Milli Məclisin deputatları Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak edəcəklər
Bakı, 13 fevral (AZƏRTAC). Milli Məclisin deputatları Cavanşir Paşazadə, Mirkazım Kazımov və Xanhüseyn Kazımlı fevralın 18-19-da Tehranda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sessiyanın gündəliyinə qurumun daimi komitələrinin qətnamələrinin təsdiqi, üzv dövlətlər arasında əməkdaşlığın inkişaf perspektivləri, sədrliyin Sudandan İrana keçməsi və digər məsələlər daxil edilmişdir.
Tədbir çərçivəsində qurumun İcraiyyə komitəsinin iclası, siyasi və xarici məsələlər, iqtisadi məsələlər, qadın, ailə məsələləri və insan haqları, sivilizasiyalararası və dinlərarası dialoq üzrə komitələrinin toplantıları, habelə müsəlman qadın parlamentarilərin konfransı keçiriləcəkdir.
İclaslarda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsi, üzv dövlətlər arasında ticarət əlaqələrinin genişləndirilməsi, təbii fəlakətlər nəticəsində yaranmış iqtisadi gərginliyin aradan qaldırılması, Avropada müsəlman miqrant ailələrin sığınacaq problemləri, İslam dünyasında uşaqların və gənclərin müdafiəsi, qeyri-müsəlman dövlətlərdə İslam mədəni irsinin qorunması və digər məsələlər ətrafında müzakirələr aparılacaqdır.
Deputatlarımız tədbirlərdə müzakirə olunacaq məsələlərlə bağlı fikirlərini bildirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2025 [08:09]
Minskdə azərbaycanlı qəhrəmanlara həsr olunmuş anım tədbiri keçirilib
- 17.04.2025 [19:44]
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
Tramp İtaliyaya səfər edəcək
- 17.04.2025 [23:46]
Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub
- 17.04.2025 [23:41]
ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var
- 17.04.2025 [22:52]
Yüksək Liqa: “Azərreyl” və “Abşeron” finala yüksəlib
- 17.04.2025 [22:12]
Milli Xalça Muzeyində “İkinci həyat” sərgisinin açılış mərasimi keçirilib
- 17.04.2025 [22:01]
Azərbaycan və Sloveniya Birgə İşçi Qrupunun ilk iclası olub
- 17.04.2025 [20:35]
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib
- 17.04.2025 [20:29]
Lənkəranda avtomobil kanala aşıb, xəsarət alan var
- 17.04.2025 [20:22]