Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Məclisdə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dinləmələr keçiriləcək

Milli Məclisdə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dinləmələr keçiriləcək

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

Parlamentin Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Musa Quliyev sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfinin növbəti təxribat törətdiyini qeyd edib. Bildirilib ki, rəşadətli Azərbaycan Ordusunun hərbçiləri bu dəfə də düşmənə layiqli cavab verib, strateji yüksəkliklər azad edilib. İclas iştirakçıları döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Musa Quliyev bugünkü iclasın gündəliyində 8 məsələnin, bunlardan 6-sının bir sıra qanunlara dəyişikliklərlə bağlı layihələrin olduğunu söyləyib.

Komitə sədri əvvəlcə 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiyalarda komitə səmərəli fəaliyyət göstərib. Bu müddətdə komitənin 11 iclası keçirilib, 25 məsələyə baxılıb. Belə ki, komitədə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və digər qanun layihələri müzakirədən keçərək Milli Məclis tərəfindən qəbul olunub. Bununla yanaşı, komitə üzvləri Şuşa şəhərində keçirilən “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusunda dinləmədə iştirak ediblər.

Diqqətə çatdırılıb ki, keçən sessiyada komitəyə 887 sənəd, o cümlədən vətəndaşlardan 430 ərizə, nazirliklərdən və idarələrdən 365 cavab məktubu daxil olub. Komitəyə ünvanlanan müraciətlərdə pensiya, ünvanlı sosial yardım, mənzil problemi və digər məsələlər qaldırılır. Həmin məsələlərin həlli istiqamətində müvafiq işlər görülüb. Eyni zamanda, komitənin sədri və üzvləri mütəmadi olaraq seçicilərlə görüşlər keçirib, onların qayğıları ilə maraqlanıblar.

Sonra Musa Quliyev komitənin 2022-ci ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Qeyd edilib ki, bu sessiyada bir sıra qanun layihələrinin müzakirəsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Daha sonra iclasda bir sıra qanunlara təklif olunan dəyişikliklərlə bağlı sənədlərə baxılıb.

İlk olaraq parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Sosial xidmətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Bildirilib ki, Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən bir sıra qanunlara dəyişikliklər nəzərdə tutulub. Həmin sənəddə qeyd edilən tələbin sahəvi qanunlarda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcək.

Bununla əlaqədar olaraq, adıçəkilən qanunlara təklif olunan dəyişikliklər vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən şöbə müdiri Adil Vəliyev bildirib ki, sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb.

Sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verilib. Qeyd edilib ki, Məcəllənin İşəgötürənin əsas hüquqları adlanan 11-ci maddəsinə işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüququnu təsbit edən bənd əlavə edilir. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri adlanan 65-ci maddəyə edilən dəyişikliyə görə, işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələrinin nəzərə alınması ilə bağlıdır.

67-ci, 78-ci və 179-cu maddələrdə edilən dəyişiklik müvafiq olaraq işçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsində, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin çevrəsinin genişləndirilməsində, işçilərin iş yerlərinin orta əməkhaqqının saxlandığı halların müəyyən edilməsində məhz peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə müvəffəq olmuş, yeni ixtisasa yiyələnmiş və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsil almış şəxslərə üstünlük verilməsini təsbit edir.

“Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) təqdimatında diqqətə çatdırılıb ki, sənəd “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2021-ci il 24 dekabr tarixli Qanunun icrası məqsədilə hazırlanıb.

Bildirilib ki, layihəyə əsasən, “Büdcə sistemi haqqında” Qanunda “toplu maliyyə balansı” anlayışının ləğv edilməsi, Qanunun 7-ci maddəsinə uyğun olaraq 15.4-cü maddəsinin dəqiqləşdirilməsi nəzərdə tutulub. Qeyd olunub ki, İşsizlikdən sığorta fondu öz statusuna görə hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondu olduğundan “İşsizlikdən sığorta haqqında” Qanunun 20-ci maddəsinə müvafiq dəyişiklik təklif olunur. Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikasının Hesablama Palatası “Büdcə sistemi haqqında” Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və həmin büdcədənkənar dövlət fondlarının icrasına dair illik hesabatlara rəy verir. Bura Azərbaycan Respublikasının Dövlət Neft Fondu, dövlət sosial müdafiə fondu, işsizlikdən sığorta fondu aid edilib. Həmin Qanunun tələbləri ilə bağlı dəyişikliklər “Hesablama palatası haqqında” Qanunun müvafiq maddələrində öz əksini tapıb.

Komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvü Jalə Əliyeva çıxış edərək müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayıblar.

İclasda 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər məqbul hesab edilib, komitənin payız sessiyası üçün iş planı təsdiqlənib, təqdim edilən 6 qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada attraksionda yanğın olub, 11 nəfər xəsarət alıb

ABŞ Prezidenti Cozef Baydenin Almaniyaya səfərinin yeni tarixi müəyyənləşib

Millətlər Liqası: Dördüncü tura 8 oyunla start verilib

Türkiyənin ən yaşlı insanı 117 yaşında vəfat edib

İtaliya Albaniyadakı mərkəzlərə miqrantlar göndərir

Almanların 62 faizi Tramp prezident seçiləcəyi təqdirdə ikitərəfli münasibətlərin pisləşəcəyini düşünür

Filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub

Gürcüstan Mərkəzi Seçki Komissiyasının əməkdaşları təhdid olunurlar

Yunanıstan əhalisinin azalması narahatlıq doğuracaq həddə çatıb

Slovakiya millisinin baş məşqçisi: Azərbaycan yığması yaxşı komandadır VİDEO

Ankaranın paytaxt elan edilməsinin 101-ci ildönümü qeyd edilib

Zurab Papaskiri: Gürcüstanda hakimiyyət dəyişsə də, Azərbaycanla münasibətlər dəyişməyəcək

Türkiyənin nəqliyyat naziri: Azərbaycanla nəqliyyat dəhlizinin açılması zaman məsələsidir

Əbülfəz Tağıyev: İqlim dəyişikliyi ilə əlaqədar 5 növə aid 300 minə yaxın quş fərdi çoxalma davranışını dəyişib

İstanbulda "Azərbaycan Rüzgarı" adlı musiqi qrupu yaradılıb

“TRT” xəbər agentliyi Azərbaycan şairi Əhməd Cavad haqqında geniş xəbər hazırlayıb

Fernandu Santuş: Bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq gücdə olacaq VİDEO

“Şimal” Azərbaycan Kubokuna qələbə ilə başlayıb

Azərbaycan millisinin futbolçusu: Estoniya ilə oyundakı məğlubiyyəti unutdurmaq istəyirik VİDEO

Malayziyada Cənub-Şərqi Asiya regionunda yaşayan Azərbaycan icması ilə görüş keçirilib

“Paşinyanı “demokrat”, separatçıları isə “hərbi əsir” kimi qələmə vermək riyakarlığın pik həddidir” – Deputat

“Sağlam həyat” səyyar layihəsi Gəncədə

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Azərbaycan Özbəkistanda keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq

Çində azərbaycanşünaslıq konfransı elmi əlaqələrin dərinləşməsi üçün platforma rolunu oynayıb

Azərbaycan badmintonçusu Türkiyədə qızıl medal qazanıb

İğdırda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi qeyd olunacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

İtaliyada hoteldə yanğın: 273 nəfər təxliyə edilib, 45-i tüstüdən zəhərlənib

Bakının bəzi küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Bakı Təşəbbüs Qrupu Niderland tərəfindən Azərbaycan əleyhinə qəbul edilən qətnamələrə münasibət bildirib

İcma: Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik

“Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium başa çatıb

Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir

Bu gün akademik Vasim Məmmədəliyevin anım günüdür

FHN: Hacıqabulda subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun kənarlaşdırılması təmin olunub VİDEO

ICESCO-nun nümayəndəsi: Qarabağda törədilən vandalizmlə bağlı müvafiq sənədlər qəbul edilib

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatların hər biri beynəlxalq hüquqa və ədalətə əsaslanır- ŞƏRH

Ukraynalı ekspert: Rusiya ordusunun hücum riski hələ də qalır

Rusiya raket və kamikadze dronlarla Ukraynaya hücum edib

Bakıdan Laçına ilk müntəzəm avtobus reysi yola düşüb

Malayziya Kuala Lumpurun qədim hissəsini qorumaq üçün Bakının təcrübəsini öyrənir

Azərbaycan karateçisi dünya çempionatı bürünc medal qazanıb

Bu gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günüdür

Burkina-Faso transmilli korporasiyaların lisenziyalarını ləğv edir

Çində dənizdə dünyanın ən böyük külək turbini quraşdırılıb

İnsanlar niyə hər zaman səhv olmadıqlarını düşünürlər? – YENİ ARAŞDIRMA

Litvada parlament seçkiləri keçiriləcək

Braziliyada qasırğa 7 nəfərin həyatına son qoyub

Tədqiqatlar digər xərçəng xəstələrinin sağalmaq şanslarını artıra bilərmi? - ARAŞDIRMA

Tənhalıq demensiya riskini artırır - ARAŞDIRMA

Xristofor Kolumbun məzarı ilə bağlı məsələyə aydınlıq gətirilib

Professor: Revmatik xəstəliklərin müalicəsini gecikdirmək ömrü qısaldır

“QGallery”də “Yaşıl Dünya Naminə Həmrəylik” adlı sərgi açılacaq

Hamburqda orta məktəbin ərazisində İkinci Dünya müharibəsinə aid partlamamış bomba tapılıb

Millətlər Liqası: Portuqaliya və Xorvatiya qalib gəlib

Fransada təhsil alan azərbaycanlı tələbələrin Forumu keçirilib VİDEO

Şotlandiyanın sabiq birinci naziri vəfat edib

Bakıda “Qərbi Azərbaycanın şirin inciləri" kitabının təqdimatı olub

Almaniya miqrasiya siyasətini sərtləşdirir

Gürcü politoloq: Qərb ölkələri Cənubi Qafqazda inkişaf etmiş dövlətlərin olmasını istəmir

Hacıqabulda selin fəsadlarının aradan qaldırılması üçün çox sayda texnika cəlb olunub

Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycanın U-21 millisi Şimali İrlandiyaya uduzub

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

Yarat Müasir İncəsənət Məkanında “Muzey Gecəsi” keçirilib

“Yaşıl iqtisadiyyatda süni intellekt” mövzusunda hakaton keçirilir

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə aparılacaq

Novak Cokoviç karyerasının 100-cü titulu uğrunda mübarizə aparacaq

Ağsuda yeniyetməni ilan sancıb

"Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci gününə yekun vurulub -  YENİLƏNİB VİDEO

“Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” başa çatıb

Azərbaycanda köçəri quşların populyasiyasında sabitlik müşahidə olunur

Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar

Qərbin xüsusi xidmət orqanları Gürcüstanda iğtişaşlar vasitəsilə Qafqazda gərginlik yaratmaq istəyirlər - ŞƏRH

Dmitri Savelyev: Rusiya-Azərbaycan əməkdaşlığının bütün səviyyələrdə inkişafına böyük diqqət göstərilir

ABŞ dərinlik nasoslarının sayını artırıb

Musa Qasımlı: Azərbaycan Ermənistanı məğlub etməklə onu müdafiə edən dövlətlər üzərində də qələbə qazandı

Dünya çempionatında medal qazanmış Azərbaycan atıcıları təltif ediliblər

Ermənistanın şərti sərhəddə davranışları cəmiyyətimiz tərəfindən birmənalı şəkildə təxribat kimi dəyərləndirilir – ŞƏRH

Portuqaliya humanitar vizalar tətbiq edir

“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

Malayziyada Azərbaycanın diaspor siyasəti və uğurları haqqında məlumat verilib

“Mingəçevir Reqatası-2024” beynəlxalq turniri ilk dəfə Füzulidə keçiriləcək

“Qalatasaray”ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən var VİDEO

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

Milli futbol liqaları FIFA-nı məhkəməyə verəcək

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq

Mingəçevirdə oğul atasını döyərək öldürüb

Aydın Kərimov: Şuşada bu günə kimi 20-ə yaxın tarixi abidə tam bərpa olunub

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər

“Böyük Dəbilqə”: Azərbaycanın bir cüdoçusu qızıl, digəri bürünc medal qazana bilər

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

XİN: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

“Euronews”: Bakıda keçiriləcək COP29 iqlim sammitinin gündəliyi zəngindir

Şəhid övladları Şəkidəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində olublar VİDEO