Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilmişdir

Bakı, 4 mart (AZƏRTAC, Əsəd Məmmədov). Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçirilmişdir.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim etmişdir.

Əvvəlcə deputatlar cari məsələləri müzakirə etmişlər. Dünya ictimaiyyətinin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən deputatlar bildirmişlər ki, martın 3-də ABŞ-ın daha bir ştatının - İndiananın Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş müzakirələr aparılmış və bu qətliamın soyqırımı kimi tanınması barədə qətnamə qəbul edilmişdir. Beləliklə, ABŞ-ın Xocalı faciəsini soyqırımı kimi tanıyan ştatlarının sayı 15-ə çatmışdır. Bu da təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, digər dövlət orqanlarının, eləcə də Milli Məclisin bu istiqamətdə fəaliyyətinin, xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərin nəticəsidir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu yaxınlarda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Türkiyədə təşkil olunmuş anma mərasimlərində iştirak etdiyini, “Xocalıya ədalət” kompaniyası çərçivəsində digər ölkələrdə olduğu kimi, burada da genişmiqyaslı tədbirlərin həyata keçirildiyini söyləmişdir.

Oqtay Əsədov bildirmişdir ki, dünyanın bir çox ölkələrində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anma tədbirləri keçirilmişdir. Milli Məclisin 20-dən çox deputatı bu tədbirlərdə iştirak etmək dünyanın müxtəlif ölkələrinə ezam olunmuşdur.

İclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənilmişdir.

Məruzə ilə çıxış edən ombudsman Elmira Süleymanova ötən il ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının vəziyyətinin öyrənilməsi və təhlili, müsbət nəticələrlə yanaşı, çatışmazlıqların da aşkar edilməsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması üzrə fəaliyyəti barədə məlumat vermişdir. Məruzədə müvəkkilin vətəndaşların mülki və siyasi, iqtisadi və sosial hüquqlarının, habelə əhalinin müxtəlif qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, onların problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələr, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilmiş tədbirlər, ictimaiyyətlə, kütləvi informasiya vasitələri ilə əlaqələr, beynəlxalq əməkdaşlıq məsələləri və s. öz əksini tapmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili hər il olduğu kimi, ötən il də dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar, habelə beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlıq əsasında fəaliyyət göstərmişdir. Ötən il ərzində daxil olmuş müraciətlər üzrə əhatəli iş aparılmış, pozulmuş hüquqların bərpası istiqamətində müvafiq tədbirlər görülmüşdür. Fəaliyyəti dövründə müvəkkilin ünvanına ümumilikdə 101 min 540, ötən il isə 13 min 670 müraciət daxil olmuşdur. 2013-cü ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında, o cümlədən regional mərkəzlərdə ümumilikdə 2969 şəxs, eləcə də 525 şəxs təkrar olaraq qəbul edilmişdir. Qeyd olunan müraciətlərin 75,8 faizi şikayətlərdən, 24,2 faizi isə ərizələrdən ibarətdir.

2013-cü ildə müvəkkilin ünvanına sosial təminat hüququ ilə bağlı daxil olmuş 1118, o cümlədən pensiya təminatı ilə bağlı 234, ünvanlı dövlət sosial yardımı ilə əlaqədar 542 müraciətin araşdırılması və təmini istiqamətində tədbirlər görülmüş, bir çox hallarda bu sahədə aşkar edilmiş nöqsanlar aradan qaldırılmış, pozulmuş hüquqlar bərpa edilmişdir.

Diqqətə çatdırılmışdır ki, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatlar verilmişdir. Həmin bəyanatlar BMT-nin baş katibinə, beynəlxalq qurumlara, xarici ölkələrin ombudsmanlarına, habelə Azərbaycandakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarına ünvanlanmışdır.

Sonra məruzə ətrafında çıxış edən deputatlar hesabatı yüksək qiymətləndirmişlər.

Milli Məclis sədrinin müavini Bahar Muradova məruzədə müvəqqəti saxlama yerlərində xidmət edən polis əməkdaşları sırasına qadınların cəlb olunması ilə bağlı verilən tövsiyəni dəstəkləyərək bu məsələnin həmin sistemdə gender bərabərliyinin təmini işinə töhfə olacağını demişdir. Deputatlar Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində qanunların qəbul olunmasının, ölkəmizin müvafiq beynəlxalq konvensiyalara qoşulmasının respublikamızda insan haqlarının bəşəri dəyərlər səviyyəsinə qaldırılmasına şərait yaratdığını bildirmişlər. Bu sahədə uğurlu islahatların həyata keçirildiyi diqqətə çatdırılmışdır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz evlərindən didərgin düşərək hüquqları pozulmuş qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası istiqamətində görülən işlərin daha da genişləndirilməsinin, ümumiyyətlə insan haqları sahəsində maarifləndirmə tədbirlərinin artırılmasının vacibliyi qeyd edilmişdir.

Müzakirələrdən sonra hesabat məruzəsi təsdiqlənmişdir.

Sonra gündəlikdə duran məsələlərə baxılmışdır.

Milli Məclisin deputatları iclasda “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxmışlar. Bildirilmişdir ki, bu Saziş iki ölkə arasında beynəlxalq avtomobil əlaqələrinin daha da təkmilləşməsinə xidmət edəcəkdir.

Sonra Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə edilmişdir. Ticarət Gəmiçiliyi Məcəlləsində təklif edilmiş dəyişikliklərə əsasən 6-1.1.2 maddəsində “Azərbaycan Respublikasının Bayrağı” sözləri “Azərbaycan Respublikasının Dövlət Bayrağı” sözləri ilə əvəz olunur. Vurğulanmışdır ki, İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklər foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə inzibati xəta haqqında protokolun inzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilməsində yeni qaydaların müəyyən edilməsi, yol hərəkətinin təhlükəsizliyinə nəzarəti həyata keçirən subyektlərin sui-istifadə hallarına yol vermələrinin qarşısını almaq məqsədilə edilmişdir

Deputatlar, həmçinin “Akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanun layihəsini ikinci oxunuşda fəsillərlə təsdiqləmişlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Sabah" FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə mübarizə aparacaq

Klublararası dünya çempionatında növbəti oyun keçirilib

Heydər Əliyev Sarayında “Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının açılışı olub

Qarsda Türkiyə ilə Azərbaycan arasında sərhəd əməkdaşlığının dərinləşdirilməsi yolları müzakirə olunub

"Qarabağ" braziliyalı futbolçunu transfer edib

UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları ilə görüş keçirilib

COP29-un və COP30-un yüksəksəviyyəli çempionları ilk dəfə görüşüb

Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

Şarm-əl-Şeyx Dialoqu çərçivəsində 2025-ci ilin 1-ci vork-şopunun açılışında Azərbaycanın qlobal iqlim fəaliyyətinə töhfələri vurğulanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Baş prokuror Türkiyənin Baş ombudsmanı ilə görüşüb

Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür

Əmək, məşğulluq və sosial müdafiə sahələrində qarşıda duran vəzifələr müzakirə edilib

Qərbi Azərbaycan İcmasında “Sərhədsiz Şəfqət” mövzusunda tədbir keçirilib

Dövlət Komissiyası: İtkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq

Gəncənin ictimai nəqliyyatında çalışmaq üçün müraciət edənlərin sayı açıqlanıb

AYNA: 46 mindən çox taksi sürücüsü təlimlərə cəlb edilib

Bəzi marşrut avtobuslarının hərəkət intervallarında ləngimələr müşahidə edilir

Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib

İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak edib

Azərbaycanla Bolqarıstan arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edilib

Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

İqtisadi fəal əhalinin sayı açıqlanıb

“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırıb

Energetika naziri Pərviz Şahbazov vətəndaşlarla görüşüb

Useyn Bolt Belqradda keçiriləcək “Expo 2027” sərgisinin səfiri olub

İİTKM ABŞ-ın “World Economic Magazine Awards 2025” müsabiqəsində ali mükafata layiq görülüb

Mənəvi Dəyərlərin Təbliği Fondu “Hər məsciddə kitabxana” layihəsinə başlayır

Binəqədidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Tələbələr Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində istehsalat prosesi ilə tanış olublar

Pedaqoji Universitetdə liderlik proqramlarının bağlanış mərasimi keçirilib

“Azərişıq” bölgələrdə maarifləndirici tədbirlər həyata keçirir

Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb

İrandakı səfirliyimizə və baş konsulluğumuza 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub

COP30-un icraçı direktoru: Hazırda biz Azərbaycandan öyrənərək Belemə hazırlıq görürük

“TikTok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb VİDEO

“TikTok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb VİDEO

Naxçıvanda “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda təlim keçirilib

BDU nümayəndə heyəti Qlobal Dayanıqlı İnkişaf Konqresinin açılış mərasimində iştirak edib

“Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir

Qazaxıstan və Çin nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq

Çin dilinə dair beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu olub

“BigPicture” fotomüsabiqəsinin qalibləri müəyyən edilib

“Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda müzakirələr aparılıb

Qırğızıstan və Çin əməkdaşlığı genişləndirir

Arif Əsədov: İnanıram ki, “Sabah” Sloveniya klubunu məğlub edərək mərhələ adlaya biləcək

On altı ildən sonra Superliqaya yüksələn klub tanınmış hücumçu ilə anlaşıb

Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik üzrə seminar keçirilib

Müstəqil siyasətin təzahürü

Azərbaycanın qadın boksçuları Türkiyədə təlim-məşq toplanışına start veriblər

Azərbaycan mətbəxinin nümunələri Yunanıstanda təqdim edilib

Astanada İkinci “Mərkəzi Asiya – Çin” sammiti keçirilir

Mette Lundgaard: Bakıdan Belemə uzanan yol xəritəsi üzrə ambisiyalar artmalıdır

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib VİDEO

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib VİDEO

UEFA Avropa Liqası: “Sabah”ın rəqibi məlum olub

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşçüləri Dağüstü Parkda üz-üzə gəliblər

Xankəndi şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib FOTO VİDEO

Xankəndi şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib FOTO VİDEO

Numan Kurtulmuş: Üçtərəfli əməkdaşlığın yenidən canlandırılması mühüm əhəmiyyət kəsb edir

Gürcüstan və Türkiyə parlament sədrləri regional əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan cüdoçusu: Dünya çempionatında qazandığım medal qızıla bərabərdir

Müharibələr iqlim təhlükəsizliyini təhdid edir VİDEO

Müharibələr iqlim təhlükəsizliyini təhdid edir VİDEO

Filippo İnzaqi yenidən İtaliya B Seriyasında işləyəcək

Bəstəkar Eldar Mansurov: Musiqi sözlərin olmadığı söhbətdir – MÜSAHİBƏ

“Axşam görüşləri”: Azərbaycan elminin və mədəniyyətinin carçısı

Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb

“Azərtütün” ASC-nin emal məntəqələri indiyədək istehsalçılardan 150 ton yaş tütün qəbul edib

Bu il sənaye məhsulu istehsalının həcmi açıqlanıb

Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb

Bolqarıstan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib

“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan edib

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

® “Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu

Eşitmə məhdudiyyətli idmançılarımız beynəlxalq yarışdan 6 medalla qayıdıblar

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Riqada Azərbaycanın mina probleminə dair dəyirmi masa təşkil olunub

Qaraçuxur qəsəbəsində narkokuryerlik edən şəxsdən 3 kiloqram marixuana aşkarlanıb VİDEO

Qaraçuxur qəsəbəsində narkokuryerlik edən şəxsdən 3 kiloqram marixuana aşkarlanıb VİDEO

Yeni Klinikada “Təbiblər - Cəmiyyətin sağlamlıq qalası” adlı tədbir keçirilib VİDEO

Yeni Klinikada “Təbiblər - Cəmiyyətin sağlamlıq qalası” adlı tədbir keçirilib VİDEO

Politoloqlar: Gürcüstana qaçqın axını olmayacaq

Ronaldunun ayaq dırnaqlarını qara rəngə boyamasının səbəbi bəlli olub

Tarix Muzeyinin əməkdaşı beynəlxalq forumda Azərbaycanın bölgələrində aşkar olunmuş sikkələr barədə çıxış edib

Komitə: Əhalinin gəlirləri artıb

® “Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 faiz komissiyalı kredit

ABŞ və Gürcüstan rəsmiləri regiondakı vəziyyəti müzakirə ediblər

Əsas kapitala yönəldilmiş investisiyaların 78 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

A Seriyasına yüksələn klub Daniele De Rossiyə təklif göndərib

Səhnə dekorları, qrim otağı, geyim sexi və daha nələr, nələr... REPORTAJ VİDEO

Səhnə dekorları, qrim otağı, geyim sexi və daha nələr, nələr... REPORTAJ VİDEO

Kreditlərin 94 faizi banklar tərəfindən verilib

Bu il hər istehlakçı ticarət şəbəkəsində ərzaq məhsullarına 255 manatdan çox pul xərcləyib

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Siqur Krabbe: Övladlarımız üçün yaşıl gələcək istəyiriksə, indi hərəkətə keçməliyik

Azərbaycan və Şimali Makedoniya arasında parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə edilib

Tramp: İran ABŞ-la danışıqlar aparmaq istəyirsə, bunun üçün heç bir maneə yoxdur

Azərbaycanda qızıl istehsalı 64 faiz artıb

İctimai iaşə dövriyyəsi artıb

“ADA” Universiteti Balaxanı neftçilərinin yeni akademik tərəfdaşıdır