Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir

Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir

Bakı, 13 iyun, AZƏRTAC

Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında ən mühüm, misilsiz xidmətlərindən olan xilaskarlıq missiyasından danışarkən, ilk növbədə, belə bir tarixi faktı qeyd etmək lazımdır ki, ötən əsrin 80-ci illərinin sonlarında və müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan bütün faciələr və yaranmış siyasi böhran bilavasitə Heydər Əliyevin siyasi hakimiyyətdən getməsinin acı nəticələri idi. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq Heydər Əliyev tutduğu vəzifələrdən istefa verdi. Bu hadisədən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar və Azərbaycan xalqının faciələri də məhz o gündən başladı. Əgər Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Xarici düşmənlərimizin törətdikləri fitnələr az imiş kimi, 1991-1992-ci illərdə respublikamıza rəhbərlik edən iqtidarın səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması artıq 1993-cü ilin ortalarında Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Bunu AZƏRTAC-a açıqlamasında Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov deyib.

Birlik sədri qeyd edib ki, Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində başına gələn faciələri həmin dövrdə yaşamaya da bilərdi: “Əgər müstəqilliyin ilk illərində ölkədə siyasi hakimiyyəti ələ keçirmiş qüvvələr sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadim Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Lakin xalqımız bütün bu faciələri yaşamalı oldu. 1993-cü ilin ortalarında yaranmış vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən o dövrkü iqtidar da sonda Heydər Əliyevdən imdad istədi. Həmin dövrdə gedən prosesləri Ulu Öndər Heydər Əliyev özü belə şərh edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Nəhayət, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. Beləliklə, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan 15 İyun – Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılıb. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir”.

F.Məmmədov deyib ki, Azərbaycan öz torpaqlarının işğalına son qoymaqla dahi xilaskar oğlunun ən böyük arzusunu gerçəkləşdirmiş oldu: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Bu, Ümummilli Liderimizin məcburi köçkün vətəndaşlarımız qarşısında etdiyi çıxışlarının birində böyük inamla söylədiyi fikirdə də öz əksini tapmışdır: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ulu Öndərin arzuları 27 ildən sonra reallaşdı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Dövlətimizin başçısı azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra daha uca zirvələr fəth edəcək, Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni Dehlidə UNESCO Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası keçirilir

Rəsmi İrəvan tez-tez sülh gündəliyindən danışsa da, real mənzərə bunun əksini göstərir - ŞƏRH

MSK sədri: Parlament seçkilərini izləmək üçün indiyədək 480 yerli müşahidəçi qeydə alınıb

“Paris-2024”: Lebron Ceyms ABŞ-ın bayraqdarı olacaq

İlk dəfə olaraq arxeoloqlar xüsusi geyim forması və çəkiliş dronları ilə təmin ediliblər

Bakıda arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək

Sucuq istehsalı ilə məşğul olacaq müəssisəyə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

Dünya Seriyası: Azərbaycanın iki güləşçisi medal qazanıb

Gürcüstan ərazisində üçüncü dəfə zəlzələ baş verib

Dendrologiya İnstitutu Oxçuçay ətrafına ekspedisiya təşkil edib

“Yaşıl gələcək naminə” aksiyası davam edir

Sahibkarların maliyyə sektoru ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub

Mərkəzi Seçki Komissiyası Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb

Hacı İsmayılov: Xarici və türkdilli ölkələrin teatrları ilə təmaslar qurmağa çalışacağıq

“Turan Tovuz” iranlı futbolçunu transfer edib

Müasir dövrdə media insanların həyatında böyük rol oynayan, ictimai rəyə təsir edən güclü vasitədir

Serbiyada qızmar istilər səbəbindən Rusanda gölü quruyub

Azərbaycanın Milli Mətbuat Günü Tbilisidə qeyd olunub

G20 ölkələrinin maliyyə nazirləri ABŞ-da prezident seçkiləri ərəfəsində qlobal vəziyyəti müzakirə edəcəklər

Qanunvericiliyin tətbiqinə dair təklifləri toplamaq üçün onlayn platforma yaradılıb

Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri məlum olub

Tələbələrin köçürülməsi prosesi üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb

Azərbaycan Teatr Xadimləri İttifaqının XV konfransı keçirilib

® “Unibank” müştəriləri üçün 1 milyon 500 min manatlıq “Əjdaha” lotereya keçirir

“YAŞAT” Fondunun Antalyadakı düşərgəsi davam edir

“Bakı Ağac Emalı” ASC-nin ərazisində baş vermiş partlayışla bağlı cinayət işi tamamlanıb

Reklam sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub

Sosial reabilitasiya mərkəzi benefisiarlarının Həsən bəy Zərdabinin ev-muzeyinə ekskursiyası təşkil edilib

Dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək namizədlərin nəzərinə

ANAMA: Ötən həftə 1673.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

AYNA “Dream Fest 2024” ilə bağlı xüsusi avtobuslar ayırıb

Hərbi pilotlar təlim-məşq uçuşları icra ediblər

Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq mükafata layiq görülüb

2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində fransız kolonializmi ilə bağlı hesabatın təqdimatı olub

AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib VİDEO

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

F.K.Zakirova “Xalq artisti” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Neftçi” almaniyalı futbolçu ilə anlaşıb

“Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Araz-Naxçıvan” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Gürcü telekanalının əməkdaşı: Qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək Azərbaycanın yüksək inkişafının göstəricisidir

Nazim Mahmudov: İyul ayının ötən dövrü ərzində havanın temperaturu normadan yüksək olub

Türkiyədə meşə yanğınları ilə mübarizəyə 105 helikopter, 26 təyyarə və 14 PUA cəlb edilib

Gənclər Kitabxanasında Milli Mətbuat Günü ilə əlaqədar kitab sərgisi hazırlanıb

Xalq artisti Hacı İsmayılov Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilib

Bu ilin birinci yarısında sənaye zonalarında 1,4 milyard manatlıq məhsul satılıb

“Qarabağ”ın Avropa Liqasındakı mümkün rəqibi müəyyənləşib

Şuşa Forumunda süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri müzakirə edilib YENİLƏNİB

Gəncə Dövlət Kukla Teatrı Qaxda

“The Jerusalem Post”: Azərbaycanın zəngin tarixini və mədəniyyətini kəşf edin

Əhməd İsmayılov: Şuşa Qlobal Media Forumu dünya mediası üçün mühüm platforma rolunu oynayır VİDEO

Xaçmazda “Təhsil” İstirahət Mərkəzinin yeni korpusu istifadəyə verilib

Baş prokuror: Bəzi cinayətlərin açılmasında mətbuatın da töhfəsi olub

“Berliner Zeitung”in icraçı direktoru: COP29 çərçivəsində ziddiyyətli mövqelər arasında balans tapılmalıdır

Xorvatiyada qocalar evində beş nəfər qətlə yetirilib

Nərimanov rayonunda Qərbi Azərbaycan əsilli şəhid ailələrinin iştirakı ilə görüş keçirilib

Obama və Klinton Kamala Harrisin namizədliyinə münasibət bildiriblər

İqor Ponomaryov: “Makkabi”yə qarşı oyunlara tam hazırıq

Bəzi Bakıətrafı ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir

Şuşa Forumunda “Yaşıl dünya naminə həmrəylik - COP29” adlı təqdimat keçirilib

“Turan Tovuz”un Türkiyə klubu ilə oyununda 6 qol vurulub

Elnur Soltanov: Metan qazının azaldılması prosesinə bütün ölkələr qoşulmalıdır

Naxçıvanda yazlıq əkinlərə görə subsidiyalar verilir

COP29-un baş icraçı direktoru: Yaşıl dəhlizlərin yaradılması Azərbaycan üçün çox vacibdir

Çində pensiya yaşı artırılacaq

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi bəlli olub

Nyu-Yorkda “Qırmızı rəngi görmək: Renuardan Uorhola” adlı sərgi açılıb

Elnur Soltanov: İqlim dəyişikliyi problemini neft ölkələrinə bağlamaq düzgün deyil VİDEO

Azərbaycanda mövcud taxıl sahələrinin 90 faizində biçin yekunlaşıb

COP29-un baş icraçı direktoru: Atmosferi qorumaq üçün birləşməliyik

Lənkəranda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza olub

G7 Mərkəzi Asiyaya 200 milyard dollar sərmayə yatırmaq niyyətindədir

Millinin məşqçisi: İnanaq ki, badmintonçularımız Parisdən uğurlu nəticə ilə dönəcəklər - MÜSAHİBƏ

Gürcüstan ərazisində növbəti yeraltı təkanlar qeydə alınıb

Özbəkistanda tibbi tullantılardan enerji əldə ediləcək

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Con Roberts: Ekoloji problemlərdən danışan bəzi ölkələr özləri təbiətə zərər verir

Zelenski: Biz Baydenin qərarına hörmətlə yanaşırıq

Kamala Harris demokratlarla telefon danışığına on saat vaxt sərf edib

Beynəlxalq vebinarın iştirakçıları Qərbi azərbaycanlılar, onların qayıdışı prosesi barədə məlumatlandırılıb

Ukraynanın xarici işlər naziri sabah Çinə səfər edəcək

INHA professoru: İkili diplom proqramının tələbələri beynəlxalq səviyyədə qabaqcıl mühəndislər olacaqlar

“Arab News”: Prezident İlham Əliyev müstəmləkə altında olan xalqlara dəstəyini ifadə edib

Nigar Arpadarai: Biz iqlim dəyişikliyi ilə mübarizədə inklüziv yanaşmanı istəyirik VİDEO

® Mərkəzi Gömrük Hospitalında Açıq qapı günü keçirilib

Xarici işlər nazirinin müavini “Danışır təcrübə” layihəsinin qonağı olub

Malyorka adasının 20 min sakini turist axınına qarşı yürüş keçirib

AZƏRTAC ilə Vyetnamın VNA agentliyi əməkdaşlıq müqaviləsini yeniləyəcək VİDEO

İlin birinci yarısında 24 şəxs xarici ölkələrdən Azərbaycana ekstradisiya edilib

Agentlik: Ev şəraitində qida məhsullarının saxlanma qaydasına düzgün əməl olunmalıdır

“Neftçi” “Trabzonspor”un futbolçusunu transfer etmək istəyir

ŞKTC parlamentinin sədri: Tezliklə azı iki ölkə cümhuriyyətimizi tanıyacaq

“Kəpəz”in portuqaliyalı yeni qapıçısı: Azərbaycan haqqında soruşanda mənə yalnız xoş sözlər dedilər - MÜSAHİBƏ

Qlobal Media Forumunda “İqlim hərəkatı və media” mövzusunda müzakirələr aparılır

Kamran Əliyev: İlin birinci yarısında 25 şəxs cinayət başında yaxalanıb

Gürcüstanda baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında hiss olunub VİDEO

Baş prokuror: Birinci yarımildə əvvəlki illərdən bağlı qalmış dörd qəsdən adamöldürmə cinayətinin üstü açılıb

Naxçıvanda Milli Mətbuat Günü qeyd edilib

MSK-nın sədri: Bizim ali məhkəmələr, apellyasiya məhkəmələri ilə ölkə üzrə tədbirlərimiz artıq bəhrələrini verir