MİLLİ PEYK KEYFİYYƏTLİ VƏ ETİBARLI RABİTƏ ƏLAQƏLƏRİNİN YARANMASINA İMKAN YARADACAQDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində milli rabitə peykinin buraxılmasını nəzərdə tutan “AzərSat” layihəsinin reallaşdırılması üzrə müvafiq işlər görülür. Hazırda bu istiqamərtdə Türkiyə, Rusiya, ABŞ, Ukrayna və digər dövlətlərlə məsləhətləşmələr aparılır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, milli peykin olması keyfiyyətli və etibarlı rabitə əlaqələrinə, televiziya yayımına, kanalların sayının artmasına imkan yaradacaqdır. Milli peyk Avropanı əhatə edərsə, Azərbaycan Avropa-Asiya kanallarının yayımında tranzit ölkə kimi iştirak edə bilər.
Layihə 80-100 milyon ABŞ dolları dəyərində qiymətləndirilir. Onun əhatə dairəsinə Avropa və Asiyanın bir hissəsi daxildir.