SİYASƏT
Milli Məclisin deputatı Belçikaya və İtaliyaya səfər edəcəkdir
Bakı, 13 dekabr (AZƏRTAC). Milli Məclisin deputatı Azər Kərimli “Yəhudi-müsəlman birgə yaşayışı. Avropada antisemitizmə cavab: Azərbaycan nümunəsi” adlı tədbirdə iştirak etmək üçün dekabrın 16-17-də Belçikanın Brüssel şəhərində səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azər Kərimli müzakirələrdə Azərbaycandakı tolerantlıq mühiti, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin birgə yaşamaq hüquqlarından danışacaqdır.
Azər Kərimli, həmçinin İtaliya-Azərbaycan Assosiasiyasının illik hesabat konfransında iştirak etmək üçün dekabrın 18-dən 21-dək Roma şəhərində olacaqdır.