Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilib

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, Regional məsələlər komitəsinin iş planına əsasən təşkil edilən tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisinin, Bakı şəhərinin və bir sıra rayon bələdiyyələrinin sədrlərinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçilərinin, eyni zamanda mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycanın tarixində nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayan S.Novruzov onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda sosial, iqtisadi, elmi, mədəni və digər sahələrdə ciddi uğurlar əldə olunmaqla yanaşı, regionların inkişaf etdirilməsi və yerli özünüidarəetmə sahələrində də əməli addımlar atıldığını qeyd edib. Bildirilib ki, sovet dövründə Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilib. Məhz o illərdə güclü sənaye potensialı yaradılıb, respublikamızın müxtəlif rayonlarında çoxsaylı zavod və fabriklər tikilib, irimiqyaslı infrastruktur layihələri icra edilib.

Sonrakı dövrlərdə də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində milli dövlətçilik ənənələrinin qorunub-saxlanmasına, demokratik dəyərlərin inkişaf etdirilməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına, həmçinin regionların sosial-iqtisadi inkişafına, yerli özünüidarəetmə institutunun formalaşdırılmasına xüsusi önəm verib.

Komitə sədri qeyd edib ki, Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 20 il dövlətimizin və xalqımızın taleyində yeni inkişaf mərhələsinin başlanğıcı olub. Bu dövr ərzində Regionların Sosial-İqtisadi İnkişafı üzrə 4 Dövlət Proqramının uğurla həyata keçirildiyini deyən S.Novruzov, bu proqramların regionların inkişafında mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu illər ərzində Azərbaycanda 3500-dən çox məktəb, 700-dən çox xəstəxana, 40-dan artıq olimpiya idman kompleksi tikilib istifadəyə verilib.

Bildirilib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoymuş 44 günlük Vətən müharibəsi və bu ilin sentyabr ayında həyata keçirilmiş lokal antiterror tədbirləri Azərbaycan ərazilərinin işğaldan azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnib. Qeyd olunub ki, Azərbaycan hökuməti bu ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinə başlayıb, müasir səviyyəli beynəlxalq hava limanları, evlər, məktəblər, elektrik qovşaqları, yollar və digər infrastruktur layihələri uğurla icra olunur.

Tədbirdə Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov “Heydər Əliyev Azərbaycanda regional inkişaf siyasətinin müəllifidir” mövzusunda çıxış edərək deyib ki, bugünkü ictimai dinləmənin Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə, “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi rəmzi xarakter daşıyır. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza sədaqətlə xidmət edərək respublikanın gələcək uğurlu inkişafının təməlini qoyub. Heydər Əliyev, ölkəmizin regional inkişaf siyasətinin müəllifi olaraq, regionlarımızın davamlı inkişafına, yerlərdə səmərəli dövlət idarəçiliyinin və yerli özünüidarəetmənin qurulmasına, bölgələrdə yaşayan əhalinin rifah halının yaxşılaşdırılmasına böyük töhfələr verib.

Məhz Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə qəbul olunmuş milli Konstitusiyamızda yerlərdə icra hakimiyyətinin və yerli özünüidarəetmənin əsasları və statusu müəyyən edilib. 1999-cu ildə ilk bələdiyyə seçkilərinin keçirildiyini deyən deputat bildirib ki, ötən dövr ərzində regional inkişaf siyasətinin həyata keçirilməsi üçün habelə bələdiyyələrin statusunu, səlahiyyətlərini, hüquq və vəzifələrini müəyyən edən çoxsaylı qanunlar qəbul edilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramlarının uğurla həyata keçirildiyini qeyd edən K.Bayramov həmin proqramların uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin simasının köklü şəkildə dəyişdiyini, regionların iqtisadi potensialının artdığını, infrastruktur təminatının, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşdığını, əhalinin rifah halının yüksəldiyini bildirib.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun şücaəti sayəsində Vətən müharibəsində qazanılan tarixi Qələbə isə torpaqlarımızın işğalına son qoymaqla, ölkəmizin regional inkişaf siyasətində köklü dəyişiklərin aparılmasını zəruri edib. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

“Heydər Əliyevin ölkəmizdə yerli demokratiyanın inkişafında rolu” mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov mühüm hadisələrlə zəngin olan 2023-cü ilin, ilk növbədə, “Heydər Əliyev İli” kimi tariximizə həkk olunacağını bildirib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev yerli özünüidarəetmənin təşkilini demokratik, hüquqi dövlət quruculuğunun vacib, ayrılmaz tərkib hissəsi kimi qiymətləndirib. Vurğulayıb ki, Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə qəbul olunan dövlət proqramlarında, milli fəaliyyət planlarında yerli özünüidarəetmənin təkmilləşməsi, bu sahədə şəffaflığın, hesabatlılığın artırılmasına yönəlmiş mühüm tapşırıq və tövsiyələr yer alır.

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Ədliyyə Nazirliyi və onun qurumları tərəfindən də silsilə tədbirlərin həyata keçirildiyini deyən mərkəzin rəisi, Ədliyyə Nazirliyinin 2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyasında müəyyənləşdirilmiş bir sıra hədəflərdən söz açıb, “Bələdiyyələrlə iş portalı”nın istifadəyə verildiyi, bələdiyyələrin vergi işinin səmərəli təşkilində əhəmiyyətli rolu olan BAMS adlı yeni proqram təminatının yaradıldığı barədə məlumat verib.

Abşeron rayonu, Xırdalan bələdiyyəsinin sədri Orxan Musayev “Heydər Əliyev yerli özünüidarəetmə institutunun banisidir” mövzusunda çıxış edərək, bu dinləmənin Azərbaycan dövlətinin və müasir tariximizin yaradıcısı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində keçirilməsini yüksək qiymətləndirib. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Konstitusiyanın qəbul edilməsini müstəqil Azərbaycan dövlətinin qurulması prosesində Ulu Öndərin ən böyük xidmətlərindən biri olduğunu deyən bələdiyyə sədri, Ana qanunumuzda müasir dövlət quruculuğu üçün vacib olan bütün bəşəri prinsiplərin əks olduğunu qeyd edib. O deyib ki, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və digər qanunların qəbulu yerli özünüidarəetmənin inkişafında mühüm rol oynayıb. Bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlar, sosial ədalət və demokratiya siyasətinə söykənən müasir idarəetmə modelində bələdiyyələr özünəməxsus yerə malikdir.

Ulu Öndər Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsindəki fəaliyyətini xüsusi vurğulayan bələdiyyə sədri bu gün qalib Azərbaycanın öz sosial-iqtisadi, siyasi və mədəni inkişafının ən yüksək dövrünü yaşadığını vurğulayıb.

Tədbirdə deputatlar Ziyad Səmədzadə, Naqif Həmzəyev, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Səbinə Xasayeva, Rauf Əliyev, İlham Məmmədov, Cavid Osmanov, Etibar Əliyev, Müşfiq Cəfərov, Arzu Nağıyev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev və Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin siyasi irsi barədə fikirlərini bildiriblər, onun hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərdiyini, həmin dövrlərdə ölkə həyatının bütün sahələrinin inkişaf etdiyini deyiblər.

Tədbirə yekun vuran Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ictimai dinləmədə səsləndirilən fikirlərin ölkəmizdə yerli özünüidarəetmənin və regionların inkişafı istiqamətində görülən işlərin daha da təkmilləşməsinə öz müsbət töhfəsini verəcəyinə inamını ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

21 saylı Nəsimi-Binəqədi seçki dairəsində treninqlər başa çatıb

İqlim dəyişmələrinin sağlamlığa təsirini minimuma endirmək üçün qlobal səylər vacibdir

Ötən il zavodlarda 1088 gəmi təmir olunaraq yenidən istismara qaytarılıb

Türkiyənin ölkəmizdəki səfiri Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib

Ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi 21 faiz artıb

“Ulduz” jurnalının xüsusi buraxılışı Ankarada çap olunub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Ukrayna Prezidenti ilə görüşüb

Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri doğma sakinlərini qarşılamağa hazırlaşır FOTO

Donald Trampın baxış bucağı ilə Azərbaycanın təşviq etdiyi dəyərlər arasında paralellər çoxdur ŞƏRH

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

Yevlaxda aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil edilib

Riçard Almeyda: İnanıram ki, Juninyo Braziliyada bir çox insanı yaxşı mənada təəccübləndirəcək

İqlim dəyişmələrinin sağlamlığa təsirlərinə qarşı vaxtında müdaxilə etmək böyük əhəmiyyət daşıyır

Türkiyənin 43 əyalətində terrorçuluqda şübhəli bilinən 240 nəfər saxlanılıb

Gündara Nurimova: İqlim dəyişmələrinin sağlamlığa mənfi təsirinin qarşısını alan sənədlər hazırlanmalıdır

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

"Borussiya Dortmund" Nuri Şahinlə yollarını ayırıb

Şəkidə aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlər başa çatıb

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb

Ballıcada rahat və təhlükəsiz yaşayış üçün hər cür şərait yaradılıb

“Politico”: Brüssel və London Vaşinqtonla mümkün ticarət müharibəsinə hazırlaşır

AMB sədri: Uçot dərəcəsinin azaldılması ilə bağlı qərara yenidən baxa bilərik

Tramp süni intellektin inkişafı üzrə 500 milyard dollar dəyərində layihənin icrasının başlandığını elan edib

Bakıdakı Dünya Kubokunda 38 ölkənin idman gimnastı yarışacaq

Zəfər Muzeyi üçün 10 minə yaxın eksponat toplanıb, proses davam edir

Peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbuluna başlanılır

Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir ŞƏRH

“Qarabağ”ın futbolçusu: Juninyo Braziliya çempionatında özünü sübut etmək üçün çox motivasiyalıdır

Qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir

Qırğızıstan parlamentarisi: İqlim dəyişikliyi sağlamlığa birbaşa təsir edir

Kolumbiyada silahlı toqquşmalar nəticəsində 30 min insan evini tərk edib

Quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə tədbiri aparılacaq

Vedat Bilgin: İqlim dəyişikliyi və sağlamlıq məsələləri fövqəladə haldır

Ayın səthində ilk məlumat mərkəzi yaradılır

“Neftçi”nin futbolçusu: Mən peşəkaram, müqaviləmin son gününə qədər meydanda canımı qoyacağam - MÜSAHİBƏ

Mərkəzi Bank neft və qazın 2025-ci il üzrə orta qiymətini açıqlayıb

Anqolada vəba epidemiyası 32 nəfərin həyatına son qoyub

Dövlət Komissiyasının İşçi Qrupu ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında tədbirlər planı imzalanıb

Kitabxanada iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

Hava şəraiti arabir yağıntılı olacaq

Taleh Kazımov: Bu il Azərbaycan iqtisadiyyatında 3,3 faiz artım proqnozlaşdırılır

Əhliman Əmiraslanov: İqlim dəyişiklikləri həyatımızın bütün sahələrinə təsir edən ciddi çağırışdır

AMB sədri: Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollar təşkil edib

CAR-ın G20-yə sədrliyi həmrəylik və bərabərlik prinsipini rəhbər tutacaq

Bakıda TÜRKPA üzv parlamentlərinin səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilir

TÜRKPA-nın iclasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Son 4 ildə 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib

Azərbaycan naşirləri Minskdə XXXII Beynəlxalq Kitab Sərgisində iştirak edəcəklər

Tovuzda silahlı narkokuryer saxlanılıb

Dünyanın ən böyük investisiya şirkətləri arasında 10-cu yer tutmuş - “The Goldman Sachs Group Inc.” şirkəti

Qazaxıstanda üç hava limanının tikintisinə başlanılıb

Rövzət Qasımov: Seçki günü 153 nəfər səsvermə hüququ əldə edəcək

Milli Məclisin sədri Azərbaycanın İtaliyadakı səfirliyində olub

Astronomlar Yerdən 520 işıq ili uzaqlıqda ən güclü küləklərin əsdiyi planet aşkar ediblər

Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli

Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı açıqlanıb

68 saylı Sabirabad-Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlər davam edir

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkanlar var ŞƏRH

ƏMAS-dakı əmək müqavilələrinin 65,4 mini əlilliyi olan şəxslərlə bağlanıb

Beynəlxalq Türk Akademiyası ilə TÜBA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycanla Qambiya arasında gənclər və idman sahəsində əməkdaşlıq müzakirə olunub

FHN: Saray qəsəbəsində silah-sursat aşkarlanıb VİDEO

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb VİDEO

Çempionlar Liqası: PSJ “Mançester Siti”ni, “Real Madrid” “Zaltsburq”u sınağa çəkəcək

Mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüş olub

UNESCO builki Beynəlxalq Təhsil Gününü süni intellektə həsr edib

Avropa Liqası: “Beşiktaş” İspaniya klubuna qarşı

AMB inflyasiya proqnozunu açıqlayıb

Milli Məclisin sədri İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşüb

Ötən il Energetika Nazirliyi tərəfindən 194 icazə verilib

BDU “THE 2025” reytinqində ölkə liderliyini qoruyur

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan-Gürcüstan münasibətləri dinamik, davamlı inkişaf yolundadır ŞƏRH

Ağdaşda üstünə nərdivan aşan azyaşlı ölüb

Fond sədri: Təhsil işçilərinə dəstək məqsədilə “TəhsilPlus” kartı istifadəyə veriləcək - MÜSAHİBƏ

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın iki universiteti “Times Higher Education” fənn reytinqində yer alıb

® “Baku Steel Company” QSC Amerika Neft İnstitutunun sertifikatlaşdırmasını uğurla tamamlayıb

İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib

Peruda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib

Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb

Paris Olimpiya kəndindən narazılıqlar artır

“Apple” yenidən dünyanın ən dəyərli brendlərinə liderlik edir

Piylənmə dərmanlarının sağlamlıq riskləri araşdırılıb - TƏDQİQAT

“Berlinale 2025” əsas müsabiqə proqramı dərc edilib

Süni intellektin köməyi ilə Qazaxıstanda 665 min məhkəmə işinə baxılıb

Ukrayna və Almaniya birgə hərbi-müdafiə müəssisəsi açıb

Almaniya Kansleri: Prezident Tramp və administrasiyası qarşıdakı illərdə dünyanı bir çox sahələrdə gərginlikdə saxlayacaq

“Fənərbağça” braziliyalı futbolçu ilə razılıq əldə etdiyini açıqlayıb

Dünya İqtisadi Forumu: Böyük Britaniya investisiyalar üçün ikinci ən cəlbedici ölkədir

Serbiyada qocalar evində baş verən yanğında 8 nəfər ölüb

Zelenski Davosda sülh strategiyasını açıqlayıb

Donald Trampın hakimiyyətə yenidən gəlişi Fransada narahatlığı artırıb

Çempionlar Liqası: “Barselona”dan fantastik geridönüş, “Liverpul” doğma meydanda qələbə qazanıb

Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib

Egey dənizində zəlzələ olub