MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN KOMİTƏ İCLASLARINDA İŞTİRAK EDƏCƏKDİR
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təşkilatın Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün mayın 25-dən 27-dək Ukraynanın Kiyev, mayın 28-dən 30-dək isə AŞPA-nın Daimi Komitəsinin iclasında iştirak etmək üçün İsveçin Stokholm şəhərlərində səfərdə olacaqdır.
İclaslarda Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair məruzə layihəsi müzakirə olunacaq, Qara dənizdə basdırılmış kimyəvi tullantılarla əlaqədar yaranmış ekoloji vəziyyət, Avropada demokratik təsisatlar, Rusiya, Ukrayna, Ermənistanda vəziyyət, Serbiya və Gürcüstanda parlament seçkiləri və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Tədbirlərdə Səməd Seyidov çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]