan səhrasının yaşıllaşdırılması üzrə geniş layihəni başa çatdırıb

Baş nazir Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri Şəbəkəsinin “Təsir Hesabatı” dərc olunub

Pakistan Prezidenti: Dost və qardaş ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Hakan Fidan: Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır

Səfir: İnanıram ki, Azərbaycan-Belarus münasibətləri bundan sonra da inkişaf edəcək

Kreml Putinin Trampla danışıqlara hazır olduğunu bəyan edib

Fırıldaqçılar “Telegram”a maskalanmış “Mamont” virusu göndərirlər

ADAU ilə "Agro Dairy" arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilk dəfə konsept trenajorda yarış keçirəcək

“İnsan kapitalı və təhsil” üzrə işçi qrup ötən ilin yekunlarını müzakirə edib

İtaliya saytı Azərbaycandakı Alban-Udi xristian icmasından yazıb

® Sadhquru, Qari Duqlas, Aleksey Sitnikovdan dərs aldı, 3000-dən çox tələbə yetişdirdi

Azərbaycanın və Türkiyənin parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb

“Gənc psixometrik” təcrübə proqramına qeydiyyat elan edilib

Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək

“İRS” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb

DİN: 2024-cü ildə qanunsuz dövriyyədən 4714 kiloqram narkotik vasitə çıxarılıb

Hindistanda hərbi sursat zavodunda partlayış baş verib, azı səkkiz nəfər ölüb

Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

Ding Tao: Çin Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

® “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu

Nazir: Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 14 məsələyə baxılıb

Misli Premyer Liqası: “Zirə” səfərdə “Şamaxı”nı məğlub edib

Media: Trampın ilk təşəbbüsləri ABŞ hökumətinin fəaliyyətində xaos yaradıb

Prokurorluq Cənubi Koreya Prezidentinin həbs müddətinin uzadılmasını istəyir

Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən vətəndaşı xilas ediblər VİDEO

“ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

Ötən il qrup halında baş verən cinayətlərin sayında azalma qeydə alınıb

KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb