Milli Məclisin sədri İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı beynəlxalq konfransda iştirak edib




Bakı, 27 may, AZƏRTAC
Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransı keçirilib. Beynəlxalq Konfransda dünyanın müxtəlif ölkələrindən hökumət üzvləri olmaqla yüzdən çox qonaq iştirak edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Sahibə Qafarova müraciəti səsləndirdikdən sonra bildirib ki, ölkəmizdə keçiriləcək COP29-un rəhbər heyəti də bu konfransda iştirak edir və Azərbaycan heyəti bütün tərəflərlə görüşməyə, onları dinləməyə, həmçinin qaldırılacaq məsələlərin COP29 planlarında əks olunmasını təmin etməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.04.2025 [16:53]
Qlobal Cənub QHT Platformasının sədrliyi Azərbaycana verilib
- 28.04.2025 [16:21]