Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir
Bakı, 6 mart (AZƏRTAC, Aidə Quluzadə). Martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdə duran “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat vermişdir.
Ziyafət Əsgərov demişdir ki, ölkəmiz terrorçuluğa qarşı mübarizə ilə bağlı bir sıra qanunvericilik aktları qəbul etmiş, 15-dək müvafiq beynəlxalq konvensiyaya qoşulmuşdur. Lakin bu gün dünyada silahlı münaqişə ocaqlarında baş verən proseslər, vətəndaşlarımızın ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb olunması halları qanuna əlavələr edilməsi zərurətini yaradır. Milli maraqlarımıza zidd olan belə halların qarşısını almaq üçün hüquq mühafizə orqanları daha təsirli tədbirlər görməlidir ki, qanuna edilən əlavələr də bunun üçün əsas yaradacaqdır.
Qeyd edilmişdir ki, ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməyə və bu münaqişələrə cəlb etməyə, həmin məqsədlə sabit qrup yaratmağa, terrorçuluğa açıq çağırışlar səsləndirməyə, təlim keçməyə görə ciddi cəzalar tətbiq olunacaqdır. Diqqətə çatdırılmışdır ki, qanunda edilən dəyişikliklərin əsas məqsədi terrorçuluqla mübarizədə görülən tədbirlərin səmərəliliyinin artırılmasıdır.
Çıxış edən komitə üzvləri dəyişikliklərin zəruriliyini vurğulamış, qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2025 [18:44]
Milli Məclisin iclasında 12 məsələ müzakirə olunub YENİLƏNİB
- 24.06.2025 [18:38]