Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın 10 məsələdən ibarət gündəliyi qəbul edildikdən sonra Milli Məclisin sədri Sahibə Qafarova ilk iki məsələnin Prezidentin məktubu ilə Milli Məclisə daxil olduğunu deyib. O, üçüncü oxunuşda müzakirəyə təqdim edilən bu qanun layihələrinin mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. O, birinci məsələnin “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi, ikinci məsələnin isə “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu qeyd edib.

Arzu Nağıyev “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinə dair məlumat verib.

Bildirilib ki, 3 fəsil, 14 maddədən ibarət olan qanun layihəsi Azərbaycanda minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyənləşdirir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Sənəd "Minatəmizləmə fəaliyyəti haqqında" yeni qanun layihəsi ilə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır.

Arzu Nağıyev bu məsələ ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini nəzərə çatdırdıqdan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri növbəti məsələnin “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. Qeyd edib ki, layihə uyğunlaşdırma xarakteri daşıyır və müvafiq Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcək.

Arzu Nağıyev qeyd edib ki, sənəddə adıçəkilən qanunlarda "Dövlət ehtiyatları haqqında" Qanuna uyğunlaşdırmaq məqsədilə dəyişiklik edilməsi təklif olunur. Belə ki, dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası "Dövlət ehtiyatları haqqında" Qanunla tənzimləndiyi üçün layihədə bu ifadənin "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" Qanundan çıxarılması təklif olunur. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Qanuna təklif edilən dəyişiklik isə "Dövlət ehtiyatları haqqında" Qanunda istifadə olunan anlayışlara uyğunlaşdırılması zərurətindən irəli gəlir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova gündəliyin digər 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Diplomatik xidmət haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Qeyd edib ki, bu siyasətin həyata keçirilməsi mükəmməl diplomatik xidmətin təşkilinə və diplomatik xidmət əməkdaşlarının peşəkarlığına söykənir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə rəhbərlik etdiyi komitənin rəyini bildirib. O, “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin mahiyyəti barədə fikirlərini açıqlayaraq, sənəddə ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin, maddi təminatının, sosial müdafiəsinin tənzimlənməsi ilə bağlı məsələlərin geniş şəkildə ehtiva edildiyini söyləyib və rəhbərlik etdiyi komitənin qanun layihəsinə dair müsbət rəy verdiyini bildirib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, sənəddə təklif olunan dəyişikliklərin “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə uyğunlaşdırma məqsədi daşıdığını söyləyib.

Sonra komitə sədrləri Azər Əmiraslanov, Səməd Seyidov, Əli Hüseynli rəhbərlik etdikləri komitələrin müsbət rəyini diqqətə çatdırıblar.

Məsələ ətrafında müzakirələrdə çıxış edən deputatlar fikirlərini, qeyd və təkliflərini bildiriblər.

Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin komitə sədri Əli Hüseynli Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Qeyd olunub ki, layihə müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda işləməsinin təşviqi, onların bilik və bacarıqlarının ölkənin sosial-iqtisadi inkişafına istiqamətləndirilməsi məqsədilə hazırlanıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə fikirlərini açıqlayaraq qeyd edib ki, Prezidentin müvafiq Sərəncamı əsasında ölkəmizdə yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə "Yüksəkixtisaslı Miqrant Proqramı" təsis edilib. O, layihədə miqrantlara güzəştlərin təklif edildiyini, bunun əmək bazarı və müasir iqtisadi inkişafın reallıqları ilə bağlı olduğunu, yüksəkixtisaslı mütəxəssislərin idxalı və ixracının bazar iqtisadiyyatının mahiyyətindən irəli gələn proses olduğunu deyib. Komitə sədri sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söyləyib.

Deputat Qüdrət Həsənquliyev məsələ ilə bağlı bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, sənəddə Prezidentin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələrək bir sıra düzəlişlərin təklif edildiyini deyib.

Komitə sədri Arzu Nağıyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənəd barədə bu komitələrin müsbət rəyini söylədikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, layihədə adıçəkilən qanunlarda əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, təhsil, yol hərəkətinin təşkili, iqtisadiyyat sahələrinə aid müvafiq sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə bilməsi və onların EHİS üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması imkanı ilə bağlı müddəalar təklif olunur.

Müvafiq komitələrin sənədlə bağlı rəyləri təqdim edildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Gündəliyin sonuncu məsələsi olan “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri Azər Əmiraslanov məlumat verib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov layihə ilə bağlı komitənin müsbət rəyini bildirib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub

Cəlilabadda 10 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

Göyçayda narkotikin təsiri altında sərnişindaşıma ilə məşğul olan sürücü həbs olunub

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Şahzadə Keyt Middlton xərçəng xəstəliyinin müalicəsində irəliləyişin olduğunu bildirib

Aİ Rusiyadan LNG və alüminiumun mərhələli şəkildə qadağan edilməsi imkanını nəzərdən keçirir

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

Baş beyin travması Alzheimer xəstəliyinin inkişafına təsir edə bilər

Tədqiqatçılar demensiya riskini yarıya endirən hobbini açıqlayıblar

Uçan avtomobillər tezliklə reallığa çevrilə bilər

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik

2060-cı ilə qədər ABŞ-da hər il bir milyon insana demans diaqnozu qoyula bilər - TƏDQİQAT

Qonşu pillələrdə qərarlaşan komandaların duelində iki qol vurulub

İtaliya A Seriyası: “Atalanta” – “Yuventus” oyununda qalib müəyyənləşməyib

Premyer Liqa: “Mançester Siti” və “Çelsi” xal itirib

Bundesliqa: “Borussiya Dortmund” autsayderlərdən “Holştayn Kiel”ə məğlub olub

Media: Tramp prezidentliyinin ilk günlərində neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldıracaq

Bayden Kubanı terrorizmi maliyyələşdirən dövlətlər siyahısından çıxarmağı planlaşdırır

Britaniyalı nazir Banqladeşdə korrupsiya istintaqı ilə əlaqədar vəzifəsindən istefa verib

İtaliya A Seriyası: “Milan” səfərdə üç xala sevinib

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir

Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verib

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

NATO Baltik dənizində təhlükəsizlik missiyasına başlayır

Bakıdakı Rus evində Mehriban Şəmsədinskayanın fərdi sərgisinin açılışı olub

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

“Yüz ilin Naxçıvanı” kitabının təqdimatı olub

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

“Neftçi” yaponiyalı futbolçu transfer edib

Türkiyə qarşıdakı on ildə günəş və külək enerjisi istehsalını dörd dəfə artıracaq

“Sevilya”nın futbolçusu mərc etdiyi üçün saxlanılıb

Yerli sahibkarlar və Türkiyənin regionları arasında biznes əlaqələrinin inkişafı müzakirə edilib

Ağdam Sənaye Parkının rezidenti məhsul ixracına başlayıb

® “Birbank Biznes”dən sahibkarlara “Sürətli kredit” imkanı

Naxçıvanda “Dəyirmançı” restoranının fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

Səudiyyə Ərəbistanı 4-cü Beynəlxalq Media Forumuna ev sahibliyi edəcək

Şamaxıda torpaq sürüşməsi aktivləşib

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Yeni nəsil nəzarət-kassa aparatlarının sayı 104 mini ötüb

Bu ilə qədər verilən ipoteka kreditlərinin həcmi açıqlanıb

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni layihəyə start verib

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanına qeydiyyat elan edilib

Efiopiya Livanda olan 164 vətəndaşını geri çağırıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB VİDEO

“Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin anadan olmasının 85 illiyi qeyd edilib

G-77 + Çin qrupunda sədrlik İraqa keçib

Saatlıda 43 min tona yaxın pambıq tədarük olunub

Reza Deqatinin dünyaya çatdırdığı həqiqət – 20 Yanvar

Kişi voleybolçular arasında Yüksək Liqada V turun oyunları keçirilib

Azərbaycan Milli Elmi Komandası Sidneydəki Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

AMEA Gəncə Bölməsinin tədbirlər planı müzakirə edilib

Azərbaycan Pakistanda ticarət marşrutlarının inkişafına həsr olunmuş müzakirələrdə iştirak edib

Ötən il istehlakçılara qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Azərbaycan taekvondo millisinə növbəti təyinat olub

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 50 milyon manatlıq emissiyası yerləşdirilib

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb

Bu il Türkiyəyə hava yolu ilə 250 milyondan çox sərnişinin səfər edəcəyi proqnozlaşdırılır

Papuaşvili: Siyasətdən qovulmuş Mixail Rot Gürcüstanda insanlar arasında düşmənçilik yaratmağa çalışır

“Liverpul”un sabiq qapıçısı II Bundesliqa klubuna keçib

ADPU Avrasiya Universitetlər Birliyinin iclasında təmsil olunub

“Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə yekun qiymətləndirmə keçirilib

Ötən il Çində rekord sayda avtomobil istehsal olunub

MSK-nın sədri: 68 min 869 yerli müşahidəçi akkreditasiyadan keçib

Qəbələdə Vətən müharibəsi şəhidinə həsr olunmuş kitabın təqdimatı keçirilib

“Milan”ın futbolçusu tibbi müayinədən keçə bilmədiyi üçün transferi reallaşmayıb

Məzahir Pənahov: Müvəqqəti məntəqələrlə birlikdə 5846 məntəqədə səsvermə keçiriləcək

Rusiya XİN-in rəhbəri: Region ölkələri bütün problemləri öz qonşuları ilə həll etməlidir

Mədəniyyət naziri Adil Kərimlinin Şamaxıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

MDU ilə Düzcə Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

S.Lavrov: Moskva Rusiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirir

BDU-da tələbələr “TEKNOFEST-2025” barədə məlumatlandırılıb

Bakı üzrə eksternat imtahanlarının vaxtı bəlli olub

Volodimir Zelenskinin aylıq maaşı ötən il 664 dollar olub

BMU ilə “Sara Logistics” MMC arasında əməkdaşlıq məsələsi müzakirə edilib

Emal müəssisələrində optimallaşdırma və səmərəlilik məsələlərinə həsr olunmuş elmi seminar keçirilib

Akademik Vaqif Fərzəliyevin biblioqrafik göstəricisi çapdan çıxıb

HƏMAS və İsrail atəşkəs sazişini bu gün elan edə bilərlər

Gənc boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

“Sabah” basketbol klubu növbəti transferini reallaşdırıb

Türkiyə klubunun yeni baş məşqçisi məlum olub

Türkiyə telekanalı: Paris terrorçuları dəstəkləmək yolu ilə Suriyanı zəiflətməyə çalışır

Ötən il Azərbaycan gömrüyündən 33 kiloqramdan çox qızıl-zinət əşyaları keçirilməsinin qarşısı alınıb

AQTA GMO məhsullarla bağlı sahibkarlara xəbərdarlıq edib

Sergey Lavrov: Rusiya və Azərbaycan Xəzər məsələlərini həll etmək üçün işçi qrupu yaradıb

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının cari il üzrə ilk iclası keçirilib

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında birgə əməkdaşlığa dair razılıq əldə olunub

Azərbaycan taekvondo millisinə yeni baş məşqçi təyin olunub

Xaçmazda minik avtomobilləri toqquşub, ana və azyaşlı övladı xəsarət alıb

Soydaşımızın Almaniyada böyük uğuru