MİLLİ MƏCLİSİN DEPUTATI İSRAİL PARLAMENT KOMİTƏSİNİN İCLASINDA İŞTİRAK EDƏCƏKDİR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, parlamentin insan hüquqları daimi komissiyasının sədr müavini Yevda Abramov İsrail parlamentinin immiqrasiya və diaspor məsələləri komitəsinin müzakirələrində iştirak etmək üçün mayın 25-dən iyunun 1-dək Təl-Əvivdə səfərdə olacaqdır.
İclasda “Qafqazdan köçüb getmiş mühacirlərin İsrail cəmiyyətində rolu”
mövzusunda müzakirələr aparılacaqdır.
Milli Məclisin deputatı müzakirə edilən məsələyə münasibətini bildirəcək, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]