MİLLİ MƏCLİSİN SƏDRİ OQTAY ƏSƏDOV AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurasına üzv ölkələrin parlament başçılarının ikigünlük yığıncağında iştirak etmək üçün Strasburqa gəlmiş Milli Məclisin sədri Oqtay Əsədov mayın 22-də Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puçla görüşmüşdür.
Görüşdə Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndiyi və inkişaf etdiyi razılıq hissi ilə qeyd edilmiş, ölkəmizdə AŞPA-nın əsas dəyərlərindən biri olan demokratiyanın inkişafı üçün hər cür şəraitin yaradıldığı, AŞ ilə Azərbaycan arasında hər cür anlaşmanın mövcud olduğu diqqətə çatdırılmış, Milli Məclislə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdə son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, ölkəmizin təkcə Cənubi Qafqaz bölgəsində deyil, habelə MDB məkanında lider olduğu xüsusi vurğulanmışdır.
Milli Məclisin sədri Oqtay Əsədov Şərq aləmində ilk demokratik dövlət qurmuş Azərbaycan Demokratik Cümhuriyyətinin 90 illiyi münasibətilə keçiriləcək bayram tədbirinə Luis Maria de Puçu dəvət etmişdir. AŞPA sədri dəvətə görə təşəkkürünü bildirmiş, imkanı olduğu təqdirdə əlamətdar hadisə ilə bağlı tədbirdə iştirak edəcəyini söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]