MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ “QURTULUŞ: TƏNƏZZÜLDƏN TƏRƏQQİYƏ” DEVİZİ ALTINDA YÜRÜŞ
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi və Yevlax rayon təşkilatları və YAP Gənclər Birliyi 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluş: tənəzzüldən tərəqqiyə” devizi altında yürüş keçirəcəklər.
YAP Nəsimi rayon təşkilatından AZƏRTAC-a bildirmişlər ki, 1993-cü il iyun hadisələrinin əsas mərkəzi Yevlax və Gəncə olduğu üçün Bakıdan başlayan yürüşün əsas marşrutu həmin şəhərlərdən keçəcəkdir.
Yürüş iştirakçıları Yevlaxda ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə əklil qoyacaq və şəhər stadionunda keçiriləcək mitinqdə iştirak edəcəklər. YAP Nəsimi rayon təşkilatının “Qurtuluş” futbol komandası ilə “Karvan” klubu arasında yoldaşlıq görüşü keçiriləcəkdir.
Yürüş Gəncədəki “N” saylı hərbi hissədə əsgərlərlə birgə Milli Qurtuluş gününün qeyd olunması ilə başa çatacaqdır.